Cədvəldən göründüyü kimi, K alternativi balların daha çox cəmini yığmış və ona görə də qalib hesab edilir. Üstünlük dərəcəsinə görə növbəti alternativ N-dir və s.
Səslərin sadə göndərilməsi iki mərhələdə həyata keçirilir. Birinci mərhələdə səsvermə iştirakçıları alternativi deyil, öz nümayəndələrini seçirlər və öz səslərini ona ötürürlər. Nümayəndənin seçilməsi yuxarıda təsvir olunmuş hər hansı bir prosedurun köməkliyilə aparıla bilər. İkinci mərhələdə seçilmiş nümayəndə təkbaşına qalib hesab edilən bir alternativi seçir.
Səslərin çoxsəviyyəli göndərilməsi bir neçə mərhələdə həyata keçirilir və onların hər biri səslərin göndərilməsinin (ötürülməsinin) müəyyən səviyyəsinə cavab verir. Səsvermə iştirakçıları aşağı səviyyədə bu və ya digər üsulla nümayəndələri seçirlər və onlar növbəti səviyyədə səsvermənin iştirakçıları olurlar. Həmin nümayəndələr öz növbəsində öz nümayəndələrini daha yuxarı səviyyəyə seçirlər və s. Ən yuxarı səviyyəyə seçilmiş nümayəndələr (onların sayı vahidə də bərabər ola bilər) qalib elan olunan alternativi seçirlər.
Səsvermənin paradoksu - səsvermənin bu və ya digər prosedurunun seçilməsinin ictimai qərara təsir göstərə biləcək vəziyyətilə bağlıdır. Aşağıda səsvermənin üç paradoksu nəzərdən keçirilir: Kondorse paradoksları və səslərin çoxsəviyyəli ötürülməsi (verilməsi) paradoksu. Kondorse paradokslarına həmçinin tsiklik səsvermə paradoksları da deyilir.
Natamam səsvermə zamanı Kondorse paradoksu.Burada üç A, B və C səsvermə iştirakçılarının K, L və M alternativlərinin qiymətləndirdiyi hal nəzərdən keçirilir. Hər bir fərd həmin alternativləri üstünlük dərəcəsinə görə nizamlayır. O, daha üstün olan alternativə 1-ci ranqı verir, az üstünlüyə malik olana 2 və s. Fərdlərin verdiyi fərdi üstünlüklər cədvəl 6.7-də verilir.