Şüşənin zərbəyə davamlılığının təyini. Məmulatın zərbəyə müqaviməti
sınağının içərisində getdikcə böyüyən, dəyişən zərbə yükü olan cihazlarda,
məmulat dağılana qədər və ya məmulat şüşəsi dağılana qədər zərbə təkrar
edilməklə, daimi ağır yüklər vasitəsilə aparılır. Zərbəyə davamlılıq, əsasən tədqiq
edilən məmulatın həcminin məmulatın sırasına qədər müəyyən hündürlük altında
düşən kürəciyin işinin nisbəti ilə təyin edilir. Məmulatın zərbəyə davamlılığı nəinki
divarının qalınlığından, həmçinin məmulatınöz formasından da asılıdır. Plastinka
formalı məmulatlar nisbətən az davamlı hesab edilir. Şüşənin zərbəyə
davamlığındanbaşqa növ şüşənin kövrəkliyi də hesablanır. Kövrəklik aşağıdakı
düsturla hesablanır.
h EP V f X
Burada, f – sıxılma zamanı möhkəmlik həddi;
V – nümunənin həcmi;
EPh – dağılma baş verən zaman işin miqdarı.
Hidrostatik metodla şüşə məmulatında sıxlığının təyini. Şüşə və ya şüşə
məmulatlarının sıxlığı onun tərkibində olan oksidlərin növündən və onların
nisbətindən asılıdır. Buna, həmçinin şüşə istehsalının texnoloji prosesi və emalı da
az miqdarda təsir göstərə bilər. Şüşənin sıxlığı mikrometrin köməyi ilə hidrostatik
metodla, həmçinin sıxlığı şüşənin sıxlığına bərabər olan mayenin seçilməsilə təyin
edilir.
Sıxlığın mikrometrin köməyi ilə təyin edilməsi çox dəqiq olmasına
baxmayaraq, məmulatın sınması tələb olunur. Odur ki, nəticənin çox dəqiq olması
tələb olunmadıqda hidrostatik çəkmə metodu tətbiq edilir. Sıxlıq aşağıdakı düsturla
hesablanır.
1
m m m d
36
Burada, d – sıxlıq;
m – tədqiq edilən məmulatın çəkisi;
m
1
– məmulatın suda çəkisi.