Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети


İkisektorlu balans modeli: qurulma



Yüklə 227,22 Kb.
səhifə18/30
tarix10.01.2022
ölçüsü227,22 Kb.
#108757
1   ...   14   15   16   17   18   19   20   21   ...   30
İkisektorlu balans modeli: qurulma

İki sektordan − maddi və informasiya sektorlarından ibarət olan iqtisadiyyat nəzərdən keçirilir. Maddi sektor ümumi məhsul və ya sadəcə, məhsul istehsal edir. İnformasiya sektoru yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtını istehsal edir.



Modelin ehtimalları aşağıdakılardır:

  • İstehsal olunan məhsulun həcmini maddi sektorun ümumi buraxılışı adlandıraq və onu x1 ilə işarə edək.

  • Yaradıcı fərdlərin həyat fəaliyyətinin məcmu vaxtını informasiya sektorunun ümumi buraxılışı adlandıraq və onu x2 ilə işarə edək.

  • İnformasiya sektorunda resurs kimi istifadə olunan məhsulun həcmi in­formasiya sektorunun ümumi buraxılışına mütənasibdir. Həyat fəaliyyəti vaxtının bir saatının istehsalına çəkilən məhsul məsrəflərini a12 ilə işarə edək. Bu göstərici informasiya sektorunda istehsalın material tutumluğunu xarakte­rizə edir. İnformasiya sektorunda ümumi məhsul məsrəfləri a12x2-yə bərabərdir.

  • Məhsuldan maddi sektor daxilində resurs kimi istifadə olunur. Məsələn, elektrik enerjisi elektrik stansiyası üçün məhsuldur və eyni zamanda, sənaye istehsalı üçün resursdur. Maddi sektorda resurs kimi istifadə olunan məhsulun həcmi həmin sektorun ümumi buraxılışına mütənasibdir. Məhsul vahidinin istehsalına çəkilən məhsul məsrəflərini a11 ilə işarə edək. Bu göstərici maddi sektorda istehsalın material tutumluğunu xarakterizə edir və kəmiyyətcə vahiddən böyük olmur. Maddi sektorda ümumi məhsul məsrəfləri a11x1-ə bərabərdir.

  • Məhsulun iqtisadiyyatın maddi və informasiya sektorlarında istifadədən sonra qalan həcmini maddi sektorun xalis buraxılışı adlandıraq və onu b1 ilə işarə edək. Bu göstərici ev təsərrüfatları tərəfindən məhsulun son istehlakının həcmi mənasını daşıyır və aşağıdakına bərabərdir:

x1 a11x1 a12x2 = b1.

  • Fərdlərin həyat fəaliyyəti vaxtından maddi sektorda resurs kimi istifadə olunur və burada o, ibtidai fəaliyyət və ya­ fiziki əmək formasını alır. Maddi sektorda istifadə olunan fiziki əmək vaxtı bu sektorun ümumi buraxılışına mütənasibdir. Məhsul vahidinin istehsalına çəkilən əmək məsrəflərini a21 ilə işarə edək. Bu göstərici maddi sektorda istehsalın əmək tutumluğunu xarakterizə edir. Maddi sektorda həyat fəaliyyəti vaxtının ümumi məsrəfləri a21x1-ə bərabərdir.

  • H əyat fəaliyyəti vaxtından informasiya sektoru daxilində fiziki əmək formasın­da resurs kimi istifadə olunur. İnformasiya sektorunda vaxt itkiləri bu sek­torun ümumi buraxılışına mütənasibdir. Həyat fəaliyyəti vaxtı vahidi­nin istehsalına çəkilən fiziki əmək məsrəflərini a22 ilə işarə edək. Bu göstərici in­formasiya sektorunda istehsalın əmək tutumluğunu xarakterizə edir və kəmiyyətcə vahid­dən böyük olmur. İnformasiya sektorunda ümumi vaxt itkiləri a22x2-yə bərabərdir.




Yüklə 227,22 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin