Bakı Baş Dövlət Yol Polisi idarəsinin rəisi Cənab Nuşirəvan Səfərova



Yüklə 6,29 Kb.
tarix25.06.2018
ölçüsü6,29 Kb.
#54793
növüYazı

Bakı Baş Dövlət Yol Polisi idarəsinin rəisi

Cənab Nuşirəvan Səfərova

Bakı şəhəri Filan rayonu Filan qəsəbəsi

Filan küçəsi ev 5 –də daimi qeydiyyatda olan

………….. ………………………-dən

İnzibati Protokoldan Şikayət

ƏRİZƏSİ
Yazıb sizə bildirirəm ki, mən yuxarıda yaşadığım ünvanda daimi qeydiyyatdayam və orada da yaşayıram. İdarə etdiyim XX XX XXX qeydiyyat nişanlı nəqliyyat vasitəsi də elə həmin ünvanda qeydiyyatdadır. XX.XX.XXXX tarixdə Gəncə prospekti ilə hərəkət edən edən zaman Vunq Tau küçəsi ilə hərəkətdə olanq XX XX XXX qeydiyyat nişanlı YPX avtomobili mənə «saxla» əmri vermişdir. Mən qanuna əsasən, onun «saxla» əmrinə riayət etmişəm. Avtomobili saxladıqdan sonra YPX avtomobilindən düşən yol polisi inspektoru mənə yaxınlaşmış və saxlama səbəbini deyərək, sənədlərimi istədi. YPX inspektoru ………. …………..

mənə bildirdi ki, guya mən Gəncə prospekti ilə hərəkət edən zaman svetoforun qırmızı qadağanedici siqnalında keçmişəm. Mən isə öz növbəmdə ona etiraz edərək, svetoforun yaşıl işığının yanıb söndüyü halda yol ayrıcını keçdiyimi bildirdim. Mənim inzibati pozuntunu etdiyimi tam sübut etmədən, inspektor ……… …………. mənə XXXXXXX saylı inzibati protokol tərtib etdi. Bu inzibati pozuntunu törətmədiyimi nəzərə alaraq, xahiş edirəm, mənim haqqımda tərtib olunmuş XXXXXX saylı inzibati protokola yenidən obyektib şəraitdə baxılsın. Və Gəncə prospektində yerləşən TŞK XX-XXX nömrəli təhlükəsizlik və həmçinin YPX inspektorunun avtomobilində yerləşdirilmiş kameraların görüntülərinə mənim iştirakımla baxılmasına şərait yaradılsın. Əgər həqiqətən svetoforun qırmızı işığında keçdiyim sübut olunarsa, mən inzibati məsuliyyət daşımağa hazıram. Xahiş edirəm, inzibati işə baxılma vaxtı və yeri haqqında mənə əlavə məlumat verilsin.



İmza : ……………. Tarix : XX.XX.XXXX
Yüklə 6,29 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin