2.2. Dünyada istifadə edilən elektron hökümət xidmətlərinin mərhələ modelləri ANAO (Australian National Auditing Office) modeli
Bu model dövlət orqanlarının internet vasitəsilə həyata keçirilən elektron xidmətlərinin xarakteristikası məqsədilə Avstraliyanın Milli Audit Komitəsi tərəfindən irəli sürülmüşdür. Bu modeldə xidmətlərin göstərilməsi 4 kateqoriyaya və ya mərhələyə bölünür və həmin mərhələlərlə elektron xidmətlərin inkişafı həyata keçirilir. Bu modelin məqsədi komitə tərəfindən audit işinin təşkilinə əsaslanır və dövlət orqanlarının internet vasitəsilə hansı xidmətlər göstərməsinə yardım edir.