Bağlı tədbirlərin maliyyələ



Yüklə 139,08 Kb.
tarix21.10.2017
ölçüsü139,08 Kb.
#8145

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2004-cü il 12 fevral

tarixli 9 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə


2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı

tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I

Azərbaycan Respublikasında sosial yönümlü bazar iqtisadiyyatının yaradılmasına üstünlük verilməsi ilə əlaqədar əhalinin, o cümlədən əlillərin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə bir çox əhəmiyyətli tədbirlər hazırlanmış və həyata keçirilmişdir. Cəmiyyətin qayğıya və yardıma daha çox ehtiyacı olan üzvləri kimi əlil olmuş şəxslərin hüquqlarının qorunması və sosial müdafiəsi dövlətin qarşısında duran ən başlıca vəzifələrdəndir.

2004-cü ildə əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinə yönəldilmiş Dövlət Proqramı 1995-ci ildən başlayaraq ölkənin demokratik prinsiplər əsasında dinamik sosial-iqtisadi inkişafına, davamlı sabitliyə və tərəqqiyə xidmət edən strateji siyasi kursun davamı kimi vəzifələri müəyyən edən “Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 noyabr tarixli 4 nömrəli Fərmanına və Azərbaycan Respublikası Prezidentinin 2003 -cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı ”na əsaslanaraq hazırlanmışdır.

Bu Dövlət Proqramı BMT-nin Baş Məclisinin qəbul etdiyi Əlillərin Hüquq Bəyannaməsindən, Kopenhagen Ümumdünya Zirvə Toplantısında Azərbaycan Hökumətinin bu sahə ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərindən, milli qanunvericilik aktlarından, eyni zamanda, əlillərin problemlərinin həll edilməsinə yönəldilmiş Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarından irəli gələn müəyyən vəzifələri əhatə edir. Eyni zamanda, bu Dövlət Proqramı Azərbaycan Respublikası tərəfindən cari ilin yanvar ayında Avropa Sosial Xartiyasının ratifikasiyası ilə bağlı ölkədə sosial sistemin möhkəmləndirilməsinə və əhalinin sosial müdafiəyə xüsusi ehtiyacı olan təbəqəsinin, o cümlədən əlillərin sosial təminat hüququnun inkişafına imkan yaradacaqdır.



Dövlət Proqramının əsas məqsədi və istiqamətləri

Dövlət Proqramının əsas məqsədi əhalinin xüsusi qayğıya ehtiyacı olan təbəqəsinin - əlillərin tibbi, sosial, peşə reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsini və cəmiyyətə inteqrasiyasını təmin etməkdən ibarətdir.

Əlillərin texniki-bərpa vasitələri ilə təmin edilməsi, onların sanatoriya- kurort müalicələrinin təşkili üçün yollayışların alınması, əlillər üçün ixtisaslaşdırılmış internat evləri və bərpa mərkəzlərinin saxlanılması ilə əlaqədar həyata keçirilən tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsindən hər il əmək və əhalinin sosial müdafiəsinə ayrılan təxsisatlar daxilində, digər tədbirlərin maliyyələşdirilməsi isə məcburi dövlət sosial sığorta vəsaiti hesabına aşağıdakı istiqamətlər üzrə həyata keçirilir:

əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası üçün onların müalicəsinə maliyyə yardımının göstərilməsi, dərman preparatları ilə təmin edilməsi, xarici ölkələrdə və respublika daxilində reabilitasiyasına şəraitin yaradılması, mövcud reabilitasiya sisteminin inkişafı;

əlillik problemi ilə bağlı informasiya təminatının təşkili, beynəlxalq təşkilatlarla əlaqələrin yaradılması, seminar və konfransların keçirilməsi, istedadlı əlillərin aşkar edilməsi, asudə vaxtlarının təşkili, əlilləri bədən tərbiyəsi və idmana cəlb etməklə onların beynəlxalq yarışlarda iştirakı üçün şəraitin yaradılması;

əlamətdar günlərlə bağlı tədbirlərin keçirilməsi, ünvanlı yardımların göstərilməsi, əlillərin qayğı ilə əhatə olunması ilə yanaşı onların problemlərinə cəmiyyətin diqqətinin cəlb edilməsi, əlil uşaqların təhsili ilə bağlı onlara texniki yardımın göstərilməsi;

əlillərin mənzil problemlərinin həllinə kömək göstərilməsi və onların yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi.



Sıra №-si

dbirin adı

Məbləği (milyon manatla)

Maliyyə mənbəyi

1

2

3

4

I.

Əlillərin sağlamlığının mühafizəsi və tibbi bərpası


19498,875







  1. Əlilləri Bərpa Mərkəzində fərdi reabilitasiya proqramları üzrə dərman təchizatı

100,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Əlillərin xarici ölkələrdə reabilitasiyasına şəraitin yaradılması

1000,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Respublika daxilində əlillərin müalicəsinə

kömək göstərilməsi

250,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Sumqayıt və Şəki şəhərlərində reabilitasiya mərkəzlərinin yaradılması və 2003-cü ildə Naxçıvan və Əli Bayramlı şəhərlərində inşasına başlanılmış reabilitasiya mərkəzlərinin tikintisinin başa çatdırılması

3200,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına






  1. Naxçıvan və Əli Bayramlı şəhərlərində tikilmiş reabilitasiya mərkəzləri üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi

130,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına






  1. Əlillərin texniki – bərpa vasitələri ilə təmin edilməsi

6744,0


dövlət büdcəsi vəsaiti hesabına




  1. Əlillərin sanatoriya- kurort müalicələrinin təşkili üçün yollayışların alınması

1200,0


dövlət büdcəsi vəsaiti hesabına




  1. Əlillər üçün ixtisaslaşdırılmış internat evlərinin və bərpa mərkəzlərinin saxlanılması

6874,875

dövlət büdcəsi vəsaiti hesabına


II.

Əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkili



4297,0







  1. Əlillərin sosial müdafiəsi və reabilitasiyası sahəsində beynəlxalq təcrübənin tətbiqi ilə bağlı əməkdaşlıq və informasiya mübadiləsi

47,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Əlillərin asudə vaxtının təşkili məqsədilə onların istirahət zonalarına göndərilməsi

550,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. İdman tədbirlərinin keçirilməsi və əlillərin beynəlxalq yarışlarda iştirakına şərait yaradılması

600,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Əlillərin III Ümumrespublika bədii yaradıcılıq baxış müsabiqəsinin keçirilməsi

100,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Əlillər üçün ixtisaslaşdırılmış idman – sağlamlıq mərkəzinin yaradılması

3000,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına



III.

Əlillərə maddi və texniki yardımın təşkili


1550,0







1. 20 Yanvar - Ümumxalq hüzn günü,

20-21 mart - Novruz bayramı,

26 aprel – Çernobıl qəzasının ildönümü,

9 may – faşizm üzərində Qələbə günü,

1 sentyabr - Bilik günü,

3 dekabr – Beynəlxalq əlillər günü münasibətilə tədbirlərin keçirilməsi və əlillərə maddi yardımların göstərilməsi


1350,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına






  1. Əlil uşaqların təhsili ilə bağlı texniki yardımın göstərilməsi

50,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Əlillərin sosial-məişət problemlərinin həlli ilə bağlı ünvanlı yardımların göstərilməsi

150,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına

IV.

Əlillər üçün mənzil tikintisi


12097,0







  1. Əlillərin mənzilə olan ehtiyacının ödənilməsi məqsədilə Bakı şəhərində 36 mənzilli 4 mərtəbəli, Göyçay şəhərində 21 mənzilli 3 mərtəbəli, Quba, Yevlax, Lənkəran, Kürdəmir və Mingəçevir şəhərlərində 18 mənzilli 2 mərtəbəli yaşayış binalarının inşası və 2003-cü ildə Bakı şəhərində inşasına başlanılmış 36 mənzilli 4 mərtəbəli binanın inşasının başa çatdırılması

10140,0


məcburi dövlət sosial sığorta vəsaiti hesabına




  1. Tikilib istifadəyə verilmiş yaşayış binaları üzrə keyfiyyət zəmanəti kimi saxlanılmış məbləğin ödənilməsi

457,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına





  1. Kənd rayonlarında yaşayan əlillərin fərdi mənzillə təmin olunmalarına kömək göstərilməsi

1500,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına


V.

Əlilləri sosial müdafiəsi orqanlarının saxlanılması

2320,0

məcburi dövlət sosial sığorta vəsaiti hesabına




Cəmi :

39762,875



Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2004-cü il 12 fevral

tarixli 9 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə



2004-cü ildə iş axtaranların və işsiz vətəndaşların sosial

müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin
D Ö V L Ə T P R O Q R A M I

Dövlət Proqramının həyata keçirilməsində başlıca məqsəd respublikanın əmək bazarında mövcud vəziyyət, ölkənin sosial-iqtisadi inkişafında əldə olunan real nəticələr nəzərə alınmaqla 2004-cü ildə iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi sahəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq xidməti orqanlarının fəaliyyətinin əsas istiqamətlərinin müəyyən edilməsidir.

Bu Dövlət Proqramı hazırlanarkən “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 854 nömrəli Fərmanı ilə təsdiq edilmiş “2003-2005-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı”, eləcə də Avropa Sosial Xartiyasının ratifikasiyası ilə əlaqədar Azərbaycan Hökumətinin götürdüyü öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məşğulluq xidməti orqanları qarşısında duran vəzifələr də nəzərə alınmışdır.

Proqnoz məlumatlarının təhlili əsasında 2004-cü ildə respublikanın əmək bazarında 475,0 min nəfərin iştirak edəcəyi, onlardan isə 120,7 min nəfərin Məşğulluq Xidmətinə müraciət edəcəyi gözlənilir.

Məşğulluq xidməti orqanlarına müraciət edən vətəndaşlardan 33,0 min nəfərin münasib işlə təmin olunması, 15,5 min nəfərə işsiz statusu verilməsi və işsizliyə görə müavinət ödənilməsi, 2,0 min nəfərin peşə hazırlığı kurslarına, 2,5 min nəfərin haqqı ödənilən ictimai işlərə cəlb olunması, 67,7 min nəfərin iş axtaranlar kimi məşğulluq mərkəzlərində qeydiyyata götürülməsi proqnozlaşdırılır.

Əmək bazarının və işəgötürənlərin real tələbləri əsasında iş axtaranların və işsiz vətəndaşların müasir peşə və ixtisaslar üzrə hazırlığı, yenidən hazırlıq və ixtisaslarının artırılması məşğulluq xidməti orqanlarının fəaliyyətində başlıca istiqamətlərdən biri olacaqdır.

İş axtaranların və işsiz vətəndaşların peşəyönümü və peşə hazırlığı işinin beynəlxalq standartlara uyğun təkmilləşdirilməsi işi 2004-cü ildə davam etdiriləcək, bu məqsədlə respublikamızın müxtəlif bölgələrində regional peşə tədris mərkəzlərinin yaradılması, müvafiq tədris-metodiki vəsaitlərin və texniki-proqram təminatının hazırlanması həyata keçiriləcəkdir.

2004-cü ildə aktiv məşğulluq tədbirlərindən biri kimi iş axtaranların və işsiz vətəndaşların haqqı ödənilən ictimai işlərə cəlb edilməsi işi davam etdiriləcəkdir.

İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsini gücləndirmək məqsədi ilə 2004-cü ildə aktiv məşğulluq tədbirlərinin daha da geniş miqyasda tətbiq edilməsi, məşğulluq sahəsində əhalinin maarifləndirilməsi yönümündə reklam-informasiya işinin genişləndirilməsi nəzərdə tutulur.

Bununla əlaqədar 2004-cü ildə əmək yarmarkalarının keçirilməsi, respublikamızın iri şəhərlərində yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması proqnozlaşdırılır.

2004-cü ildə miqrasiya sahəsində, xüsusilə “Əmək miqrasiyası haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bir sıra mühüm tədbirlər həyata keçiriləcəkdir. Xarici ölkələrdə işləmək arzusunda olan Azərbaycan vətəndaşlarına zəruri məsləhətlər veriləcək, Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlməsində vasitəçilik fəaliyyətini həyata keçirən hüquqi şəxslərin bu sahədəki fəaliyyətlərinə nəzarət edilməklə onlara metodiki kömək göstəriləcək, xarici ölkələrdə işləyən Azərbaycan vətəndaşlarının hüquqlarının müdafiəsi, eləcə də daxili əmək bazarının qeyri-qanuni əcnəbi işçi qüvvəsindən qorunması üzrə tədbirlər həyata keçiriləcəkdir.

Bu Dövlət Proqramı “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2004-cü il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq aşağıdakı istiqamətlər üzrə maliyyələşdirilir:

(milyon manatla)




Sıra №-si

dbirin adı

Vəsaitin miqdarı


I.


İş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi üzrə:

  1. İşsizlik müavinətinin ödənilməsi

  2. Peşə hazırlığı, yenidən hazırlıq və ixtisasartırma kurslarının təşkili

  3. Haqqı ödənilən ictimai işlərin təşkili

4. İşsizlər üçün yeni məsləhət xidmətlərinin, əmək birjalarının yaradılması işlərinin həyata keçirilməsi, əmək yarmarkalarının keçirilməsi və sosial müdafiə ilə bağlı digər xərclər


11000,0

8000,0
1500,0

500,0

1000,0




II.


şğulluq xidməti orqanlarının saxlanılması:

1. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Miqrasiya İdarəsinin saxlanılması



  1. Baş Məşğulluq İdarəsini3n və onun yerli orqanlarının

saxlanılması


4396,8
159,5
4237,3





Cəmi:

15396,8

Yüklə 139,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin