B u r a X i L i ş I ş I mövzu



Yüklə 0,7 Mb.
Pdf görüntüsü
səhifə27/31
tarix19.12.2022
ölçüsü0,7 Mb.
#121433
1   ...   23   24   25   26   27   28   29   30   31
2322-hlimanzad-H-mid-Namiq-B-85-26

Şirə üçün qab dəsti 15 əşyadan ibarətdir. 12 ədəd stəkanı, məcməyisi, 
çömçəsi və qabın qapağı vardır. Ovalşəkillidir, qabın qapağı künbəzəoxşardır, dəst 
qabın üzərindəki naxış mürəkkəb qrupa daxildir, artikulu 18941r-dir, Saratov 
şəhərinin şüşə zavodu tərəfindən istehsal edilir. Buna bənzər rəngli şüşədən Çexiya 
respublikası tərəfindən istehsal edilmiş «lepka» naxışlı şirə üçün qablar da ticarətə 
daxil olur. 
Ukraynanın şüşə zavodları tərəfindən tort üçün boşqablar, kuboklar, vazalar, 
su üçün dəstlər, qrafinlər, şirniyyat dəstləri, mürəbbə qabları, şam üçün dayaqlar, 
kül qabıları və s. kimi büllur məmulatları da daxil olur. 


41 
VII. DAXIL OLAN BÜLLUR ŞÜŞƏ MƏMULATLARININ
KEYFIYYƏTININ EKSPERTIZASI 
Bir qayda olaraq, mal göndərən təşkilatlardan daxil olan şüşə malları 
keyfiyyət göstəricilərinə görə qüvvədə olan normativ-texniki sənədlərin tələblərinə 
cavab verməlidir. Bu baxımdan şüşə mallarının keyfiyyətini yoxlayarkən həm də 
keyfiyyətin yoxlanması üçün metodik göstəricilərdən də istifadə edilməlidir.
Bir qayda olaraq ticarət müəssisələrində şüşə malları partiyalarla qəbul 
edilir. Mal partiyası dedikdə, eyni növ materialdan, eyni növdə, fasonda, istehsal 
üsulunda, eyni vaxtda hazırlanmış şüşə mallarının yığımı kimi başa düşülməlidir. 
Şüşə mallarının keyfiyyətcə qəbulu 26821-86 saylı dövlət standartı əldə əsas kimi 
qəbul edilir.
Daxil olan mal partiyasından məmulatın xarici görünüşünü yoxlayarkən 10 
ədəddən az olmamaq şərtilə 1% həcmində, ölçülərini, kütləsini, dözümlülüyünü, 
tutumunu, yol verilən kənarlaşmaları yoxlamaq üçün 10 ədəddən az olmamaq 
şərtilə 0,5% həcmində, bişirilməsi keyfiyyətini yoxlayarkən yenə də 10 ədəddən az 
olmamaq şərtilə 0,5% həcmində, istiliyə qarşı davamlılığını yoxlayarkən 10 
ədəddən az olmamaq şərtilə 0,5% həcmində nümunə seçilir.
Seçilmiş hər bir məmulat növü bir və bir xarici görkəmcə diqqətlə yoxlanır, 
onun tutumu, ölçüləri, hazırlanması keyfiyyəti diqqətlə nəzərdən keçirilir. 
Məmulatlarda rast gələ biləcək nöqsanlar aşkar edilir. 
Şüşə mallarında rast gələn nöqsanı mütəxəssislər belə qruplaşdırırlar: şüşə 
kütləsinin nöqsanları, formaya salınma nöqsanları və bəzək emalı nöqsanları. 

Yüklə 0,7 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin