6
əvvəl yuxarıda adları göstərilən istehlakçı tələblərinin ödənilməsi göstərilən
xassələrin kompleksi ilə təmin edilir.
Şüşə məmulatının
funksional xassələri. Məmulata verilən funksional
tələblərə uyğun verili rvə həmin tələblərin ödənilməsini təmin etmək üçündür.
Çünki məmulat təyinat etibarilə öz funksiyasını yerinə yetirə bilmirsə, o, digər
tələblərə uyğun olsa da, öz təyinatı üçün yararsız hesab edilir. Şüşə məmulatı
təyinatından asılı olaraq əsas iki funksiyanı yerinə yetirir: başlanğıc funksiyanı,
yəni ərzaq və içkini qəbul edir; son funksiyanı, yəni ərzağı, içkini tam, yaxud
lazımi qədər hissə-hissə verir.
Məmulatın başlanğıc funksiyası şüşənin xassələrindən asılıdırsa, son
funksiyası onun konstruksiya xüsusiyyətlərindən asılıdır. Şüşənin qeyri-üzvi
tərkibli olması, onun yüksək sıxlığını, kimyəvi və korroziya davamlılığını,
temperatura və mexaniki davamlılığını, şüşə qablara yerləşdirilən ərzaq və içkinin
xassələrini saxlama qabiliyyətini təmin edir.
Məmulatlarda forma və ölçülərin təyinatına cavab verən funksional əsasının
yaradılmasında layihə həllinin əhəmiyyəti vardır. Məsələn, qrafindəki məhsulun
üst sahəsinin hava ilə az təmasda olması üçün onlar dar boğazlı və tutumu 1-2 l-
dən az olmayaraq hazırlanır. Çoxlu məhsul saxlamaq və çox porsiyalarla tökmək
üçün enli boğazlı və enli burçu olan dolçalardan istifadə edilir.
Məmulatın ərzaq və içkini qəbul etmək və saxlamaq qabiliyyətini
xarakterizə edən xassələri, əsasən laboratoriya, qalanları isə ekspert üsulu ilə təyin
edilir.
Dostları ilə paylaş: