Азярбайжан республикасы тящсил назирлийи азярбайжан дювлят игтисад университети



Yüklə 193,26 Kb.
səhifə4/35
tarix11.01.2022
ölçüsü193,26 Kb.
#110837
1   2   3   4   5   6   7   8   9   ...   35
Vətəndaş

Hökumət

Biznes

Üçüncü sektor

Biliklər

Vətəndaş (C)

C2C

C2G

C2B

C2N

C2K

Hökumət (G)

G2C

G2G

G2B

G2N

G2K

Biznes (B)

B2C

B2G

B2B

B2N

B2K

Üçüncü sektor (N)

N2C

N2G

N2B

N2N

N2K

Biliklər (K)

K2C

K2G

K2B

K2N

K2K

Mənbə: Ковалев, М. Создание электронного правительства с учетом международного опыта //Банкаўскі веснік. 2006. червень. С.16–25.
Cədvəldən göründüyü kimi

  • hökumət-hökumət (C2G) - bu təşkilatlararası şəbəkə, dövlət məlumatları bazası, elektron sənəd dövriyyəsi sistemi, reyestrlər və s-dir;

  • hökumət-vətəndaş (G2C) əlaqələrinə vətəndaşlarla dövlət arasında vergi əlaqələri, iş yerləri barədə məlumatların və tibbi informasiyaların verilməsi, seçicilərin qeydiyyatı və səs verməsi və s. daxildir;

  • hökumət-biznes (G2B) - bu lisenziyaların və icazələrin verilməsi, dövlət satınalmalarının aparılması və i.a. deməkdir;

  • hökumət-üçüncü sektor (G2N) - İKT-dən istifadə etməklə dövlət qeyri-dövlət ictimai təşkilatlarla (NGO) əlaqələr qurur;

  • hökumət-biliklər (G2K) - dövlətin elm, innovasiyalar və texnologiyalar sektoru ilə qarşılıqlı əlaqələridir.

Hökumət və vətəndaşlar arasındakı qarşılıqlı əlaqələrin səmərəliliyini artırmaq üçün dövlət portalı – dövlət orqanlarının veb – ehtiyatlarını inteqrasiya edən, dövlətin elektron xidmətlərini reallaşdıran və transaksiya tipli qarşılıqlı əlaqələrin yüksək təhlükəsizliyini təmin edən informasiya sistemi yaradılmalıdır. Başqa sözlə desək, portal vətəndaşlara xidmət göstərən virtual dövlət agentliyidir. Sinqapurun dövlət portalı www.ecitizen.gov.sg buna misal ola bilər. Portalın tərkibi belədir - müəssisənin iş qaydası və funksiyasını müəyyən edən əsas normativ sənədlər, yuxarı təşkilatların sənədləri, yaxud onlara istinadlar, müəssisənin yerləşməsi, iş cədvəli və lazımi hallarda işçiləri barədə tam məlumat, müəssisənin öz funksiyasına müvafiq çap etdirdiyi aktual materiallar, müəssisənin işindəki yeniliklər, mövzu ilə bağlı yeniliklər, fiziki, yaxud hüquqi şəxslərə onların tipik problemlərinin həlli üçün məsləhətlər, bölmələr üzrə axtarış.

Virtual agentliklərin fəaliyyət göstərməsinin bir sıra üstünlükləri vardır:



  • “24/7” (həftənin 7 gününün 24 saatı) rejimində internetə giriş olduqda elektron xidmətlərin əlçatan olması;

  • İşlənib hazırlanmış elektron formalarının (front office) və baza göstəricilərinin (back office) portalda inteqrasiya etməklə dövlət təşkilatı öz vətəndaşları barədə daha keyfiyyətli məlumatları toplayaraq saxlayır və sonrakı elektron xidmətə ictimai ehtiyaclar, yaxud mövcud xidmətlərə dair təhlillər verir;

  • Dövlətin çəkdiyi xərclərin azalması. Elektron xidmətə çəkilən xərclər, çoxsaylı məmur ordusuna çəkilən xərclərdən xeyli azdır. Lakin məmurların yeni üsulla işləməyə və İT - alətlərindən istifadə etməyi öyrənməsi xərc tələb edir;

Elektron demokratiyası elementləri. İnternet dövlət idarəetmə orqanlarının geniş əhali kütləsi ilə qarşılıqlı əlaqələrini dəyişir: onların rəyini nəzərə almağa, əhalinin iş planları və nəticələr barədə məlumat verməyə imkan verir. Hər bir vətəndaş dövlət orqanları ilə kommunikasiya əlaqələri olduqda bu və ya digər məsələ barədə öz fikrini bildirə bilər.

Government to Citizens (G2C–Hökumətdən vətəndaşa) sisteminə informasiyanın cəmiyyətə çatdırılması, müqavilələrə icazə verilməsi, müxtəlif arayışların və formaların alınması, doğum, ölüm, vətəndaşlıq vəziyyəti aktlarının nizamlanması, gəlir vergisinin ödənilməsi, təhsil, səhiyyə, tibbi məlumatlar, kitabxanalar və bu kimi digər əsas xidmətlər daxildir. Bu zaman dövlət büdcəsi vəsaitlərə, vətəndaşlar isə vaxta qənaət edəcəklər.

Avropa İttifaqında milli, regional və yerli hakimiyyət dairələri öz xidmətlərini onlayn formaya salmaq məqsədilə artan məbləğləri xərcləməyi nəzərdə tutmuşlar. 2000-ci ildə Lissabon şəhərində keçirilmiş sammitdə Avropa iqtisadiyyatını dünyanın ən yaxşı rəqabətə davamlı və dinamik elm tutumlu iqtisadiyyata çevrilməsi məqsədi qoyulmuşdur. Bu işlərin əsas məqsədi xidmətlərin elektron formada asan istifadəsi vasitəsilə vətəndaşların hökumət idarələrinin qarşısında yaranmış növbələrin qarşısını almaqdır.

G2C e-hökumətin 3 inkişaf modelini ayırd edir: modernləşdirmənin I eşalonu-interaktiv qarşılıqlı əlaqələr modeli (ABŞ, Kanada, Böyük Britaniya); modernləşmənin II eşalonu-interaktiv-inteqrasiya modeli (Yaponiya, Rusiya, Çin) və modernləşmənin III eşalonu-transformasiya-informasiya mövcudluğu (Braziliya, Hindistan, Cənubi Koreya, Malaziya).

Government to Business (G2B – hökumət – biznesə) əlaqələri müxtəlif formalarda ola bilir: vergi ödəmələrinin avtomatlaşdırılması, məhsulun gətirilməsi üçün elektron tenderin keçirilməsi, cari biznes informasiyalarının əldə edilməsi, icazə sənədlərinin alınması, ərizə formalarının qəbulu, lisenziyaların yenilənməsi və s. G2B əlaqələrində göstərilən xidmətlər biznesin, xüsusi ilə də kiçik və orta biznesin inkişafına kömək göstərir. G2B xidmətinə, həmçinin, hökumət tərəfindən mal və xidmətlərin satın alınması məqsədilə birja yaradan virtual hökumət-təchizatçı da daxildir. Belə ki, e-təchizat veb-saytları ixtisaslaşmış və qeydiyyatdan keçmiş istifadəçilərə mal və xidmətlərin alıcı və satıcılarını axtarmağa imkan verir. Satıcı və alıcılar müraciətlərin sayından asılı olaraq qiyməti dürüst müəyyənləşdirə və ya istədiyi qiyməti müəyyən edə bilər. E-təchizat qiymətqoyma prosesinin şəffaflığını artırmaqla yanaşı kiçik biznes sahiblərinə hökumətin böyük gəlir gətirə bilən layihələrinə təkliflər verə bilməsinə şərait yaradır. Nəticədə vasitəçilərə və alqı-satqı vasitələrinə pul vermədiyindən hökumət xeyli vəsaitə qənaət edə bilir. Belə ki, İsveç Hökuməti satınalınmaların elektron sisteminə keçəndən sonra 50% vəsaitə qənaət etmişdir.

C2B seqmentində uğurlu layihələrdən biri də elektron ticarətdir ki, bu zaman biznes üçün ticarət meydançası yaradılır, dövlət ehtiyacları üçün satınalmalar və xidmətlər aparılır.

E-kommersiyanın iqtisadi məkanda sürətli inkişafına səbəb onun açıqlıq, standartlıq, dolğunluq, sürət, öz-özünə inkişaf, əlverişlilik, operativlik, fasiləsizlik, interaktivlik, səmərəlilik, istehsalın tranzaksiya xərclərinin azaltmaq, alıcı və satıcıların imkanlarından eyni dərəcədə yararlanması, əhatəlilik, uyğunlaşma və qlobal məkanı əhatə etməsi kimi üstün cəhətləridir48, 49, 50, 51, 52, 53. Lakin bu sahədə istehlakçı hüquqlarının və fərdi məlumatların qorunması kimi məsələlər tam həll edilməmişdir.

Government to Government (G2G – hökumətdaxili, hökumətdən-hökumətə) xidmətləri 2 səviyyədə həyata keçirilir: yerli (yaxud daxili) və beynəlxalq. Dövlət orqanlarının öz aralarındakı əlaqələri müxtəlif səviyyələrdə olur: qanunverici, icraedici və məhkəmə hakimiyyəti arasında; mərkəzi hökumətin nazirlikləri və departamentləri arasında; hakimiyyətin federal və regional orqanları arasında; ayrı-ayrı dövlət qulluqçuları (siyasətçilər) arasında.

G2E (hökumətdən-məmura) servisləri yalnız hökumət qulluqçularını əhatə edən ixtisaslaşmış xidmətlərdir. Bu xidmətlərə insan resurslarının öyrənilməsi, bürokratiyanın gündəlik funksiyalarının və vətəndaşlarla olan işgüzar əlaqələrin inkişafı aiddir.

G2G ümumi informasiya sisteminin bir hissəsi kimi aşağıdakı məsələləri həyata keçirir: aparatın işinin idarə olunması; regional idarə və ərazi şöbələrinin fəaliyyətinin əlaqələndirilməsi, daxili kargüzarlığın aparılması. Başqa sözlə desək, G2G dövlət təşkilatları arasında münasibətlərin və sənəd dövriyyəsinin avtomatlaşdırılmasıdır.

Həmçinin, şəkil 2-dəki sxemdə göstərilənlərdən əlavə seqmentlər də vardır:


  • Dövlət orqanlarının ictimai təşkilatlar və yerli özünüidarə orqanları ilə qarşılıqlı əlaqələri;

  • Dövlət orqanlarının lazımi xidmətləri göstərən təchizatçılar və tərəfdaşları ilə qarşılıqlı əlaqələri.

E-hökumətin reallaşmasına texnokratak yanaşma baxımından e-hökumətin dövlət arxitekturasının yaradılması tələb olunur. Hər bir milli hökumətin arxitekturası dövlətin vətəndaşla, onun xidmətlərindən istifadə edən bir müştəri kimi qarşılıqlı münasibətini əks etdirir (şəkil 3).


Yüklə 193,26 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin