IX. KODLAŞDIRMA VƏ EMAL Sorğu keçirildikdən sonra sorğu məlumatları emal edilir, kodlaşdırılır və təhlil üçün hazırlanır. Kodlaşdırma məsuliyyətli mərhələdir. Alınan məlumatların doğru və reallığı kodlaşdırmanın keyfiyyətindən asılıdır. Burada vacib şərtlərdən biri də kodlaşdırıcının əməyini rahat edən sistem qurujuluğuna da nəzərin yetirilməsidir. Öncədən sorğu alətinin kodlaşdırılması və müvafiq təlimatlandırmanın keçirilməsinin müəyyən üstünlükləri vardır. Bu üsünlüklər ilk növbədə müsahibənin qısaldılmasında səciyyələnir. Kodlaşdırmanın başlıca funksiyası emal prosesinin rahatlığına xidmət edir.
Kodlaşdırma prosesi nəticə etibarı ilə səmərəli emalla kompozisiya təşkil edir. Emal prosesində kodlaşdırılan informatik indikatorlar açıqlanır və təhil olunmaq üçün hazırlanır.