Азярбайжан Республикасы Мцдафия Назирлийи


Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələri dinləyicilərinə MM öyrədilməsi



Yüklə 78,51 Kb.
səhifə5/8
tarix03.01.2022
ölçüsü78,51 Kb.
#51008
növüMühazirə
1   2   3   4   5   6   7   8
Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələri dinləyicilərinə MM öyrədilməsi.

Kadrların ixtisasartırma və yenidən hazırlanması üzrə tədris müəssisələrində dinləyicilərə MM-n öyrədilməsinin əsasını – fövqəladə hadisələr dövrlərində onların öz əsas işinə və MM üzrə vəzifələrinə müvafiq olaraq mühafizə tədbirlərini həyata keçirmək vərdişlərinin qazanması məqsədilə aparılan əməli məşğələlər təşkil edir.

Obyektlərin rəhbər heyəti və mütəxəssisləri yenidən hazırlanarkən tədris proqramına «Fövqəladə hallarda obyektin idarə olunması və onun sabit işinin təmin edilməsi» kursu, ictimai və humanitar tədris müəssisələrində isə «Mülki Müdafiə» kursu daxil edilir.

Məşğələlər həm bu kursun öyrədilməsi üçün planlaşdırılmış saatlarda, həm digər fənlər ilə kompleks halında, həm də kafedraların tapşırıqlarına əsasən müstəqil hazırlıq saatlarında keçirilir. Mülki Müdafiə kursunun öyrədilməsi – proqram həcmində yoxlama işi (referat) yazmaqla başa çatdırılır. Fövqəladə hallarda müəssisənin (sahənin) idarə edilməsi və onun sabit işinin təmin olunması dinləyicilərin buraxılış işlərinə ayrıca bölmə kimi daxil edilir.



MM tədrisinin planlaşdırılması və uçotu üçün aşağıdakı rəhbər sənədlərdən istifadə olunur:

  1. «Mülki müdafiə» haqqında Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 18 aprel tarixli 700 saylı fərmanı;

  2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 25 sentyabr tarixli 193 saylı qərarı;

  3. Fövqəladə Hallar Nazirinin əmr və direktivləri;

  4. MM üzrə normativ sənədlər;

  5. MM tədris proqramları;

  6. MM rəhbərinin keçmiş tədris ilinin yekunları və yeni tədris ilinin vəzifələri haqqında əmri;

  7. Əlaqədar nazirlik, komitə və müəssisə rəhbərlərinin əmrləri;

  8. Keçiriləcək təlimlər haqqında MM planından çıxarış və s.


Yüklə 78,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin