27
Mərmər naxışı. Bu naxış iki qatdan (ağ süd rəngli və rəngsiz şəffaf)
ibarət
olur. Mərmər naxışlı məmulat əldə etmək üçün süd rəngli bankanın üstünə
döyülmüş şüşə qırıntıları səpilir və sonra üzərinə
peçdən rəngsiz şüşə kütləsi
bulaşdırılıb qəlibdə üfürülür. Şüşədə rəngli zolaq əmələ gəlir ki, bu da mərmərdəki
damarcığı xatırladır.
Rəngli səpmə naxışı. Kiçik xırdalanmış müxtəlfi rəngli şüşə metal üzərinə
səliqəsiz, yaxud müəyyən naxış halında səpilir. Sonra
qab üçün şüşə kütləsi onun
üzərindən diyirləndirilir, nəticədə xırdalanmış rəngli
şüşə onun səthində əriyib
yapışır. Sonra kütlə qızdırılır və qab formaya salınır. Bu zaman xırda rəngli şüşə
qırıntıları tam əriyərək rəngsiz, yaxud rəngli şüşə fonunda müxtəlif rənglilik əmələ
gətirir.
Bərk naxışı. Bunun nəticəsində məmulatın səthində göy qurşağının
bütün
rənglərinə çalan nazik bərk təbəqəsi əmələ gəlir. Bərq naxışını almaq üçün
məmulat
xlorlu qalay, azot turşulu stronsium və xlorlu barium duzlarının buxarı
olan mufel peçində qızdırılır. Bu duzların buxarı məmulatın üzərinə çəkərək,
onunla möhkəm birləşərək nazik örtük və ona müxtəlif çalarlıq verir.
Dolaşıq, yaxud sarılmış sap. Bu naxış məmulatın gövdəsindəki qabarıq
torlardan, yaxud da rəngli şüşənin sirallarından ibarətdir. Bundan ötrü rəngsiz şüşə
kütləsi borucuqla birlikdə dayağın
üzərinə yerləşdirilir, dayaq hərəkətə gətirilərək
fırlanır və şüşəyə qızdırılmış rəngli şüşə çöpləri isti halda yapışdırılır.
Rəngli sap
bankanın səthinə sarınır və s.
Lüstr. Məmulatın səthinə metal üzvi birləşmələrin üzvi həlledicilərdə
məhlulu çəkilir və peçdə yandırılır. Bu zaman həlledicilər yanır, metalların, yaxud
onların oksidlərinin örtüyü məmulatın səthində möhkəmlənir.
Dostları ilə paylaş: