T3- 5 T4- 5
1.Kar uşağın idrak prosesində görmə duyğularından başqa hansı duyğular böyük rol
oynayır?
A ) Hərəkət,taktil-vibrasiya və hissi duyğular
B) Eşitmə qalığı,hərəkət
C) Hərəkət,taktil-vibrasiya
D) Hərəkət,taktil-vibrasiya və qoxubilmə,
E) Hərəkət,eşitmə,kinestetik və hissi duyğular
2.Q.Gelmqolsa görə duyğular nədir?
A) Dərk etmə prosesidir.
B)Hiss orqanlarına təsir göstərən ən sadə prosesdir.
C)Ən sadə psixi prosesdir
D)Bizi əhatə edən maddi aləm haqqında siqnallar sistemidir
E) Maddi aləmin bizim hisslərimizə təsirinin nəticəsi
3.Kar uşaqlarda duyğuların özünəməxsusluğu nədədir?
A) Eşitmə duyğularının olmaması fonunda görmə,taktil,kinestetik duyğuların,daha güclü inkişafı
B)Taktil – vibrasiya duyğularının daha güclü inkişafında
C)Onlarda görmə,iybilmə və taktil – vibrasiya duyğularının daha güclü inkişaf etməsindədir.
D)Bütövlükdə duyğuların inkişaf etməməsində
E) Eşitmə,görmə,iybilmə və taktil – vibrasiya duyğularının inkişaf etməsində
4. Kar uşaqlarda taktil – vibrasiya duyğularının xarakteri necədir?
A) Məkanda bələdləşmə və hərəkət duyğularına oxşardır..
B)Taktil – vibrasiya duyğuları digər duyğuların tərkib hissəsi kimi daha yaxşı inkişaf edir,
C) Nitqin olmaması taktil – vibrasiya duyğularının inkişafını ləngidir.
D) Taktil – vibrasiya duyğuları ətraf aləmin qavranılması ,idrak fəaliyətinə təsir edir
E)Eşitmə və taktil – vibrasiya duyğuları biri –biri ilə sıx bağlıdır
5.Eşitmə qüsurlu uşaqlarda hansı eksteroseptiv duyğular fəal olur?
A)Görmə,hərəkət, taktil –vibrasiya və dəri
B) Görmə,taktil –vibrasiya və iybilmə
C) Görmə,taktil –vibrasiya,dadbilmə və iybilmə
D) Görmə,kinestetik duyğular və iybilmə
E) Dəri duyğuları,dadbilmə və iybilmə
6. Eşitmə qüsurlu uşaqlarda dəri hissiyatı harada daha həssasdır?
1.Əlin içində
2.Onurğa böyunda
3. Selikli qişada
4. Dilin ucunda
5. Bütün dəri səthində
A)1
B) 3
C) 2
D) 4
E) 5
7. Surdopedaqogika defektologiyanın hansı müstəqil sahələri ilə bağlıdır?
1. Oliqofrenopedaqogika
2. Xüsusi pedaqogika,
3. Loqopediya.
4. Tiflopedaqogika
5.Xüsusi psixologiya
6. Dayaq –hərəkət apatı pozulmaları
7. Davranış pozulmaları olanlar,
A) 2,3,6
B) ,3,4,7
C) 1,4,5
D) 4,6,7
E) 3,5,6
8. Duyğu prosesi necə yaranır?
1. Duyğu bir psixi proses olmaq etibarilə cisimlərin bilavasitə duyğu üzvlərimizə təsiri zamanı yaranır.
2. Duyğu bir psixi proses olmaq etibarilə hadisələrin təsiri zamanı yaranır.
3. Duyğu üzvlərimizə hadisələrin təsiri zamanı yaranır
4. Qıcıqlandırıcıların yaratdığı oyanma hissi sinirlər vasitəsi ilə beynə nəql olunur və nəticədə duyğu prosesi yaranır
5. Duyğular obyektiv reallığın hissi inikası olumur
6. Duyğular hal - hazırda hiss üzvlərinə təsir edən cisim və hadisələrin ayrı-ayrı xassələrinin, əlamətlərin beyində inikası olur
A)1,3,4,6
B)2,3,5,6
C)1,2,4,5
D)1,2,3,5
E)2,3,4,5
9. Psixofiziki və psixi infantilizmi birinci olaraq XlX əsrdə hansı alimlər öyrəniblər?
1 - Lasseq
2 - Bleyler
3 - Qureviç
4 - Loren
5 - Qilyarovski
6 - Vıqotski
A) 1, 5
B) 2, 5
C) 1, 3, 6
D) 3, 4, 5
E) 1, 4
10. Psixi inkişaf ləngiməsinə nə gətirib çıxara bilər?
1 - endogen amillər
2 - natal patologiyalar
3 - ekzogen amillər
4 - ürək xəstəlikləri
5 - somotogen postnatal patalogiyalar
A) 1, 2, 3, 5
B) 1, 4, 5
C) 2, 3, 4, 5
D) 4, 5
E) 2, 4, 5
11.Insanda eşitmə ilə hərəkət analizatoru arasında sıx əlaqənin olduğunu sübut etmiş alimləri ardıcıllıqla göstər:
1.V.İ.Fleri 2.N.M.Laqovski 3.İ.P.Pavlov 4.Q.Qelmqols 5. F.A.Rau,7.Q.Qartman 8.İ.M.Solovyov
A) 1.2.5.8
B) 2.3.4.6
C) 3.4.6.8
D) 4.5.6.8
E) 1.2.4.7
12. Analizatorun duyğu yaratması üçün onun hissələrinin ardıcıllığı ılə göstərin:
1.Beyin qabığı şöbəsi
2.Periferik şöbə yaxud reseptor
3.Oturucu sinir lifləri
A) 3,2,1
B) 1,2,3
C) 2,1,3
D) 2,3,1
E) 1,3,2
13.l.B.Neymana görə eşitmə qalığı olan kar uşaqları ardıcıllıqla qruplaşdır.
1. I qrup:256-dan 512 hersə qədər qavrayanlar
2. II qrup: 128 –dən 256 hersə qədər qavrayanlar
3. III.512 –dən 1024 hersə qədər qavrayanlar
4. IV qrupa isə 1024 dən 2048 hersə qədər qavrayanlar
A) I qrupa: 128-dən-1024 hersə qədər, II qrupa 1024-dən-1024-2048 hersə qədər qavrayanlar
B) I qrup:256 –dən - 512 hersə qədər, II qrupa: 512 hersdən dən 1024 hersə qədər ;III qrupa 1024 dən 2048 hersə qədər qavrayanlar, IV qrupa 2048 – yuxarı.
C) I qrup:128 –dən 256 hersə qədər, II qrupa: 512 –dən 1024 hersə qədər, III qrupa 2048 – yuxarı.
D)I qrupa: 128,II qrupa; 256,III qrupa: 1024, IV qrupa:1024-2048 hersə qədər qavrayanlar
E) I qrup:128 –dən 256 hers; II qrupa: 256-dan 512 hers;III qrupa: 512 –dən 1024 hers;IV qrupa 1024 dən 2048 hersə qədər
14.Əzələ-hərəkət duyğuları nəyi əks etdirir : daxil olanlarin ardıcillığını gostərin:
1-Bədənin ətraf üzvlərinin hərəkətini,
2-Bədənin ətraf üzvlərinin vəziyyətini,
3-Bədənin ətraf üzvlərinin hərəkətinin surətini,
4- Bədənin ətraf üzvlərinin hərəkətinin istiqamətini
5- Bədənin ətraf üzvlərinin bu zaman əzələlərin gərilmə dərəcəsini
A) 2,1,4,3,5
B) 3,4,2,1,5
C) 1,3,2,4,5
D) 3,1,5,4,2
E) 4,5,2,3,4.
15. Mürəkkəb qavrayış növlərinin ardıcıllığını müəyyən et:
1 – Məkan qavrayışı
2 – Eşitmə qavrayışı
3 – hərəkət qavrayışı
4 – görmə qavrayışı
5 – zaman qavrayışı
A) 1, 3, 5
B) 1, 2, 3
C)2, 3, 5
D) 3, 4, 5
E)1, 4, 5.
16. Eşitmə qüsurlu uşaqlarda duyğuların qarşılıqlı təsirini ardıcıllıqla göstərin.
1-Duyğuların intensivliyindən asılıdır. 2- Qıcıqlandırıcılara müəyyən məsafədən təsir etməsindən .3-Eyni zamanda həmin vaxta başqa qıcıqlandırıcıların hiss üzvlərinə olan təsirlərdən.4- Başqa hiss üzvlərinin qıcıqlanması digər analizatorun həssaslığını dəyişməsindən.5- Analizatorun qıcıqlandırıcının təsiri altında daima uyğunlaşmasından.6-Duyğu üzvlərinin qıcıqlandırıcılara uyğunlaşmasından.7-Adaptasiya səviyyəsindən.8- Qıcıqlandırıcının qüvvəsindən.9-Ekstreoseptiv duyğuların uyğunlaşmasından.
A) 1,3,4,6,7,8
B)1,2,3.4,5,9
C)2,3,4,5,6.9
D)2,3,4.5,7,9
E)2,5,6,7,8.9
17. Duyğu növlərini reseptorların yerləşməsinə görə uyğunlaşdır:
I Eksteroreseptiv duyğular
II İnteroreseptiv duyğular
III Proprioreseptiv duyğular
1- reseptorlar bədənin səthində yerləşir
2- reseptorlar daxili üzvlərdə, toxumalarda yerləşir
3- reseptorlar oynaq və əzələlərdə yerləşir
A) I-1, II-3, III-2
B) I-3, II-1, III-2
C) I-2, II-3, III-1
D) I-1, II-2, III-3
E) I-3, II-2, III-1
18. Duyğuları qruplarına görə uyğunlaşdır
I - İnteroreseptiv duyğular
II - Proprioreseptiv duyğular
III - Eksteroreseptiv duyğular
1 - kinestetik
2 -hərəki
3 - görmə
4 -aclıq
5 - iybilmə
6 -müvazinət
7 - dadbilmə
8 - eşitmə
9 - toxluq
10 - dəri
11 - susuzluq
A) I- 9, 10, 11; II- 2, 5; III- 1, 3, 4, 6, 7, 8
B) I-1, 3, 4, 5, 7, 8; II- 4, 9, 10; III-2, 6, 11
C) I- 1, 2, 3; II- 4, 5, 6, 7; III- 8, 9, 10, 11
D) I- 2, 4, 6; II- 1, 7, 11; III- 3, 5, 8, 9, 10
E) I- 4, 9, 11; II- 2, 6; III- 1, 3, 5, 7, 8, 10
19. Duyğuların növlərini prinsiplərə görə uyğunlaşdır
I – sistematik (modallıq)
II - anatomik (reseptorların yerləşməsi)
III – genetik (duyğuların yaranma müddəti)
1 - görmə
2 - protopatik
3 - eşitmə
4 - eksteroseptiv
5 - taktil
6 - interoseptiv
7 - rəng
8 - epikritik
9 - proprioreseptiv
A) I-1, 3, 5, 7; II- 4, 6, 9; III- 2, 8
B) I- 4, 9; II - 2, 6; III- 1, 3, 5, 7, 8
C) I- 1, 2, 3; II- 4, 5, 6, 7; III- 8, 9
D) I- 2, 4, 6; II- 1, 5, 7; III- 3, 8, 9
E) I- 3, 7, 9; II- 2, 5; III- 1, 4, 6, 8
20. Qavrayışın mürəkkəb növlərini onların qısa xarakteristikaları ilə uyğunlaşdır:
I - məkan qavrayışı
II - zaman qavrayışı
III - hərəkət qavrayışı
1 - obyektin məkandakı mövqeyinin dəyişilməsinin inikasıdır
2 - obyektin forması, relyefi, həcmi, uzaqlıq və istiqamətinin inikasıdır
3 - hadisənin müddətinin, sürətinin və ardıcıllıqının inikasıdır
A) I-2, II-3, III-1
B) I-1, II-2, III-3
C) I-3, II-1, III-2
D) I-1, II-3, III-2
E) I-2, II-1, III-3
##num=7 // level= 1// sumtest=94 // name= Kar uşaqlarda diqqətin inkişaf xüsusiyyətləri//
T1- 6
Dostları ilə paylaş: |