V. ŞÜŞƏ MƏMULATLARINDA RAST GƏLƏN NÖQSANLAR VƏ KEYFIYYƏT GÖSTƏRICILƏRININ TƏYINI METODLARI Məişət təyinatlı şüşə məmulatların keyfiyyəti müvafiq normativ-texniki
sənədlər və texniki şərtlərin göstəricilərinə uyğun olmalıdır. Ümumiyyətlə,
keyfiyyət dedikdə, məhsulların istehlakının tələbini ödəyə bilən yararlılıq
xassələrinin (istehlak xassələrinin) məcmuyu başa düşülür. Keyfiyyətin
qiymətləndirilməsi isə, başqa sözlə, bu istehlak xassələrinin qiymətləndirilməsidir.
Bunun üçün müxtəlif üsullardan istifadə edilir. Onlara orqanoleptik laboratoriya və
ekspert üsulları daxildir.
Orqanoleptik üsulla şüşə məmulatlarının keyfiyyətinin qiymətləndirilməsi
zamanı hiss üzvlərimiz vasitəsilə onların xarici görünüşü, məmulatın rəngi,
naxışlanma xüsusiyyətləri və onların dəqiqliyi, forma, konstruksiya və
konfiqurasiyasının müvafiq standart normalarına uyğun olması naxışların
simmetrikliyi, tamlığı və s. kimi şərtlər nəzərə alınır.
Orqanoleptik üsulla şüşə məmulatların keyfiyyəti qiymətləndirilən zaman
onlarda olan nöqsanlar araşdırılır və qiymətləndirilir. Şüşə məmulatların keyfiyyəti
onun mexaniki, termiki, optiki, estetik və sanitar-gigiyenik xassələrinə pis təsir
edən nöqsanların miqdarından asılıdır. Məmulatın keyfiyyətinə təsir edən bu və ya
digər nöqsanlar onun ölçüsündən, növündən, vəziyyətindən və həmçinin
məmulatın ölçüsündən asılıdır.
Şüşə məmulatların keyfiyyətinə təsir edən öqsanlar 3 qrupa bölünür. Şüşə
kütləsinin nöqsanları, istehsal nöqsanları və emal nöqsanları.
Şüşə kütləsinin nöqsanları. Şüşə kütləsinin keyfiyyəti onun bişirilməsinin
sonunda fiziki və kimyəvi bircinsliyindən əhəmiyyətli dərəcədə asılıdır.
Şüşə kütləsinin nöqsanlarına qaz qabarcıqları, kristallik şüşə hissələri,
şüşənin rənglərə çalması və ya keyfiyyətsiz rənglənməsi daxildir.
Qaz qabarcıqları. Müxtəlif qazların, azot turşularının, su buxarlarının və
havanın qabarcıqlarından ibarətdir. Qabarcıqların ölçüsü 1 mm-dən bir neçə mm-ə
33
qədərdir. Formasına görə onlar sferik, ellipis və sap şəklində dartılmış ola bilər.
Qabarcıq və xal nöqsanları məmulatın xarici görünüşünü və şəffaflığını pisləşdirir,
kimyəvi, mexaniki davamlılığını aşağı salır.