24
yapışdırılır. Üfürüldükdən sonra məmulatı borucuqdan ayırmaq
üçün isti
məmulatın borucuğunun ucuna yapışdığı yerə soyuq metal plastinkası sürtülür.
Birdən-birə soyuduğu üçün şüşədə çatlar əmələ gəlir və məmulat asanlıqla
borucuqdan ayrılır.
Üfürmə üsulu ilə mürəkkəb formalı müxtəlif məmulatların, ən çoxu isə içi
boş məmulatın hazırlanmasında tətbiq edilir. Əl üsulunun maşınla
əvəz edilməsi
əmək məhsuldarlığının kəskin artmasına və məhsulun maya dəyərinin aşağı
düşməsinə səbəb olur.
Presləmə üsulu. Presləmə üsulu ilə məmulatın formaya salınması yüksək
məhsuldar və geniş yayılmış üsuldur. Bu üsulda şüşə
məmulatlar xüsusi avtomat
və yarımavtomatlarla, az halda isə əl ilə istehsal edilir.
Preslənmənin böyük üstünlüyü onun yüksək məhsuldarlığıdır. Çatışmayan
cəhəti isə ondan ibarətdir ki, bu üsulda yuxarısı dar, tutumlu, orta qabarıqlı və çox
uca məmulat istehsal edilə bilmir.
Üfürmə üsulu ilə istehsal edilən qablara nisbətən preslənmiş qabların termiki
davamlılığı aşağıdır. Bunun səbəbi presləmə üsulu ilə istehsal edilən qabların qalın
divarlı olması, qızıb-soyuması zamanı genişlənməsinin və sıxılmasının bir
bərabərlikdə getməsidir. Ona görə də kəskin temperatur tərəddüdündə bunlar
üfürmə qablara nisbətən daha tez çatlayırlar.
Dostları ilə paylaş: