Alternativlərin cüt-cüt müqayisəsi zamanı Kondorse paradoksu
Alternativlər
|
Alternativlər
|
Cəmi
|
K
|
L
|
M
|
K
L
M
|
0
0
1
|
1
0
0
|
1
1
0
|
2
1
1
|
Kondorse matrisinin daxili ziddiyyəti yoxdur, başqa sözlə, əgər iki şərt yerinə yetirilirsə, o, yeganə üsulla alternativləri üstünlüklərinin azalmasına görə yerləşdirməyə imkan verir:
Diaqonal elementlər istisna olmaqla, elementləri vahidə bərabər olan sətrin uyğun gəldiyi alternativ və bütün elementləri sıfra bərabər olan sütunun uyğun gəldiyi alternativ vardır. Həmin alternativ daha üstündür.
Əgər göstərilən sətir və sütun ləğv edilərsə, o zaman yenidən alınan kiçik ölçülü matris yuxarıda göstərilən əvvəlki şərti ödəyir və s.
Səslərin çoxsəviyyəli verilməsi (ötürülməsi) paradoksu. Səslərin dörd səviyyədə verilməsinin mövcud olduğu halı nəzərdən keçirək. Aşağı səviyyədə hər bir binanın sakinləri şəhər məclisinə öz nümayəndəsini seçir. Şəhər məclisinin üzvləri parlamentə öz nümayəndəsini seçirlər.
Şəkil 2. Səslərin çoxsəviyyəli verilməsi paradoksu
Tutaq ki, hər bir sakin iki siyasi partiyadan birini dəstəkləyir və həmin partiyanın nümayəndəsinə səs verir. Şəkildə dəstəklədiyi partiyaya uyğun olaraq rənglənmiş hər bir fərd dairə kimi təsvir edilmişdir.
Dostları ilə paylaş: |