26
rəngsiz şüşə kütləsindən hazırlanır. Boyağın intensivliyi onun konsentrasiyasından,
termiki emaldan, şüşənin qalınlığından və mühitin işıqlanmasından asılıdır.
Əlvan qatlı şüşə naxışı. Əlvan qatlı şüşə məmulat iki, yaxud daha çox qat
şüşədən olur. Bu qatlar ağ və digər müəyyən rənglərə boyanmış olur. Belə
məmulat hazırlamaq üçün əvvəlgə rəngsiz şüşə kütləsindən məmulatın bankası
üfürülür və sonra bu bankanın üstünə nazik rəngli şüşə kütləsi əlavə edilib, hamısı
birlikdə qəlibə üfürülür.
Bu şüşələrin termiki genişlənmə əmsalları eyni olmalıdır. Bir qayda olaraq
əlvan qatlı şüşə məmulat əlavə almaz, nəqqaşlıq və s. naxışları ilə naxışlandıqda
daha yaxşı bədii-estetik təsirli olurlar. Əlvan rəngli şüşə isə müxtəlif rəngli eyni
xassəli şüşə kütlələrinin qarışığından əmələ gətirilir.
Sink sulfidli şüşə naxışı. Bu şüşədən olan məmulat xarici görünüşcə zəif
tutqunluğu olan şüşəni xatırladır, lakin kontrast ağ və sarı, açıq qırmızı zolaqlarının
növbələşməsilə fərqlənir.
Krakle. Rəngli, yaxud rəngsiz şüşə kütləsindən olan banka soyuq suya
salınır. Bunun nəticəsində onun səthi çat toru ilə örtülür. Bu fabrikat yenidən peçə
yerləşdirilir. Burada qızdırılaraq xarici çatlar əridilir, sonra ondan məmulat
üfürülür, daxili çatlar isə şüşə məmulatda naxış əmələ gətirir.
Şaxta naxışı. Bu naxışı almaq üçün isti şüşə kütləsi üzərində 0,1-0,5 mm
şüşə qırıntıları olan stol üzərinə yaxılır. Qırıntılar şüşə kütləsinə yapışır
vəqızdırılma zamanı məmulatda şaxta naxışını yaradır.
Dostları ilə paylaş: