Auditor və onun sifarişçisinin məsuliyyəti (Elcan Bağırov)
Nəzarətlə bağIt risk onunla xarakterizə olunur ki, balans hesabı üzrə qalığın təhrif olunması və ya dürüst olmayan təsərrüfat əməliyyatı daxili nəzarət sistemi vasitəsi ilə aşkar edilmədikdə və ya vaxtında xəbərdarlıq edilmədikdə yarana bilər. Nəzarət üzrə riski qiymətləndirmək üçün auditor daxili nəzarət sistemini, onun tamlığını və səmərəliliyini öyrənməlidir.
Xüsusi risk və nəzarətlə bağlı risk müəssisənin fəaliyyətinin funksiyası olmaqla maliyyə hesabatının auditor yoxlanmasından asılı olmayaraq mövcuddur. Auditorun vəzifəsi isə onları tam qiymətləndirmək və həmin riskləri müəyyən etmək üçün özünün xüsusi prosedurlarından istifadə etməklə onun səviyyəsini azaltmağa nail olmaqdır.