Mütləq Üstünlüklər:
Bir ölkə digər ölkə ilə müqayisədə resursların miqdarından asılı olaraq daha çox məhsul istehsal edə bilər.
Müqayisəli Üstünlüklər:
Bir ölkə digəri ilə müqayisədə aşağı alternativ dəyərlə daha çox məhsul istehsal edə bilər. İqtisadçılar müqayisədə üstünlüklər barəsində danışarkən ayrı-ayrı insanların müxtəlif qabiliyyətlərindən misal gətirirlər. Təsəvvür edin ki, kiçik bir şəhərdə ən yaxşı ixtisas sahibləri olan menecer eyni zamanda yazı maşınında sərbəst işləməyi hamıdan yaxşı bacarır. Menecerin texniki assistent işini yerinə yetirməsinin iqtisadi mənası varmı? Əlbəttə ki yox. Menecer enerjisini öz işinin yerinə yetirilməsinə sərf etməklə daha çox pul qazana bilər, lakin bu zaman mütləq ixtisaslı işçini – referenti işə götürmək tələb olunur.
Dostları ilə paylaş: |