Heydər Əliyev Ümummilli lider Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1995-ci ildə ilk Konstitusiyamızda Azərbaycan dili dövlət dili kimi bir daha təsbit edildi. Ümumiyyətlə, bu bir tarixi faktdır ki, dünya liderləri içərisində, o cümlədən türk dünyasında ulu öndər Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran rəhbər olmayıb.
Ulu öndər bir natiq kimi zəngin söz ehtiyatına malik idi. O, danışarkən duruxmaz, söz axtarmaq üçün fikirləşməzdi. Nitqində söz və ifadələrin təkrarına mümkün qədər yol verməzdi. Düzgün seçilən və yerində işlədilən ifadəlilik vasitələrini – leksik və frazeoloji sinonimlər, antonimlər, nidalar, müraciətlər, ritorik suallar və s. siyasi liderin nitqini təsirli edir, estetik cəhətdən gözəlləşdirirdi. “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini – Azərbaycan dilini mükəmməl bilməlidir” deyən Heydər Əliyevə bu dil əziz idi, müqəddəs idi. O, bu dilə mükəmməl yiyələnmişdi.
Sadə, səmimi cümlələrlə insanlarda nikbin əhval-ruhiyyə yaratmaq Heydər Əliyev nitqlərinin əsas xüsusiyyətləridir. Azərbaycan dilinə hopmuş poetiklik Heydər Əliyev nitqlərində müxtəlif auditoriyaları bəzəyirdi. Bu bir daha onun Azərbaycan dilinin dərin qatlarına bələdliyi fikrini ortaya qoyur. Heydər Əliyev nitqində poetizm haradandır sualına cavabı 29 oktyabr 1997-ci ildə Azərbaycan yazıçılarının X qurultayı ərəfəsində yaşlı nəsildən olan yazıçıların bir qrupu ilə görüşdə böyük natiqin öz dilindən eşidirik: “Mən sizinlə neçə saat istəyirsinizsə oturmağa hazıram. Çünki ədəbiyyatı o qədər sevirəm ki, ədəbiyyatla, şeirlə bizim mədəniyyətlə görüşmək mənim üçün həmişə çox xoşdur”.
Heydər Əliyevin dərin məntiqli nitqi, natiqlik məharəti, söz seçmək bacarığı, auditoriya ilə ünsiyyət qurmaq səriştəsi onu dinləyənləri məftun edirdi. Onun nitqi dərin və konkret idi, müzakirə olunan məsələni yüksək səviyyədə ümumiləşdirmək bacarığına malik idi. Ulu Öndər öz çıxışlarında fikirlərini son dərəcə cilalanmış şəkildə ifadə edirdi. Heydər Əliyev müzakirə olunan məsələnin mahiyyətini açmağı, mövzunu milli mənafe, dövlətçilik mövqeyindən təhlil etməyi ustalıqla bacarırdı. Onun ən böyük gücü dərin, həm də universal biliyində, qətiyyətində, işgüzarlığında, hökmündə, qeyri-adi yaddaşında, tükənməz səbrində, müsahibini təmkinlə dinləmək bacarığında,uzaqgörənliyində, qarşıya qoyduğu məsələni həyata keçirmək qabiliyyətində, müdrikliyində, ən böyük siyasətçi keyfiyyətlərində, mahir diplomat olmasında və həmsöhbətinə təsir etmə gücündə idi.
Müstəqillik illərində Azərbaycan dövlətinin Prezidenti İlham Əliyevin ana dilinin dövlət dili kimi geniş, maneəsiz işləkliyi üçün göstərdiyi siyasi, milli iradə, gördüyü məqsədyönlü işlər də Azərbaycan dilinin nüfuzunun yüksəlməsinə və türk dilləri arasında mötəbər mövqe qazanmasına xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında", 2004-cü il yanvarın 14-də "Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında", eləcə də 2007-ci il 30 dekabrda "Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında" sərəncamları ana dilinin həyatımızın bütün sahələrində tam və müfəssəl tətbiqini gerçəkləşdirmişdir.
Belə bir nəticəyə gəlinir ki, mürəkkəb cümlələr həm yazıda, həm danışıqda, o cümlədən də Heydər Əliyevin nitqlərində elmi üslubun əsasını təşkil edir. Ulu öndər müxtəlif istehsalat, təsərrüfat sahələrindən - maşınqayırmadan, kimya sənayesindən, tikinti və inşaatdan, pambıqçılıqdan bəhs edərkən bu sahələri səciyyələndirən mürəkkəb cümlələrdən bacarıqla istifadə edirdi.Belə cümlələrdən birini misal gətirək: “Həm Azərbaycanın daxilində, həm ölkəmizin xaricində olan, Azərbaycandan qaçmış, indi burada təxribat aparmaq istəyən qüvvələr, həm də Azərbaycanın daxilində onlarla əlbir olan qüvvələr, onların himayəsi altında olan qüvvələr bilsinlər, onların hamısı xalq qarşısında cavab verəcəklər”. Göründüyü kimi bu mürəkkəb cümlədə 6 intonasiya əlaqəsi—pauza işlənilib və hər pauza nitqin gücünü artırır, dinləyiciyə nitqi düşünüb qəbul etməyə imkan verir. Əslində, bir cümlə daxilində 6 pauza, 6 əlavə cümlə gücünə - psixoloji gücə malikdir.Heydər Əliyevin nitqləri onun zəngin biliyi və təcrübəsi, Azərbaycan dilinin qrammatik, poetik, leksik-semantik imkanlarından bacarıqla istifadə etmək səviyyəsi ilə bərabər, həm də fenomenal yaddaşından qidalanırdı.
Nəticə Ə D B I Y Y A T
Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti