B u r a X i L i ş I ş I mövzu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə22/31
tarix19.12.2022
ölçüsü0,7 Mb.
#121433
1   ...   18   19   20   21   22   23   24   25   ...   31
2322-hlimanzad-H-mid-Namiq-B-85-26

Kristall nöqsanları. Bunlar əriməmiş qalan ayrı-ayrı kristallardan və şüşə 
kütləsinin eynicinsliyini pozan müxtəlif birləşmələrin kristallarından ibarətdir. Bu 
kristallar şəffaf olmayıb, çox vaxt ağ rəngdə olur. Daş nöqsanı şüşənin xarici 
görünüşünü pisləşdirir, onun termiki davamlılığını və mexaniki möhkəmliyini 
aşağı salır, şüşədə əlavə daxili gərginlik yaradır, istifadə və daşınma zamanı 
qabların qırılmasına səbəb olur və eyni zamanda əritmə prosesini çətinləşdirir. 
Əriməyən şixta hissəcikləri. Öu nöqsan şixtanın ayrı-ayrı komponentlərinin 
müxtəlif böyüklükdə olması, onun pis qarışdırılması, temperatur rejiminin 
pozulması və s. nəicəsində əmələ gəlir. Bu nöqsana yeməkxana qablarında məhdud 
miqdarda icazə verilir. 
Oda davamlı material hissələri. Şüşə kütləsinin kifayət qədər bişirilməməsi, 
mexaniki ziyan və bişmənin çox yüksək temperaturda aparılması nəticəsində əmələ 
gəlir. 
Kristallaşmağa başlayan şüşə hissələri. Bu nöqsanda kristallar bir-birindən 
aralı, zəncir və ya dama formasında olur. Bu hissələr olan şüşə kütlələri bir qayda 
olaraq zaylaşdırılır. Kristallaşmağa başlayan şüşə nöqsanı çay stəkanlarında və 
nəlbəkilərdə də olmamalıdır, digər yeməkxana qablarında isə məhdud miqdarda 
ola bilər. 
Düyün bərkimiş şüşə laxtalarından ibarətdir. Onlar şüşə kütləsi içərisində 
tam əriməmiş qabarcıq, yaxud damcılar və bəzən də ləkəli təpəciklər şəklində olur. 
Cızıq davamrvari rəngsiz tellərdən ibarət olub, məmulatın səthində rast gələn 
nöqsandır. Bu nöqsan əm məmulatın xarici görünüşünü, həm də mexaniki-termiki 
davamını pisləşdirir. Məmulatda cızıq nöqsanının olmasına icazə verilmir. 
Istehsal nöqsanları. Əl ilə üfürmə və press üsulu ilə emal edilməsi zamanı 
formalaşdırılmasından əmələ gəlir. Bu nöqsanlar işçi tərəfindən şüşə kütləsi 
porsiyasının düzgün götürülməsindən alına bilər. Belə nöqsanlara aşağıdakılar 


34 
aiddir. Məmulatın divarının, dibinin kənarının müxtəlif qalınlıqda olması, 
məmulatın divarının dibinin qalınlığı eyni olmur, başqa sözlə desək, divarı 
nazildilmiş və dibi qalınlaşdırılmış olur və əksinə, olduqca nazildilmiş olur. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin