BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ
ŞİƏ VƏ ƏHLİ SÜNNƏ ARASINDAKI İXTİLAFLI FİQH MƏSƏLƏLƏRİ
Dəstəmaz
Dəstəmazda şiə və sünni məzhəbləri arasında iki məsələdə ixtilaf vardır.
1)- Şiə məzhəbinin əqidəsinə əsasən Əlləri dirsəkdən barmaqların ucuna qədər yuxarıdan aşağıya tərəf yumaq.
2)- Sünnü məzhəbinin əqidəsinə əsasən barmaqların ucundan dirsəyə qədər aşağıdan yuxarı yumaq.
Əllərin yuxarıdan aşağıya və ya aşağıdan yuxarıya tərəf yuyulması məsələsində olan ixtilaf dəstəmaz ayəsindəki «Ey iman gətirənlər! namaza durduğunuz zaman üzünüzü və əllərinizi dirsəklərlə birlikdə (dirsəklərlə birgə və ya dirsəklərə qədər) yuyun» «الي» kəliməsindən irəli gəlir. Burada şiələr «الي» kəliməsini «birgə» mənasında olduğunu idda edirlər, amma əhli sünnət «qayət» mənasında olduğunu söyləyirlər. Şiələrin müddəalarını təsdiqləyən dəllillərin biri Qurani kərimdə «ال» kəliməsinin «birgə» mənasında olduğunu sübuta yetirən ayələrdir: «Yetimlərin mallarını öz mallarınızla bir yerdə yeməyin» Yəni yetimlərin mallarını özmallarınıza qatıb yeməyin. «Yad edin Məryəm oğlu İsanın Həvarilərinə dediyini: Kim Allah ilə birgə mənə kömək edər». Əhli sünnətin arasında «الي» kəliməsinin «birgə» mənasında olduğunu söyləyən alimlər vardır. (Moğniyul-muhtac). Digər tərəfdən əhli sünnətin dörd məzhəb alimlərindən də bir dəstə əllərin aşağıdan yuxarı yuyulmasının vacib yox müstəhəb olduğunu söyləyiblər. bəziləri isə yuxarıdan aşağı yuyulmasının müstəhəb olduğunu söyləyiblər. Əhli sünnətin bəzi alimləri isə bütün dəstəmaz üzüvlərinin yuxarıdan aşağı yuyulmasının dəstəmazın qaydası olduğunu iddia ediblər. («əl-fiqh əla məzahibil ərbəə» Cəziri, «əl-fiqh əla məzahibil-xəmsə» Muhəmməd Cavad Muğniyə)
Əslən əhli sünnətin Peyğəmbər (s)-n dəstəmaz alması haqqında nəql etdikləri rəvayətlərdə həzrətin dəsəmaz almasının keyfiyyəti barədə, əllərin aşağıdan yuxarıya və ya yuxarıdan aşağıya tərəf yuyulmasına dair heç bir bəyanat yoxdur. Əhli sünnətin dörd məzhəbindən olan alimlərin fətvalarında dəstəmaz alan şəxsin yuxarıdan aşağı və ya aşağıdan yuxarı yumaqda ixtiyarlı olduğu bildirilir. Onların nəzərində əlləri yuxarıdan aşağı yumaq dəstəmazı batil etmir.
Peyğəmbər (s)-n mütəvatir «Səqəleyn» hədisinə əsasən (şiə və sünnü) əhli beytin itaəti vacib olduğuna görə biz gərək onların dediklərinə itaət edək. Onlar dəstəmazda əllərin yuxarıdan aşağı yuyulmasının vacib olduğunu buyurublar. Şiələr də əhli-beytin əmrinə itaət olaraq əlləri yuxarıdan aşağı yuyurlar. Ayədəki «الى» kəliməsi yuyulan üzvün miqdarinı bəyan edir, yumağın həddini yox. Çünki ərəb dilində «yəd» sözü bədənin barmaqların ucundan çiyinə qədər olan üzvə dəlalət edir. Elə bu səbəbdən şiələr «الى» kəliməsini miqdarı göstərdiyini idda edib dəstəmazda əlləri yuxarıdan aşağı yuyurlar. Əgər ayədə hansı miqdarda yuyulma bəyan olunmasa lazım gələcək ki, əllərimizi qoltuqlarımız da daxil olmaqla yuyaq. Müsəlman məzhəbləri arasında heç bir alim buna hökm etməyib. Amma əhli sünnət qardaşlarımız «الى» kəliməsini «həd» kimi qəbul edərək dəstəmazda aşağıdan yuxarı yumağa hökm edirlər.
AYAQLARI YUMAQ VƏ YA MƏSH ETMƏK
Bu ixtilaf «Maidə» surəsi 6-cı ayədə « أَرْجُلَكَمْ» kəliməsinin qiraətindən irəli gəlir.
«Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə (dirsəklərdən və ya dirsəklərə qədər) əllərinizi yuyun. Başınızı və hər iki bəndə (oynağa) qədər ayaqlarınızı məsh edin (və ya: başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun)»
Bu ayədəki «məsh» və ya «yumaq» üstündə yaranan ixtilaf ayənin ərəb dilindən qrammatik qaydalarına dair əsasların dərkindən yaranıbdır. Burada şiə alimləri ayaqların məshinə, amma əhli sünnət alimləri ayaqların yuyulmasına fətva veriblər. Böyük əhli sünnət təfsirçisi Fəxre Razi təfsirində üç nəfər ravidən (İni Əbbas, Ənəs ibni Malikdən, Amir Şuəbidən) ayaqların yuyulmasına dəlalət edən iki hədis və məsh olunmasına da dəlalət edən iki hədis nəql edibdir. Bu səbəbdən dörd məzhəb (hənəfi, hənbəli, şafei və maliki) ayaqların yuyulmasının və şiə məzhəbi məsh olunmasının vacibliyini iddia edirlər. İbni Cəzm Undulusi «əl-Muhəlla», Fəxre Razi «Məfatihul-ğəyb» və Zəməxşəri «əl-Kəşşaf» kitabında məsh etməyin vacibliyini söyləyiblər. Əhli sünnət qardaşlarımız ayaqda «məsi» deyilən dəri çarıq olanda məsh etməyi caiz bilirlər, bu geyim olmadıqda ayaqları yumağı vacib edirlər. İndi isə sual olunur əhli sünnət onlara sərf etməyən hər bir məsələdə tez Qurani-kərimdən sübut üçün ayə gətirməyi tələb edirlər. İndi biz onlardan sual edirik ayaqlarda «məsi» deyilən dəri çarıq olanda məsh etməyin caiz olduğunu hansı əsasla söyləyirlər. Amma bununla belə onlar şiələrin Qurani-kərimdə dəstəmaz ayəsindən istifadə edib ayaqların məsh etdiklərinin batil olduğunu iddia edirlər.
Əgər ayaqların məsh olunmasının nə faydası var? ayaqlar ola bilsin toz-torpağa bulaşmış olsun və bu halda yəqin ki, yumaq daha faydalıdır kimi fikir söyləyən olsa onda onların cavabında cavab olaraq deyirik. Biz razıyıq ki, dini ayinlər müəyyən məsləhətlər üstündə qurulubdur, amma biz həmişə həmin məsləhətləri dərk edə bilmirik.
Əhli sünnət alimlərinin bəziləri dəstəmazda başın hətta bir barmaq miqdarında məsh olunmasının kifayət etdiyi haqda fətva veriblər. İndi biz sual edirik, əgər biz dini ayinlərdəki məsləhəti dərk edə biliriksə başın bu miqdarda məsh edilməsində nə fayda vardır?
Beləliklə də qətiyyətlə deyə bilərik ki, biz şəri hökümlərdə məsləhət axtarmamalıyıq onlara nöqtəsinə kimi əməl etməliyik, onları öz zövqümüzə görə dəyişdirməyə çalışmamalıyıq. Yoxsa nəticədə biz də Muhəmməd ibni Əbdulvəhhab kimi özümüz haqq yolundan azacaq və də yazıq camaatı azdıracağıq.
Hacı Elman İbadov ; kerrar@mail.ru
Dostları ilə paylaş: |