25
Şüşə məmulatlarında daxili gərginliyin götürülməsi. Formaya salma
zamanı sürətlə soyuma nəticəsində məmulatın xarici və daxili təbəqəsində daxili
gərginlik artır və qeyri-bərabər paylanır. Bu da şüşənin istilik dəyişməsinə və
mexaniki təsirlərə davamlılığını kəskin surətdə aşağı salır. Buna görə də şüşədə
daxili gərginliyi azaltmaq və onun bərabər paylanmasını təmin etmək üçün şüşə
məmulatını tədricən qızdırır və tədricən soyudurlar.
Bu əməliyyat şüşənin və məmulatın növündən asılı olaraq xüsusi rejim üzrə
həyata keçirilir. Bu zaman şüşə hissəcikləri yumşalaraq qismən sərbəstləşir və öz
yerlərini tuturlar.
Beləliklə, şüşənin daxili gərginliyi (sərtliyi) götürülür, onun mexaniki və
termiki davamlılığı xeyli yaxşılaşır.
Şüşə məmulatın emalı. Şüşə məmulatın emalına qalpağın kəsilməsi,
kənarının cilalanması, pardaqlanma və naxışlama aiddir. Üfürmə şüşə məmulatları
formaya salındıqdan sonra qalpaqlı olur ki, bu da kənar edilməlidir. Bu, alovun,
yaxud xüsusi avtomatlarda lazer şüalarının vasitəsilə kənar edilir. Qalpaq kənar
edildikdən sonra məmulatın iti kənarı ütməklə əridilib kütləşdirilir. Sonra məmulat
mexaniki, yaxud kimyəvi üsullarla pardaqlanır.
Dostları ilə paylaş: