Aşkar etməklə bağlı riskin mahiyyəti onunla xarakterizə olunur ki, auditor prosedurları vasitəsi ilə mühasibat uçotu hesablarında vəsait qalıqları haqqında və ya təsərrüfat əməliyyatları haqda təhrif olunmuş informasiya aşkar edilmir, həmin təhriflər mühasibat balansı və maliyyə hesabatı göstəricilərinin həqiqətə uyğun olmamasını şərtləndirir.
Mövcud auditor risklərinin auditor tərəfindən qiymətləndirilməsi audit prosesində dəyişə bilər. Xüsusi və nəzarət riski nə qədər yüksək olarsa, auditor bir o qədər Müstəqil prosedurların yerinə yetirilməsindən təminat əldə etməlidir.
Xüsusi və nəzarət riski nə qədər yüksək olarsa auditor müstəqil prosedurların yerinə yetirilməsindən daha çox zəmanət əldə etməlidir. Əgər xüsusi və nəzarət riskinin səviyyəsi yüksəkdirsə, onda auditor bilməlidir ki, müstəqil prosedurlar nə dərəcədə aşkar etmək riskinin minimum səviyyəyə azalmasını təmin edəcəkdir. Əgər auditor aşkar etmə riskininin azalmayacağma əmindirsə, o, maliyyə hesabatı haqqında arayışın (rəyin) tərtib olunmasından imtina etməlidir.
Auditor yoxlamaları zamanı yoxlanılan təşkilata maddi zərər vurula bilər. Bu, auditorun peşə hazırlığının səviyyəsinin aşağı olması, öz vəzifə borclarının yerinə yetirilməsinə laqeyd yanaşması və digər səbəblərdən baş verə bilər. Auditor keyfiyyətsiz, qeyri peşəkar auditin aparılması səbəbindən müəssisə qarşısında öz vəzifələrini lazımınca yerinə yetirmədikdə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən müəssisəyə dəyən zərərə görə məsuliyyət daşıyır. Auditorlar və auditor təşkilatları qanunvericiliyinə və sifarişçi ilə bağlanmış müqavilənin şərtlərinə uyğun olaraq əmlak məsuliyyətinə cəlb edilə bilərlər. Əmək qanunvericiliyinə görə intizam və maddi məsuliyyət nəzərdə tutulur.
İntizam məsuliyyəti aşağıdakıları nəzərdə tutur: irad; töhmət; şiddətli töhmət; işdən azad etmək.
Əmək öhdəliklərinin icrası zamanı auditor təşkilatı tərəfindən dəymiş zərər üzrə məsuliyyət həmin xidməti göstərmiş əməkdaşın - auditorun üzərinə qoyulur (əgər zərər onun günahı üzündən yaranarsa). Auditor - əməkdaşın maddi məsuliyyətə cəlb olunması, eyni zamanda dörd şərtin olmasını nəzərdə tutur: birbaşa həqiqətən zərərin olması; auditorun hüquqa zidd davranışı; qeyri-qanuni davranış ilə yaranmış zərər arasında səbəb əlaqələri; özünün hərəkəti və ya hərəkətsizliyi üzündən zərərin yaranmasında auditorun günahı. Tam maddi məsuliyyət zamanı zərər tam ödənilir.
Auditor öz fəaliyyətini sahibkar kimi sərbəst və ya auditor təşkilatı ilə müqavilə əsasında həyata keçirir. Onun başqa növ fəaliyyətlə məşğul olması qadağandır. Auditor, auditor fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanı aldığı andan auditor xidməti ilə məşğul olmaq hüququna malikdir. Sərbəst auditorlar hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün müəyyən edilmiş qaydada uçota alınırlar.
Auditor təşkilatı Auditorlar Palatasının verdiyi lisenziya əsasında Azərbaycan Respublikasının ərazisində auditor xidməti göstərmək hüququnu əldə etmiş və nizamnaməyə görə yeganə fəaliyyət sahəsi bu xidmət növü olan hüquqi şəxsdir. Auditor təşkilatları Azərbaycan Respublikasının müvafiq qanunu ilə müəyyənləşdirilmiş qaydada müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alınırlar.
Auditorlar və auditor təşkilatları onların peşə fəaliyyəti ilə bağlı digər auditor xidmətləri də göstərə bilər. Digər auditor xidmətlərinə mühasibat uçotunun qurulması və bərpa edilməsi; gəlirlər haqqında bəyannamənin tərtib edilməsi; maliyyə-təsərrüfat fəaliyyətinin təhlili; müəssisənin aktiv və passivlərinin qiymətləndirilməsi; sifarişçinin informasiya, elmi və metodiki vəsaitlə təmin edilməsi; müştəriyə Azərbaycan Respublikasının vergi və təsərrüfat qanunvericiliyi məsələləri üzrə məsləhətlərin verilməsi daxildir.
Auditorun və auditor təşkilatlarının əsas vəzifəsi təsərrüfat subyektləri ilə bağlanmış müqavilələrə uyğun-olaf^q vaxtında və keyfiyyətlə auditor yoxlamalarının aparılmasıdır. Öz funksiyalarını yerinə yetirərkən auditorlar və auditor təşkilatlarının "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində təsbit olunmuş aşağıdakı
Dostları ilə paylaş: |