REFERAT
Мювзунун актуаллыьы: Dünya birliyinin intensiv texnologiyaların inkişafı mərhələsinə daxil olduğu XXI əsrdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi insan fəaliyyətinin təhsil, səhiyyə, məşğulluq, iqtisadiyyat və digər sahələrində əhəmiyyətli dərəcədə dəyişikliklərə gətirib çıxarmışdır. Qeyd etmək lazımdır ki, İKT iqtisadiyyatın rəqabət qabiliyyətliliyini artıraraq onun dünya təsərrüfatı sisteminə inteqrasiya olunması imkanlarını, dövlət idarəçiliyinin və yerli idarəetmənin səmərəliliyini artırmağa zəmin yaradır. İnformasiya texnologiyalarının inkişafı nəticə etibarı ilə cəmiyyəti keyfiyyətcə yeni bir mərhələyə - informasiya cəmiyyətinə çevirir.
Müasir qloballaşma dövründə informasiya cəmiyyətinə keçid bu cəmiyyətə xas olan dövlət idarəçiliyinin formalaşmasını-elektron hökumət yaradılmasını tələb edir. E-hökumət İKT imkanlarına və vətəndaş cəmiyyəti dəyərlərinə əsaslanaraq dövlət idarəetməsinin səmərəliliyini artırır, istehlakçılara bilavasitə müxtəlif xidmətlər göstərir və dövlət orqanlarının fəaliyyəti barədə vətəndaşlara müntəzəm olaraq məlumatlar verir.
Qeyd etmək lazımdır ki, müasir dünyada gedən qloballaşma, modernləşmə və informasiyalaşma prosesləri bir-birilə əlaqəli olub, biri digərini şərtləndirir.
Hazırda informasiya inqilabı dövrünü yaşayan Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra XXI əsrdə davamlı iqtisadi inkişaf mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin iqtisadiyyatının dünya təsərrüfat sisteminə daxil olması müasir dövrdə dövlət idarəçiliyində mükəmməl texnologiyalardan istifadə edilməsini obyektiv zərurətə çevirir. Siyasi və sosial-iqtisadi proseslərin idarə olunmasının Sovet dövründən miras qalmış üsulları və vasitələrinin cəmiyyətdə ictimai münasibətlərin müasir inkişafı meyilləri ilə uyğun gəlməməsi dövlət idarəçiliyində müasir dövrün reallıqlarının nəzərə alınmasını tələb edir. Məhz bu səbəblərdən də dövlət idarəçiliyinin həyata keçirilməsində elmi cəhətdən əsaslandırılmış yeni siyasi yanaşmaların axtarışları və işlənib hazırlanmasının hakimiyyət və cəmiyyət arasında qarşılıqlı münasibətlərin yeni modelinin yaradılmasının ölkəmiz üçün mühüm praktik əhəmiyyəti vardır.
Belə yanaşmalardan biri də ölkəmizdə 2005-ci ildə “Elektron Azərbaycan” Dövlət Proqramının qəbul edilməsidir. “E-Azərbaycan” Dövlət Proqramına uyğun olaraq “E-Hökumət”in formalaşdırılması məqsədilə 2005-2008 və 2010-2012-ci illər üçün Tədbirlər Planının işlənib hazırlanması bu sahədə irəliyə doğru atılmış real addımlardandır. E-hökumətin yaradılması və inkişafı mürəkkəb bir proses olaraq, xeyli vaxt tələb edir.
2013-cü ilin ölkəmizdə “İKT ili” elan edilməsi bu sahədə qarşıda duran vəzifələrin həyata keçirilməsini əhəmiyyətli dərəcədə sürətləndirmişdir.
Тядгигатын мягсяди: Тядгигатын ясас мягсяди iqtisadi inkişafın əsas istiqamətlərinin tədqiqi, elektron hökumətin formalaşmasının texniki və texnoloji şərtlərinin tədqiqindən ibarətdir.
Тядгигатын предмети: Тядгигатын предмети кими iqtisadi inkişaf, informasiya cəmiyyəti, elektron hökumətin formalaşmasının və inkişafının əsas xüsusiyyətləri və elektron xidmətlərin genişləndirilməsi məsələlərinin тядгиги чыхыш едир.
Тядгигатын нязяри ясасларыны informasiya iqtisadiyyatı, iqtisadi inkişaf, informasiya cəmiyyəti sahəsində елми классикляринин, мцасир Гярб игтисадчыларынын ясярляри иля йанашы рус вя Азярбайжан игтисадчы алимляринин тядгигатлары, щямчинин тядгигатчынын фярди йанашмасы тяшкил едир. Диссертасийанын йазылмасында informasiya iqtisadiyyatı, informasiya cəmiyyəti, elektron hökumətin iqtisadi inkişafda rolundan эениш истифадя едилмишдир.
Тядгигатын методолоъи базасыны иnformasiya cəmiyyəti və informasiya iqtisadiyyatı елмlərинин ясасландыьы елми тядгигат методларынын эениш спектри вя проблемин тядгигиндя елми абстраксийа, тарихи вя мянтиги ялагя, индуксийа, дедуксийа, анализ вя синтез методларындан истифадя едилмякля фактлар йыьылыб-цмумиляшдирилмиш, онлар арасында ганунауйьун вя тясадцфи ялагяляр мцяййянляшдирилмиш характерик яламятляр ашкара чыхарылмыш, щямчинин мцасир инкишаф хцсусиййятлярини вя тямайцллярини изащ едян бир чох харижи юлкя алимляринин елми мцлащизярялərи вя нятижяляри тяшкил едир.
Елми йенилик: Маэистр диссертасийасынын елми йенилийи informasiya iqtisadiyyatının və informasiya cəmiyyətinin formalaşması xüsusiyyətləri, elektron hökumətin qurulması məsələləri, elektron hökumətin iqtisadi inkişafda rolunun artırılması istiqamətləri barясиндя тяклиф вя тювсийялярин щазырланмасындан ибарятдир.
Нязяри вя тяжрцби ящямиййяти апарылан тядгигатын ясас нятижя вя елми мцддяaларындан тяклифляр вя тювсийялярдян, informasiya cəmiyyəti, informasiya iqtisadiyyatı, elektron hökumətin inkişaf məsələlərinin həllinin щяйата кечирилмясидир.
Информасийа мянбяйи мцхтялиф бейнялхалг тяшкилатларын дюврц няшрляри, Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Азярбайжан Республикасы Дювлят Статистика Комитясинин, Мяркязи Банкын, Игтисадиyyat və Sənaye Назирлийининин мялуматларындан ибарятдир.
Ишин структуру вя щяжми. Апарылмыш тядгигат иши эириш, цч фясил, нятижя вя тяклифлярдян ибарятдир. Эиришдя ишин актуаллыьы, тядгигатын истигамятляри эюстярилир вя тядгиг едиляжяк проблемляр мцяййянляшдирилир.
Magistr dissertasiya işinin birinci fəslində elektron hökumətin formalaşmasının konseptual əsasları geniş şəkildə təhlil edilmişdir.
Dissertasiya işinin ikinci fəslində dünya ölkələrində elektron hökumətin və elektron xidmətlərin inkişaf istiqamətləri araşdırılmışdır.
Magistr dissertasiya işinin üçüncü fəslində isə ölkədə elektron xidmətlərin iqtisadi inkişafa təsiri və elektron xidmətlərin monitorinq sisteminin yaradılması perspektivləri öyrənilmişdir.
ЭИРИШ
Son onillikdə informasiya və kommunikasiya texnologiyaları (İKT) gündəlik həyatımızın müxtəlif sahələrində mühüm rol oynamışdır. Belə sahələrə turizm sektorundan tutmuş səhiyyə, bank, ticarət, biznes kommunikasiya, sosial kommunikasiya, fərdi və dövlət orqanları arasında əlaqələrə qədər sahələr daxildir. Elektron xidmətlər kompüter əsaslı vasitə olmaqla görüləcək işlərin sadələşdirilməsi və lazımi şəkildə həyata keçirilməsi məqsədi daşıyır. Görüləcək işlərin sadələşdirilməsi dedikdə onların az səy göstərməklə daha sürətli həyata keçirilməsi nəzərdə tutulur (Kronholm, 2010).
Elektron xidmətlər daha çox diqqət və əhəmiyyət cəlb edən sürətlə inkişaf edən sahədir (Bruçer və Skul, 2004). Ölkə vətəndaşları dövlətdən yüksək keyfiyyətli, kəmiyyətli və hər gün 24 saat işləyən elektron xidmətlər göstərilməsini tələb edirlər. Elektron xidmətlərin formalaşması və inkişafı məqsədilə ölkələr vətəndaşların tələblərini təmin edən informasiya sistemlərinin inkişafını həyata keçirməlidirlər. Kuk 2002-ci ildə qeyd etmişdir ki, elektron xidmətlər, vətəndaşların arzuları və tələbatları sahəsində bir sıra tədqiqatlar aparılmışdır. Bu tədqiqatlardan belə nəticə əldə olunmuşdur ki, dövlət orqanları vətəndaşların istəkləri və tələbatlarına uyğun elektron xidmətlər yaratmırlar.
Kronholma görə elektron xidmətlərin əsas məqsədi ölkə vətəndaşları ilə dövlət orqanları arasında əlaqələrin yaradılması olduğundan İT sistemləri kommunikasiya forması kimi yaradıla bilər. Komminikasiya kriteriyası elektron xidmətlər tərəfindən dəstəklənən üç keyfiyyət növünü özündə birləşdirə bilər: Qarşılıqlı əlaqə keyfiyyəti – qarşılıqlı əlaqə istifadəçi ilə elektron xidmət arasında mövcud olur. Kommunikasiya keyfiyyəti – kommunikasiya iki istifadəçi (dövlət orqanı və istifadəçi) arasında qərarlaşır. Məqsəd keyfiyyəti – məqsəd keyfiyyəti dövlət orqanı ilə istifadəçi arasında məqsədlərin həyata keçirilməsidir.
Qeyd etmək lazımır ki, elektron hökumət sahəsində bir çox təriflər verilmişdir. Aşağıda həmin təriflərdən bəzilərini verməklə tədqiqatın mahiyyətini açıqlamağa çalışacağıq.
BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin hesabatında (2005-ci ildə) belə qeyd edilmişdir: “İnsanlara informasiya və dövlət xidmətlərinin göstərilməsi istiqamətində dövlət orqanları tərəfindən İKT-dən istifadə və onun tətbiqi Elektron hökumət adlanır. Elektron hökumət daha səəmərəli şəkildə vətəndaşlara informasiyanın ötürülməsi, xidmətlərin göstərilməsi və insanların dövlət idarəetməsində iştirakının artırılmasında mühüm əhəmiyyətə malikdir”.
Dünya Bankının 2011-ci il hesabatında Elektron hökumətə belə tərif vermişdir: “Dövlət orqanlarının informasiya texnologiyalarından istifadə etməsi daha asan şəkildə vətandaşlar, iş adamları və başqa dövlət orqanları ilə əlaqənin yaradılmasına şərait yaradır. İKT vasitələrindən istifadə dövlət orqanlarının vətəndaşlara daha yaxşı xidmət göstərməsinə, iş adamları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsinə, vətəndaşların daha asan şəkildə informasiya əldə etməsinə və daha səmərəli dövlət idarəetməsinin həyata keçirilməsinə şərait yaradır. Bunun nəticəsində rüşvət halları azalır, şəffavlıq artır, xərclər azalır, gəlirlər artır və bütün işlərdə rahatlıq əldə olunur”.
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı Elektron hökumətin əhəmiyyəti barəsində belə qeyd etmişdir: “Yeni informasiya və kommunikasiya texnologiyalarından, xüsusilə də şəbəkədən dövlət orqanlarının istifadəsi onların fəaliyyətlərinin hərtərəfli şəkildə həyata keçirmələrinə səbəb olur”.
Avropa Komissiyası isə elektron hökumətin izahını belə vermişdir: “Elektron hökumət informasiya və kommunikasiya texnologiyalarından imkan yaratdığı alətlər və sistemlərdən istifadə etməklə vətəndaşlar və iş adamları üçün daha yaxşı dövlət xidmətlərinin göstərilməsinə şərait yaradır”.
Bütün yuxarıda qeyd edilən təriflərdən və izahlardan belə qənaətə gəlmək olar ki, Elektron hökumət İKT vasitələrindən istifadə etməklə dövlət orqanlarının vətəndaşlar və iş adamlarına sürətli şəkildə informasiyanın ötürülməsi və dövlət xidmətlərin göstərilməsinə, dövlət orqanları ilə vətəndaşlar və iş adamları arasında qarşılıqlı əlaqələrin gücləndirilməsinə, habelə daha səmərəli dövlət idarəeməsinin həyata keçirilməsinə şərait yaradır.
Dostları ilə paylaş: |