30
kimi, məmulatın üzəri mastika ilə örtülür, sonra paqtoqrafın köməyilə naxış yerləri
əmələ gətirilir və florid turşusu məhluluna salınır. Əgər vannadakı qarışıq əridici
və kükürd turşularından ibarətdirsə, şəffaf aşındırma alınır.
Əridici turşunun
duzuna natrium sulfit və duz turşusu əlavə edildikdə naxış tutqun alınır.
Dərin bədii aşındırma. Dərin bədii aşındırma ilə iki və çoxqat şüşə
məmulatları bəzəndirilir. Məmulatın xarici qatı rəngli, daxili qatı rəngsiz olmalıdır.
Burada aşındırılmayan yerlərə mastika fırça ilə çəkilir. Sonra məmulatın
qalan
sahəsi tədricən fırçanın köməyi ilə xlorid turşusu ilə işlənir. Nəticədə məmulatın
mastika sürtülməmiş yerləri aşınır və aşınmayan yerlər məmulatın üzərində qbarıq
naxışlar kimi qalır.
Beləliklə, əlvan qatlı şüşə məmulatın müxtəlif sahələri müxtəlif qalınlıqda
aşınır. Bu zaman müxtəlif rənglərə çalan naxışlar alınır. Dərin aşındırma naxışı
mürəkkəb kompozisiyalı olur, ən çox gül vazalarında və başqa iri məmulatlarda
tətbiq edilir.
Dostları ilə paylaş: