Alıcıların canlı növbədə yox, şəbəkədə olması. Bu xidmət dövlət nümayəndəsinin birbaşa minimal müdaxiləsilə müşayət olunan ictimai mal və xidmətlərin vətəndaşlara daha səmərəli çatdırılmasına imkan verir.
Yaxşı idarəetmənin artırılması və idarəetmədə ictimaiyyətin iştirakının genişləndirilməsi. Menecment (idarəetmə) və əməliyyatlarda İKT-nin iştirakı hökumətdə şəffaflığı və məsuliyyəti artırmaqla bərabər, həm də vətəndaşlara hökumətin siyasətində və qərar qəbuletmə proseslərində iştirak etməyə imkan verir.