Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 59,49 Kb.
səhifə1/7
tarix01.01.2022
ölçüsü59,49 Kb.
#106458
  1   2   3   4   5   6   7
İnzibati17.11.20



Mövzu № 6: İcra hakimiyyəti orqanları
P L A N :

Sual 1.

İcra hakimiyyəti orqanlarının anlayışı, növləri və onların

inzibati-hüquqi statusu

Orqan dedikdə, təşkilat, kollektiv və ya idarə olunan insanlar qrupu başa düşülür. Təşkilat sosial bir qurumdur. O müəyyən yaranma və fəaliyyət məqsədinə, daxili struktura malikdir. Göstərilən bu xüsusiyyətləri dövlət orqanlarına aid etmək olar.

Dövlət orqanlarının özünəməxsus əlamətləri aşağıdakılardır:



  • dövlət aparatının nisbətən müstəqil hissəsidir;

  • dövlət funksiyalarını və ictimai maraqları həyata keçirir;

  • dövlətin, yerli inzibati orqanların və eyni zamanda öz adından fəaliyyət göstərir;

  • müvafiq səlahiyyətlərə malikdir;

  • fəaliyyətlərinə görə dövlət qarşısında məsuliyyət daşıyır;

  • yuxarı dövlət orqanlarına tabedir;

  • dövlət tərəfindən təsis edilir;

  • hüquqi vəziyyəti, strukturu və fəaliyyəti hüquqla nizama salınır.

Bəzi alimlərin fikrincə, orqan dövlət aparatının bir hissəsidir. O mütəşəkkil insanlar qrupu olmaqla yanaşı tamın bir hissəsidir. Tam hissənin mövcudluğunu, onun məzmununu və fəaliyyət formalarını, eləcə də dövlət aparatındakı yerini və daxili təşkilini müəyyən edir. Hal-hazırda bu problem Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanunu ilə həll edilmişdir. Dövlət qulluğu haqqında Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli Qanununun 7.1 maddəsində dövlət orqanının anlayışı aşağıdakı kimi verilmişdir.

Dövlət orqanı dedikdə, Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda Azərbaycan Respublikasının məqsəd və funksiyalarını həyata keçirən, qanunvericiliyə uyğun olaraq yaradılmış dövlət qulluqçularının qurumu başa düşülür (slayd 1).

Göstərilən Qanunda dövlət orqanının anlayışının verilməsindən istifadə edib qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarına onu tətbiq etmək olar. Dövlət orqanının anlayışını əsas götürərək icra hakimiyyəti orqanına aşağıdakı kimi anlayış vermək olar.



İcra hakimiyyəti orqanı - müvafiq səlahiyyətlərə, struktura, fəaliyyət ərazisinə malik olan, dövlətin tapşırığı ilə dövlətin adından çıxış etmək hüququna malik və icraedici-sərəncamverici fəaliyyət qaydasında gündəlik olaraq iqtisadi, sosial-mədəni və inzibati-siyasi quruculuğu həyata keçirən dövlət aparatının bir hissəsidir.

İcra hakimiyyətinə mənsub olan hər bir orqan müvafiq struktura və ştata malikdir. Onun orqanlarının strukturu və ştatları idarəetmənin ayrı-ayrı sahələrinin xüsusiyyətləri nəzərə alınmaqla Azərbaycan Respublikasının dövlət və inzibati-ərazi quruluşuna əsasən təşkil edilir.



İcra hakimiyyəti orqanlarının əsas əlamətləri aşağıdakılardır:

  • idarəetmə (icraedici və sərəncamverici) fəaliyyətini həyata keçirir;

  • daxili təşkilati quruluşa malikdir;

  • dövlət-hakimiyyət səlahiyyətinə malikdir;

  • büdcənin icrası ilə bağlı müvafiq orqanların nəzarəti altında olurlar;

  • müvafiq səlahiyyətlərə və operativ müstəqilliyə malikdir ;

  • bir qayda olaraq daimi ştata malikdir;

  • yuxarı orqanlar tərəfindən təşkil edilir;

  • onların təşkili, strukturu və fəaliyyət qaydaları əsasən inzibati-hüquqi normalar ilə nizama salınır.

Qeyd etmək lazımdır ki, göstərilən əlamətlər bir-biri ilə qarşılıqlı surətdə bağlıdır. Bu xüsusiyyətlərin məcmusu və onların ciddi nisbəti icra orqanları üçün səciyyəvidir.

İcra hakimiyyəti orqanının strukturu aşağıdakı elementlərdən ibarətdir :

  1. Rəhbərlik (orqanın rəhbəri, onun müavinləri, kollegiya).

  2. Sahəvi bölmələr (baş idarələr, şöbələr, bölmələr və s.).


  3. Yüklə 59,49 Kb.

    Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin