Азярбайжан республикасы дахили ишляр назирлийи



Yüklə 59,49 Kb.
səhifə2/7
tarix01.01.2022
ölçüsü59,49 Kb.
#106458
1   2   3   4   5   6   7
İnzibati17.11.20

Funksional bölmələr (idarələr, şöbələr və s.)

  • Köməkçi və xidmətedici bölmələr (katiblik, dəftərxana və s.)

    İcra hakimiyyəti orqanının göstərilən bu strukturu daimi deyil, təxmini xarakter daşıyır. Lakin aşağıda göstərilən əlamətlər hər bir icra hakimiyyəti orqanlarına aid edilə bilər:

    • hər bir icra hakimiyyəti orqanı rəsmi qaydada müəyyən edilmiş ştat cədvəlinə malikdir;

    • hər bir icra hakimiyyəti orqanının ştat cədvəlində aşağıdakı elementlər öz əksini tapmalıdır:

    • struktur bölmələrinin sayı və adları;

    • vəzifələrin adı və sayı;

    • vəzifə səlahiyyətləri;

    • vəzifə maaşları və s.

    • hər bir dövlət orqanı hüquqla nizama salınmış struktura malikdir.

    Hər bir icra hakimiyyəti orqanında yuxarıda göstərilən struktur bölmələr və vəzifələr ola bilər. Lakin müstəsna hallarda onların olmaması da mümkündür. (məsələn: yetkinlik yaşana çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiya).

    İcra hakimiyyəti orqanlarının strukturu və ştatları onları təsdiq etməyə səlahiyyəti olan yuxarı təbəqəli idarəetmə orqanı tərəfindən təsdiq edilir. Məsələn, Azərbaycan Respublikasının Nazirlər Kabineti nazirliklərin, dövlət komitələrinin, baş idarələrin, departamentlərin, idarələrin və s. strukturunu, eləcə də onların idarəçilik aparatlarının işçilərinin sayını təsdiq edir.



    İcra hakimiyyəti orqanlarının fəaliyyətlərinin əsas istiqamətləri (funksiyaları) aşağıdakılardır:

    • proqnozlaşdırma - elmi nailiyyətlərə və təcrübi məlumatlara əsasən, hər hansı bir hadisə və ya proseslərin inkişafında ola biləcək dəyişikliklərin qabaqcadan təsviri, görülməsi və s.;

    • planlaşdırma - bu və ya digər fəaliyyətin istiqamət, məqsəd, vəzifə və nəticələrinin müəyyən edilməsi;

    • təşkiletmə - idarəedən və idarəolunan sistemaltıların təşkil edilməsi;

    • nizamasalma - hər hansı bir fəaliyyət rejiminin müəyyən edilməsi;

    • ümumi rəhbərlik və operativ sərəncamvermə - ümumi rəhbərliklə yanaşı operativ surətdə sərəncamvermənin həyata keçirilməsi;

    • koordinasiya - eyni bir vəzifənin yerinə yetirilməsi zamanı müxtəlif idarəetmə orqanların və təşkilatların fəaliyyətinin razılaşdırması və uzlaşdırması;

    • yoxlama və nəzarət - aşkar edilmiş çatışmamazlıqların və nöqsanların aradan qaldırılması, eləcə də bərpa edilməsi məqsədi ilə işin faktiki vəziyyətinin yoxlanılması;

    • uçot - görülən, yerinə yetirilən işlərin və onun nəticələrinin qeydiyyatının aparılması və s.

    Hüquqi ədəbiyyatlarda idarəetmə orqanı və dövlət müəssisəsi (idarəsi) anlayışlarının nisbəti haqqında müxtəlif fikirlər yürüdülür. Bir sıra müəlliflərin fikrincə, müəssisələr dövlət orqanları sırasına aid edilməlidir. İnzibati hüquqla bağlı ədəbiyyatlarda isə başqa fikir hökm sürür. Bu ədəbiyyatlarda qeyd edilir ki, idarəçilik orqanları hakimiyyət - təşkilati fəaliyyəti həyata keçirir. Bu orqanlar onlardan kənarda olan, yəni onların struktur bölməsi sisteminə daxil olmayan obyektlərə rəhbərlik edir və dövlətin adından çıxış edir. Müəssisələr və təşkilatlar isə təsərrüfat fəaliyyəti və sosial xidməti həyata keçirir. Birincilərin məhsulu əksərən qərarlar formasında, ikincilərin məhsulu maddi nemətlər və xidmətlər formasında obyektiv aləmdə gerçəkləşir.

    İcra hakimiyyəti orqanlarında mərkəzi orqanlardan başlayaraq aşağı təbəqəli orqanlara kimi bütün işçilər (xidmətedici heyətdən başqa) müxtəlif səlahiyyətlərə malik olub, idarəçiliyin müxtəlif funksiyalarını həyata keçirirlər. Başqa cür desək, onların işi idarəçilik fəaliyyətidir. Müəssisədə və təşkilatlarda bu işlər başqa formadadır. Burada əmək kollektivinə daxil olan şəxslər müxtəlif xarakterli fəaliyyətlə məşğul olur.

    Kollektivin bir hissəsi bilavasitə istehsal prosesi ilə məşğul olub, maddi nemətlər istehsal edir, digər hissəsi isə idarəçilik və hakimiyyət-təşkilati fəaliyəti həyata keçirir. Fəaliyyətin bu növü əsas deyil, lakin o istehsalı qaydaya salır və təmin edir.

    Müəssisə (təşkilat) bütövlükdə özü idarəçilik funksiyalarını yerinə yetirmir, bununla həmin müəssisədə (təşkilatda) xüsusi təşkil edilmiş adamlar qrupu müdiriyyət məşğul olur. O dövlət idarəçilik orqanı kimi yox, idarəetmənin subyekti kimi təsəvvür olunmalıdır. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, idarəçiliyin iki növü fərqləndirilir:



    • yuxarı təbəqəli orqanlar tərəfindən həyata keçirilən idarəetmə;

    • yerli özünüidarəetmə orqanı tərəfindən həyata keçirilən idarəetmə.

    İcra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu 3 qrup normalardan ibarətdir :

    1. Məqsədli qrup normalar icra hakimiyyəti orqanın yaranma məqsədi, vəzifələri, funksiyaları və fəaliyyətinin prinsiplərini müəyyən edir.

    2. Təşkilati-struktur qrup normaları aşağıdakı hüquqi nizamasalma göstərişlərindən ibarətdir:

    a) orqanın yaranma, yenidənqurma və ləğv edilməsi qaydası;

    b) onların strukturu;

    v) xətti və funksional tabeçilik;

    q) fəaliyyət qaydaları;

    d) təşkilati özünü idarəetmə hüququ;

    e) onların istifadə etdiyi rəsmi rəmzlər və s.

    3.Orqanın səlahiyyətlərini müəyyən edən qrup normalar onun başqa subyektlərə nisbətdə səlahiyyətlərini təsbit edir.

    İcra hakimiyyəti orqanlarının inzibati hüquq qabiliyyəti və fəaliyyət qabiliyyəti eyni vaxtda yaranır və onların ləğv edilməsi ilə xitam olunur. İcra hakimiyyəti orqanlarının səlahiyyəti müvafiq qanunlarda, əsasnamələrdə və digər normativ-hüquqi aktlarda öz əksini tapır və möhkəmləndirilir.



    İcra hakimiyyəti orqanlarının inzibati-hüquqi statusu aşağıdakı əlamətlərlə xarakterizə olunur:

    • icra hakimiyyəti orqanlarının fəaliyyəti xaraktercə qanun qüvvəlidir;

    • hüquqi aktlar qəbul etmək hüququ vardır;

    • aşağı təbəqəli orqanlar yuxarı orqanlar qarşısında hesabat verir və onların nəzarəti altındadır;

    • öz səlahiyyətləri çərçivəsində icra hakimiyyəti orqanları operativ müstəqilliyə malikdir.

    İcra hakimiyyəti müxtəlif sahələrdə (iqtisadi, sosial-mədəni, inzibati-siyasi) həyata keçirilir. Bu öz növbəsində müxtəlif icra hakimiyyəti orqanlarının olmasını tələb edir. İcra hakimiyyəti orqanlarını aşağıdakı kimi təsnifləşdirmək məqsədəuyğundur :


    Yüklə 59,49 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin