Bakı Dövlət İqdisadiyyat və Humanitar Kolleci
Sərbəst iş №:
Adı: Elcan
Soyadı: Bağırov
İxtisas: Mühasibat uçotu
Qrup: 278
Kurs: 1
Fənn: Audit xidməti və onun təşkili
Mövzu: Auditor və onun sifarişçisinin məsuliyyəti
Ədəbiyyat: Namazova C.B., Kazımov R.N. «Praktiki audit»
Q.R.İsgəndərli « Mühasibat Uçotu və Audit» dərslik
A.Q.Bələdov «Auditin təşkili»
Auditor riski dedikdə, auditorun qeyri-dürüst informasiyanın əks etdirildiyi maliyyə hesabatları və mühasibat balansı üzrə müsbət arayış verə biləcəyi ilə bağlı risk başa düşülür. Auditor riski - auditor tərəfindən həqiqətə uyğun olmayan maliyyə hesabatları və mühasibat balansı haqda öz fikrini əks etdirməkdən qorunmasıdır. Auditor riskinin üç komponentini fərqləndirmək lazımdır:
■ xüsusi risk (yoxlanılan müəssisənin mühasibat uçotu və maliyyə hesabatlarında qeyri-dürüst informasiyanın olması ilə bağlı risk);
■ nəzarət üzrə risk (müştərinin daxili nəzarət sistemi buraxılan səhvləri görməyə və ya düzəltməyə imkan verməməsi ilə bağlı risk);
■ aşkar etmək üzrə risk (buraxılan nöqsan və qanun pozuntularının auditor tərəfindən müəyyən oluna bilməməsi ilə bağlı risk).
Xüsusi riskin mahiyyəti onunla xarakterizə olunur ki, balans hesabları və ya ayrı-ayrı təsərrüfat əməliyyatları həqiqətə uyğun deyil, qeyri-dürüst informasiyanı əks etdirir və nəticə etibarı ilə həmin nöqsanlar digər balans hesabı və ya təsərrüfat əməliyyatları üzrə qeyri-dürüst informasiya ilə birlikdə maliyyə hesabatlarını və mühasibat balansı maddələrini təhrif etmiş olur. Belə təhriflər həm obyektiv, həm də subyektiv amillərlə (hesabların müxabirləşməsi, uçot registrlərində yazılışların aparılması, yekunun çıxarılması zamanı səhvlər, vergidən yayınmaq məqsədi ilə qəsdən maliyyə hesabatlarının təhrif olunması) əlaqədardır.
Xüsusi risk - müəssisənin, şirkətin və i.a. fəaliyyətinin funksiyasıdır, onun səviyyəsi daxili nəzarətin vəziyyətindən və effektliyindən asılıdır. Uçot və hesabatda buraxılan səhvlər və digər pozuntular bir qayda olaraq daxili nəzarət sistemi vasitəsi ilə xəbərdar və aşkar edilir.
Dostları ilə paylaş: |