Babək (Xürrəmi hərəkatının səbəblərinə, qəhrəmanın mənşəyinə dair)



Yüklə 84,63 Kb.
səhifə3/5
tarix10.01.2022
ölçüsü84,63 Kb.
#106667
1   2   3   4   5
Neylərəm ol cənnəti içində dildar olmasa,

Qoy anı viranə qalsın bağçada bar olmasa

Ğəflət əhli qaldı həqdən şöylə bil kim, binəsib

Qanda didarı görür, ol bunda bidar olmasa.



Dünyada aşiq olan geydi məlamət donunu

Hər yetən aşiq olurmu dər ana kar olmasa

Aşiqin meydanda başı top yerinə çalınur

Başını meydana qoymaz kim ki, sərdar olmasa

Doğruluq dost qapısıdır, doğru gəl gir bu yola

Əyri meydanda utanur, onda iqrar olmasa

Ey, Xətai, gövhəri xərc eyləmə nadanə sən,

Gövhərin qədrini bilməz gər xiridar olmasa.[16, 53]

Ruhun həmin məqamını müğam guşələrindən olan “busəlik”in timsalında təqdim eləmək olar. Bu güşənin adı farscadan tərcümədə “öpüş” deməkdir” [37, 31]. Məlumatlara görə, “Busəlik” hətta vaxtı ilə ayrıca dəstgah idi. Hazırda Busəlik Şur lad qrupuna daxil olan “Şahnaz/Dilkeş (can alan)” minor vəziyyətdən həmin ladın artıq major vəziyyətində olan Bayatı-türk şöbəsinə keçid, bağlayıcı rolunu oynayır. Maraqlıdır ki, Azərbaycan muğamları arasında aparıcı dəstgah olan Rast dəstgahında Dilkəş (minor vəziyyəti) şöbəsindən əvvəl major üstündə olan “Üşşaq/aşiqlər/ və Hz. Əlinin oğlu, başı İraqda, Kərbəlada vurulan üçüncü şiə İmamı Hüseynə həsr olunmuş “Hüseyni” şöbəsi gəlir. Dilkeşdən sonra isə “İraq” məqamıdır [149] və bu şöbələr vasitəsi ilə Azərbaycan muğamı ruhun major→minor→major xətti üzrə vəziyyətini göstərir. Bax məhz bu məqamı Şah İsmayıl öz şeirində nəzərdə tuturdu.

“Busəlik” /farscadan, deyildiyi kimi, tərcümədə “öpüş” sözü – müəllif/ adının müxtəlif yozumları var [37, 31. Bax bu da kamilliyin elə bir mərhələsidir ki, “sevgi/eşq” “İlahi öpüşvasitəsi ilə öz yerini “ölümə” verir və o da öz növbəsində insan ruhunu19 yeni maddi səviyyəyə çıxardaraq insan “eqo”sunun İlahi Nurda qərq olmasına şərait yaradır. Yalnız bu şəraitdə də sufilər dediyi “vəhdət əl-vicud” əldə olunur. Bu da maraqlıdır ki, gizli elmlərdə ölümün birinci pilləsi “Allahın öpüşü” adlanır və həmin məqamda insan özü də başa düşmədən canını Ona tapşırır. Beləliklə də, hər bir insan zəkasının işığı və qəlbinin döyüntüsündən asılı olmayaraq, Allahın hüzuruna yalnız bir düz yolla gedir ki – bu da ümumiyyətləimprovizasiyanı rədd edənSevgidir!

Gördüyümüz kimi, həmin uzaq keçmişdə cərəyan edən hadisələr Babək dövründə yerli əhalinin təfəkküründə tam mənada öz əksini tapmaqdadır. Bütün yuxarıda dediklərimizin Azərbaycan muğamında əks olunması bir daha xürrəmi hərəkatının yerli türklərlə bağlılığını sübut edir.

Allaha olan eşq o qədər pakdır ki, o ləkə götürmür və yalnız ağ rəngdə olur! Beləliklə də “Ağ rəng” / bu adı biz Akbatana adında da görürük – müəllif/ - İlahi varlığın təcəssümüdür. Fizikada “spektr” - ağ rəngin elektromaqnit şüalara parçalanmasıdır, yalnız “göy, qırmızı və yaşıl” rənglərin bir-biri ilə qarışması nəticəsində biz yenə “ağ rəngi” ala bilirik. Məhz həmin simvollar 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyətinin yaradıcıları tərəfindən Bayraq və Gerbimiz üçün simvol seçilmişdir. Onların şərhinə əsasən – göy rəng, Tanrıçılıq, türkçülüyü; qırmızı rəng – müasirliyi, Azərbaycanın demokratik prinsiplərə sadiqliyini; yaşıl rəng isə konfessional baxımından müsəlman olmasını əks etdirir.

Yenə də, bu halda qırmızı rəngin bizim müstəvidə maddi aləmlə bağlı olması, Ağ İlahi (Nurun) rəngin qırmızı rəng vasitəsi ilə bizim maddi vəziyyətə transformasiyasını göstərir ki, bu ideya sonralar İnsan-Allah obrazlarının yaranmasına təkan vermişdi20. Təsadüfi deyildir ki, türk dillərində “Ər/Ar” eyni vaxtda Allah/insan/döyüşçü mənalarını verir. Məhz həmin fəlsəfə ellin/yunan mifologiyasında Herakl, Xristianlığın diofizit təlimində İsanın Allah oğlu olmasında, şiəlikdə İmamətdə, Tanrıçılıqda Koroğlu obrazlarında öz əksini tapmışdı. Nəhayət, həmin fəlsəfi düşüncələrdən də Babək adı yaranır! Bütün bunlar İlahi Nurdan meydana gələn anlayışlardır!

“Azər-/adar-/atur-adur-“ anlamını fars mənşəli etmək istəyən alimlər bir inkar olunmaz həqiqəti unudurlar ki, İşıq bir enerji əlaməti kimi müsbət və mənfi yüklərdən ibarətdir, bunu da biz adı çəkilən sözlərin iki hecalı olmasında da görürük!!! “Az-/ər-“ enerji bildirən hissəciklərin sinonimləri isə öz-özlüyündə həmin keyfiyyətləri əks etdirən “ak-/ağ” və “al-/-ul-” dur, bunu da biz türk (Azərbaycan) onomastikasında tam aydınlığı ilə müşayiət edirik – Altay, Aratta (Ararat), Ağrı dağ, Alban, Ağvan, Arran, ulus/ölkə.

Hal-hazırda burada dediklərimizin tədqiq etdiyimiz məsələlərə aidiyyatı olmasa da, sami dillərində əksini tapmış “El/Eloh/İlah/Allah” anlayışlarının türk mənşəli sözlər olduğunu və onların da sırf Tanrıçılıq ideyalarından ərsəyə gəlmişdiyini deyə bilərik. Bununla da “İşıq/Enerji”nin fiziki keyfiyyətləri təsdiqlənir, çünki onun nüvəsinin fəaliyyəti üçün mütləq örtük tələb olunur ki, ona da biz “Maye/cövhər” deyirik və həmin söz də “Maq” sözünün əsasında durur. Məhz “Maye” həmin cövhər/substansiya”dır və onun da “ağ” mənasını bildirən /sami. beyda; ingl. big, white; latın. mayor/major; türk. baş/ linqvistik uyğunluğu “Bay/Бог” “Buğa/Tur“ sözlərinin əsasını təşkil etdilər21. Bu ideya da “Babək” obrazının “majus” kimi yaranmasına səbəb oldu. Məhz həmin fəlsəfədən qidalanaraq “gebr/bayat” və “əl-gəbr/cəbr” anlayışları yarandılar.

Beləliklə də, biz Azərbaycan adında bir vahid daxilində “İlahi üçlüyün birliyi”ni müşahidə edirik - Az-Ər-Bay+can/qan(toponimik formant). Yəni Azərbaycan ideyası “Tur/Torun” tərkib hissəsidir və “Azərbaycan”çılıq türkün törəməsidir. Türk olmadan, “azərbaycan”lı olmaq mümkün deyil!!! Həmin “Üçlüyün” təkliyin tərkibində olmasını biz hal-hazırda Bakı yaxımlığında Xəzərin dibində olan Səbayıl/Bayıl şəhərinin adında müşahidə edirik. Onun adı da əvvəllər bəziləri tərəfindən “Bayır(şəhər) kimi şərh edilirdi. Əslində Səbayıl → “İs+Bay+İl”dır. Bu tək nümunə olsaydı bizi fantaziyaya uymaqda da suçlaya bilərdilər. Amma bu cür təfəkkür qədim zamanlardan Homo sapiensin dərk etdiyi əsas məsələlərdəndir. Məsələn, həmin təəfəkkür “Ər-də /deo/-bil” və Türkiyənin paytaxtı “İs-Tan-Bul” adlarında əks olunması ilə təsdiqlənir. İstanbul adının bu səpkidə açılışı onun yaxınlığında vaxtı ilə yerləşən və həmin İlahi “üçlüyün” təcəssümü olan “Troya” adı ilə də təsdiqlənir, əsatirlərə görə as-türkərin başçısı Odin də oradan idi. Nəhayət, “Troya” adı kimi onunla birlikdə həmin məna daşıyan ingilis-german-rus “три/three/drei” saylarıdır. Məhz bu fəlsəfi sistem Nəsiminin “Məndə sığar iki cahan, Mən bu cahana sığmazam” sözlərində əks olunmuşdur ki, bur da da biz həmin “Maye” və daxilində “+/-” yükləri müşahidə edirik. Tanrıçı türklər və müsəlmanlardan fərqli olaraq Xristianlar həmin “Tək varlığı” üç müstəqil hissəyə parçalayaraq “Троица” - “üç kişi” obrazlarını yaratdılar. Həmin vəhdətin üç hissəyə parçalanmasını biz hindlilərin Brahma, Şivu, Vişnu obrazlarında da görürük. Artıq Bibliyada “ ...Özünə büt və təsvir düzəltmə ...” [Bibliya, Xüruc, 20:4] kimi nəsihətlərin olmasına baxmayaraq, əslində, İsa (s) Məsihdən sonra onun havariləri və din xadimləri peyğəmbəri “Allahın oğlu” adlandıraraq, onu çarmıxda edam edib, “Троица” yaratmaqla monoteizm prinsiplərindən uzaqlaşdılar!

Bütün bunlar bizə Babəkin başçılığı ilə xürrəmi hərəkatına Abbasi tarixçilərinin yazdığından fərqli münasibət bəsləməyə imkan verir. Xürrəmi fəlsəfəsində şiəlikdən keçən məqamlar vardır, lakin Abbasi tarixçilərinin onu günahlandırdığı “məcus”luq və “tənəsuh əl-ərvah” ideyaları burada qədim türk Tanrıçılıq prinsiplərindən qidalanırdı və onun əsasın da iudaizmdə İliya, Yenoh, xristianlıqda İsanın yenidən dirilməsi, şiəlikdə “Nur-i Məhəmmədin” imam Mehdi də zühür etməsi ilə təsdiqlənir.

Bu fəsillərdəki fikirlərimizi yekunlaşdırıb qeyd etməliyik ki, xürrəmilərin başçısı milli-azadlıq hərəkatıın önündə duran Babək, özünə bu adı götürməklə xristianlıqda çarmıxa çəkilmiş İsa (s) Məsihin, zəhərlənmiş Məhəmməd (s) Peyğəmbərin və Kərbəlada vəhşicəsinə qətlə yetirilən İmam Hüsenin (s) ardınca həmin vaxt Abbasilərin simasında təcəssüm tapan antisistemə qarşı çıxış etmişdir.

Gələcəyindən artıq narahat olan həmin antisistem, öz mənəviyyatsızlığına bəraət qazandırmaq məqsədi ilə bütün qüvvələrini səfərbər edib, tarixçilərin əli ilə Babəkdən bir “əyyaş, pozqun” obrazı yaratmağı tapşırdı və bu da, əsrlər boyu məsələdən xəbərdar olmayanlarda ona qarşı nifrət formalaşdırmalı idi. Babək üsyanı yatırıldıqdan sonra əvvəl Dəyləm şiə Buveyhiləri, onların ardınca sünnü Səlcuqlar “abbasi antisistemini” böhrandan çıxarmağa çalışdılar. Lakin bundan sonra Abbasi antisistemi çox ömür sürə bilmədi. Artıq bu dövləti daxili çəkişmələr bürümüşdü [155, 358]. Nəhayyət, bu “ştreykbreher-antisistemə” 1258-ci ilə Bağdadı tutmaqla tarixdə “Sarı xaçlı yürüşü” adı ilə tanınan monqollaqın üçüncü yürüşü son qoydu. Bu da türklərin /artıq monqoll adı ilə tanınan borciginlərin/ Ön Asiyaya növbəti köçü idi ki, nəticədə Azərbaycan beşinçi monqol ulusu – Hülakilər dövlətinin tərkibinə qatıldı. Amma bundan sonra da zaman-zaman bu antisistem müxtəlif formalarda baş qaldırdı (bolşevizm, nasiszm, indi isə sionizm və onun yüksək təzahürü olan amerikanizm). Görəsən bu antisistem tərəfdarları anlamırlar ki, Allah onlardan daha güclüdür və hər dərdin bir dərmanı var! Mən biləni, qlobalizm tərəfdarları gözlərinin qarşısına bütün imperiyaların aqibətini götürməlidirlər.


Son

Xürrəmi hərəkatını dəyərləndirəndə əvvəl onun beynəlxalq əhəmiyyətindən danışılmalıdır, çünki yerli əhali Abbasilərin yaratdıqları hərb mexanizminin bütün zərbəsini 20 il ərzində öz üzərinə götürərək, Bizans və ardınca Qərbi Avropanı, daha doğrusu bütün xristian dünyasını dağıntılardan və işğal olunmaqdan xilas edib, orada şəhərsalma və iqtisadiyyatın inkişafı üçün geniş imkanlar yaratdı.

Xürrəmi üsyanının məğlub olması, Babək və onun davamçılarına dəhşətli divanın tutulması heç də o demək deyildi ki, xalq abbasilərin simasında antisistemə qarşı mübarizəsi dayandırmışdı. Bəllidir ki, hətta bundan sonra da Abbasilərə qarşı aparılan bütün üsyanlar dini bayraq altında baş verirdi. Çünki xalq, dini müxalifət mövcud rejimə qarşı bu yolla müqavimət göstərərək, onu devirməyə çalışmışdı və bu tendensiya qırmızı xətlə bütün orta əsrlər boyu müşahidə edilirdi. Təbii ki, yerindən, şəraitindən və vaxtından asılı olaraq bu cür xalq hərəkatları bəzən passiv dini təlimlər əsasında, bəzən də açıq-aşkar silahlı mübarizə formasında keçirirdilər. Amma indi də bəziləri hesab etdikləri kimi, guya bu cür üsyanların əsas qayəsinin sinfilik təşkil edirdi – yanlışdılıqdan başqa bir şey deyil, çünki bu cür üsyanlara həmişə əhalinin müxtəlif təbələri qoşulurdu. Bəzən, əhalinin aşağı təbələrindən çıxanlar sonra, artıq özləri iri torpaq sahibləri kimi “hakim” iddialarında olurdular. Əgər ərəb qaynaqlarındakı məlumatlara əsaslansaq, məhz bunu biz Babəkin fəaliyyətində müşahidə edirik. Eyni keyfiyyətləri biz IX əsrdə Çində Çan Çaonun başçılığı ilə baş verən üsyanda, Qara Yazıçı hərəkatında da görürük. Xilafətə qarşı baş qaldıran üsyanların əksəriyyətinə feodal zümrəsindən çıxan şəxslər başçılıq edirdi. Yalnız bu faktlara əsaslanaraq Babəkin başçılığı ilə baş verən xürrəmi hərəkatına sinfilik prizmasından baxmaq olmaz.

İsa Məsihin (s) fəaliyyəti nəticəsində baş qaldıran dini-ideoloji mübarizə İslam meydana gəldikdən sonra daha geniş miqyaslar qazandı. Bu mübarizə Rəsulüllahın (s) ölümü ilə Əməvilərin simasında hakimiyyətə münafiqlərin gəlməsi ilə daha kəskin müstəviyə keçdi. Rəsulüllahın ölümü ilə başlayan zəfərli müharibələr nəticəsində müsəlman zadəgənlarından çoxu varlanaraq Onun tərəfindən əsası qoyulan şəriət qaydalarından uzaqlaşdı. Məhz bu məqamda “Həqiqi Söz” və artıq münafiq qiyafəsinə girmiş Əməvilər və Abbasilərlə ölüm-dirim mübarizəsinə başlamışdır. Təbii ki, burada həmin üsyanlara təkan verən xəlifələrin apardıqları vergi siyasətini də inkar etmək olmaz. Məhz bir tərəfdən qənimət, digər tərəfdən acgöz vergi siyasəti Əməvilərlə Abbasilərin həddən artıq varlanmasıma şərait yaradırdı. Bu isə onları Allahın sözündən üz döndərərk İblisin qızıl formasında nəfsinə uymaq üçün ən əlverişli şərait yaratdı. Məhz buna görə də həqiqi müsəlmanlar bu cür şəxsləri “münafiq” adlandırır. Sülalə üzvlərinin qədim İran ənənləri ilə yaxından tanış olmaları, onların əksəriyyətinin isə kənizlərdən olması (!!! – müəllif) bu prosesləri daha da qarşısıalınmaz edirdi. Abbasi xəlifələrinin əksəriyyəti mənəviyyatsız olduğu üçün, onlar Müsəlman dövlətinə başçılıq edə bilməzdilər.

Münafiqlərin mövqeyi mötəzililik təliminin inkişafı ilə daha da gücləndi və onların bu siyasətini qəbul etməyənlərə qarşı təqiblər miqyası ölçülməyən dərəcədə gücləndi. Məhz bu vaxtdan sonra xürrəmi hərəkatı lokal məkandan çıxraq daha geniş və əzəmətli oldu.

Babəki Abbasi tarixi ənənəsinin bizə təqdim etdiyi obrazda qəbul etmək düzgün deyildir. Onun haqqında yazan heç bir müəllif baş verən üsyanın müasiri olmayıb. Bu qəhrəman haqqında yazılarda özlərini inkar edə biləcək çoxlu materiallar vardır. Buna görə də demək olar ki, Babəki alçaltmaq istəyənlər, xilafətin sifarişlərini yerinə yetirərək, Abbasilərin mənəviyyatsızlığını bu qəhrəman adına yazmaq istəyirdilər.

Belə “qaralamalara” biz sonrakı müəlliflərin qaynaqlarında da rast gəlirik. Belə ki, Səfəvi Şeyx Heydərdən danışan Fəzlullah ibn Ruzbixan onun haqqında belə yazırdı: “893 [1488]-cü ildə baş verən hadisələr arasında miskin şeytan, yəni ərdəbilli Şeyx Heydərin üsyanı idi ki, o qalxmağa cəhd etdi, lakin dağıdıldı... O vaxtının çoxunu ... qılıncların və nizələrin hazırlanmasına sətf etdi. Um, Talış və Qaradağdan onun yanına çoxlu adam toplaşıb deyirdilər ki, ona məbəd kimi baxır, namazı icra etmir ... və şeyxlərinə qiblələri kimi baxırlar... Şeyx onların arasında ibahat təlimini (qadağan olanları icazəli elan etmək) və Babək xürrəminin qanunlarını təbliğ edirdi” [102, 61, 67; 215, 73]

Babəkin etnik mənşəyinə gəldikdə isə, şübhəsiz o bir türk-iskit oğlu kimi Azərbaycanın ən qədim türk nəsli Asların nümayəndəsi idi. Bütün ziddiyyətlərə baxmayaraq, Babək müsəlman idi və o Əhli Beyt prinsiplərinə sadiq idi. Bu onun həqiqi adı Həsən, onun dövründə əl-Bəzzdə məscidin olması və Quranın oxunması vəxürrəmilərin Mehdinin gözləmələri ilə təsdiqlənir. Bütün bunlar olmasaydı o, 20 ildən artıq mötəzililərə qarşı mübarizəyə başçılıq edə bilməzdi. Lakin xürrəmilərin Midiya maqlarının təlimi ilə əlaqəsi, Babək adının mənası və xürrəmilikdə təhassuh əl-ərvah ideyalarının yayılması burada Tanrıçılıq elementlərinin güçlü olduğunu da sübut edir. Beləliklə də, bütün yuxarıda təqdim olunan faktlar Babəkin bir mənalı olaraq türk (!) olmasını sübut edir və buna görə də xürrəmi ideologiyasının özəyini Azərbaycandan kənarda axtarmaq düzgün deyil.



Yüklə 84,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin