22
2. Davamlı şüşə;
3. Apparat üçün bərk şüşə;
4.
Apparat üçün yumşaq şüşə;
5. Yarıtmaz şüşə.
Birinci sinif şüşələrə xüsusi davamlı kimyəvi aparatlar daxildir. Ikinci sinfə
tibb ampulları, istiyə davamlı mətbəx qabları, kimyəvi qablar, üçüncü sinfə sənaye
şüşə məmulatları, pəncərə, butulka, konserv taraları, yemək qabları daxildir.
Şüşənin kimyəvt davamlılığını alüminium oksidi və bor oksidi artırır.
Şüşənin kimyəvi davamlılığına saxlanma şəraiti, qablaşdırma və daşınma da
təsir göstərir, xüsusilə onun keyfiyyətini qablaşdırıcı
materiallar, yaş və ya quru
samanlı yeşiklər, yüksək hiqroskopikliyi və yavaş quruması ilə fərqlənən bəzi sort
kağızlar aşağı salır.
23
IV. ŞÜŞƏ MƏMULATLARININ ALINMASINDA FORMAYA
SALINMA ÜSULLARI
Qaz, hava qabarcıqları və başqa zərərli qatışığı olmayan, lazımi qatılığı və
səthi gərginliyi olan şüşə kütləsindən məmulat formaya salınır.
Növündən,
ölçüsündən,
kütləsindən,
təyinatından,
formasının
mürəkkəbliyindən və kimyəvi tərkibindən asılı olaraq məmulatlar əl və maşın
üsulları ilə formaya salınırlar.
Əl üsulu ilə mürəkkəb formalı və yüksək bədii məmulatlar hazırlanır. Sadə
formalı
məmulatlar, o cümlədən məişət şüşə qablarının bəziləri yüksək məhsuldar
avtomat və yarımavtomatda istehsal edilir.
Məmulatların formaya salınmasında presləmə, üfurmə,
press-üfürmə,
dartma,
yayma,
tökmə,
həmçinin
kombinələşdirilmiş
(birləşdirmə)
mərkəzdənqaçma (fırlanma) üsulları tətbiq edilir.
Bir tip məmulatlara sabit sabit forma vermək üçün çuqun,
yaxud polad
press-formalardan istifadə edilir. Bu formaların daxili istiyə davamlı, paslanmayan
ərinti ilə örtülür.
Dostları ilə paylaş: