Bakı Dövlət Universiteti Beynəlxalq Hüquq və Beynəlxalq Münasibətlər fakültəsi GİT ixtisası əyani şöbəsi 2-ci kurs tələbəsi


Malların beynəlxalq alqı-satqı müqavilələri barədə konvensiyalar



Yüklə 231,28 Kb.
səhifə10/16
tarix05.01.2022
ölçüsü231,28 Kb.
#111172
1   ...   6   7   8   9   10   11   12   13   ...   16
Malların beynəlxalq alqı-satqı müqavilələri barədə konvensiyalar

Hələlik müasir iqtisadçılar dünyası beynəlxalq alqı-satqı aləmində iki iri-həcmli konvensiyanın şahidi olmuşlar. Bunlardan biri malların alqı-satqısı üzrə, digəri isə müqavilələrə tətbiq olunan hüquqi məsələlərə dair konvensiyadır. Bunların hər ikisini qısa şəkildə nəzərdən keçirək:



  1. Malların beynəlxalq alqı-satqısı üzrə müqavilələrə dair konvensiya. Bu konvensiya 1996-cı ildə BMT-nin müqavilələrin hüquqiliyinə dair təşkil etdiyi Komissiya tərəfindən işlənib hazırlanmışdır (1980-ci ildə BMT-nin xüsusi konfransında). Konfrans Vyana şəhərində keçirildiyindən Vyana Konfransı adlandırılmışdır. Konfransda 62 ölkə, o cümlədən 22 sənayecə inkişaf etmiş, 29 inkişaf etməkdə olan və digər ölkələr iştirak etmişlər. Konvensiyanın iştirakçıları isə 30 ölkə idi. Sabiq SSRİ həmin konvensiyaya 1990-cı ildə qoşulub.

Beynəlxalq alqı-satqı müqavilələrinə dair konvensiya dünya miqyasında alqı-satqı proseslərinin unifikasiya olunmuş (vahid şəklə salınmış) qayda-qanunlarını tənzimləyir. Bu qayda-qanunlar müxtəlif ictimai, iqtisadi və hüquqi sistemlərə malik olan bir ölkələr üçün münasib idi və beynəlxalq ticarətdə hüquqi maneələri aradan götürə bilərdi.

Konvensiya normativ xarakter daşıyır. Başqa sözlə, konvensiyada nəzərdə tutulan əsasnamə hüquqi normaları əks etdirir. Bu o deməkdir ki, müqavilədə iştirak edən tərəflər konvensiyanın hər hansı bir müddəasını qəbul etməyə, hətta onu dəyişə də bilərlər. Konvensiya ancaq beynəlxalq xarakter daşıyan müqavilələrə tətbiq edilir.

Vyana Konvensiyasının məqsədi beynəlxalq alqı-satqını tənzim edən milli qanunçuluğun unifikasiyasına kömək göstərməkdir. Konvensiya əsasən aşağıdakıları nəzərdə tutur:


    • mallar üzrə beynəlxalq alqı-satqı müqavilələri bağlanması və istifadə edilməsini eyni formada tənzimləyir;

    • kommersiya danışıqlarının tezləşdirilməsinə, asanlaşdırılmasına və ucuzlaşdırılmasına kömək göstərir;

    • müqavilə tərəflərinin bir-birinin hüquq və vəzifələrini birmənalı başa düşmələri üçün ilkin şərt yaradır;

    • daha güclü tərəf-müqabil (partnyor) tərəfindən müqaviləyə özü üçün daha əlverişli şərtlərin digər tərəfə zorla qəbul etdirməsi hallarının aradan götürülməsinə imkan yaradır;

    • müqavilə üzrə satıcının və alıcının əsas öhdəliklərini müəyyənləşdirir;

    • konvensiyada iştirak etməyən dövlətlər arasında müqavilə mübahisəsi (münaqişəsi) baş verdikdə, müqavilə tərəfləri (subyektləri) və müqavilə predmetləri (obyektləri) üzrə münasibətləri qaydaya salır;

    • alqı-satqı müqaviləsinin obyektlərinin (malların) siyahısını müəyyən edir;

    • konvensiyanın aid olmadığı ölkələr üçün alqı-satqı müqaviləsinin nişanələrini (əlamətlərini) müəyyənləşdirir.

Vyana Konvensiyası 101 maddəni əhatə etməklə dörd hissədən ibarətdir:

    • tətbiqi sfera və ümumi müddəalar;

    • müqavilənin bağlanması;

    • malın alqı-satqısı;

    • son müddəa.

2. Beynəlxalq alqı-satqı müqavilələrinə tətbiq edilən hüquqi qaydalara dair konvensiya. Bu konvensiya yuxarıda göstərildiyi kimi, Haaqa konvensiyası adlanır. Yeni konvensiya 1985-ci ildə Haaqa beynəlxalq xüsusi hüquq konfransının sessiyasında qəbul olunmuşdur. Sessiyanın işində 62 dövlət iştirak edirdi. Bu konfransın məqsədi 1955-ci ildə Haaqa konfransında qəbul olunmuş və artıq köhnəlmiş konvensiyaya yenidən baxılması məqsədini qarşıya qoymuşdur. 1985-ci il konvensiyası isə 1980-ci ildə qismən Vyana konvensiyasına bəzi əlavələr edilməsini də nəzərdə tuturdu. Bundan əlavə, həmin konvensiya (1985-ci il) birmənalı vahid maddi-hüquqi qayda –qanunlarla tənzimlənilməyən hüquqi kollizon (toqquşan, bir-birinə zidd olan) qaydaların unifikasiyası barədə əsasnamə hazırladı. Konvensiya həm də universal xarakter daşıyırdı. Belə ki, o, həm iştirakçı dövlətlərə, həm də beynəlxalq müqavilə ilə bağlı olan, lakin konvensiyada iştirak etməyən dövlətlərə tətbiq edilir.

Haaqa konvensiyasının əsas müddəaları aşağıdakılardır:

1). Vyana konvensiyasına uyğun gələn və cüzi dəyişikliklər edilməklə malların alqı-satqı müqavilələrinin beynəlxalq xarakterinin müəyyən edilməsi;

2). Ayrı-ayrı növ malların (şəxsi istehlak malları) beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənarlaşdırılması.

3). Vyana konvensiyasından fərqli olaraq, beynəlxalq alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik enerjisinin və s. daxil edilməsi.

4). Müqavilənin tənzimlənməsində köməyə gələn hüquqların müəyyənləşdirilməsi.

Alqı-satqı müqaviləsinə tətbiq olunan hüquq Haaqa konvensiyasına uyğun sürətdə, aşağıdakıları tənzimləyir:



    • müqavilənin şərhini

    • tərəflərin hüquq və vəzifələrini və müqavilənin icrasını

    • alıcının mallardan götürəcəyi nəticə və gəlirlərin ilkin şərtlərini

    • mallara görə alıcı riskinin ilkin şərtləri;

    • mülkiyyətçilik hüququnun saxlanılmasına dair təhlilin tərəflər üçün dəqiqliyi və nəticələri;

    • müqavilənin yerinə yetirilməsi aqibəti;

    • iddia müddəti və öz qüvvəsini itirməsi müddətini və s.


Beynəlxalq ticarət əməliyyatlarının subyekti olan kontragentlərin təsnifatı

Beynəlxalq ticarətdə kontragent - malların alqı-satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Dünya bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məqsəd və xarakterindən asılı olaraq 4 kateqoriyaya bölünürlər:

1-ci kateqoriya – firmalar;

2-ci kateqoriya – sahibkarlar;

3-cü kateqoriya – dövlət orqanları (nazirliklər və idarələr);

4-cü kateqoriya – BMT sisteminin beynəlxalq iqtisadi təşkilatları.


Firmalar – beynəlxalq ticarət əməliyyatlarının çox hissəsini həyata keçirirlər. Dünya təcrübəsində “firma” termini ticarət məqsədi daşıyan kontragentlərə şamil edilir. Firma deyəndə sənaye, ticarət, tikinti, mənfəət əldə etmək məqsədilə kənd təsərrüfatı subyektləri, xidmət və s. sahələr üzrə ticarət fəaliyyətində fəaliyyət göstərən müəssisələr başa düşülür. Dünya bazarında çıxış edən firmalar

  1. təsərrüfat fəaliyyətinə və yerinə yetirdiyi əməliyyatlara (sənaye, ticarət, nəqliyyat, sığorta);

  2. hüquqi vəziyyətinə (təkbaşına idarə olunan, sahibkarlar birliyi);

  3. mülkiyyətin xarakterinə (kartel, sindikat, trest, konsern, holdinq, maliyyə qrupu);

  4. kapital və nəzarət mənsubiyyətinə (milli, xarici, qarışıq);

  5. fəaliyyət dairəsinə (milli, beynəlxalq).


Sahibkarlar birliyi – ayrı-ayrı qrup biznesmenlərinin birliyidir. Firmalardan onunla fərqlənirlər ki, onların məqsədləri bilavasitə mənfəət götürmək deyil, hökumət orqanlarında həmin ittifaqa daxil olan iş adamı qruplarının maraqlarını təmsil etmək , ixracatın genişləndirilməsində xüsusi sahibkarlara yardım göstərmək və ümum sahə dairələri fəaliyyətlərini hazırlamaq və razılaşdırmaqdır (məsələn, məhsulun standartlaşdırılması, kadr hazırlığı). Onlar assosiasiyalar, federasiyalar, sovetlər və bu kimi formalarda birləşirlər. Praktikada onlar kartel funksiyasını yerinə yetirirlər.
Xarici bazara çıxa bilən dövlət orqanları və təşkilatları – sırf dövlət firmalarından fərqli olaraq ticarət məqsədi güdürlər. Dünya bazarlarında ticarətdə öz ölkəsinin razılığını alaraq iştirak edə bilərlər. Xarici bazara çıxış hüququ olan ən çox dövlət təşkilatları İEÖ-dədir. Məsələn, Argentinada taxıl – Taxıl Milli Komitəsi, ət – Ət üzrə milli komitə vasitəsilə həyata keçirilir.
BMT sisteminin ixtisaslaşdırılmış idarələri – dünya bazarında kontragentlər sifətində çıxış edirlər. Bunlara investisiya obyektlərinin tikintisini həyata keçirən PROON və YUNİDO kimilərini göstərmək olar.

Çox hallarda layihələrin bilavasitə iştirakçısı kimi BMT sisteminin ixtisaslaşdırılmış təşkilatları da çıxış edirlər o cümlədən:

YUNİSEF – Uşaq fondu;

PROON – İnkişaf proqramı;

FAO – Beynəlxalq Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı;

YUNİDO – Sənaye inkişafı təşkilatı;

YUNKTAD – Ticarət və inkişaf üzrə konfrans;

YUNEP – Ətraf mühitin qorunması;

YUNESKO – Təhsil, elm və mədəniyyət məsələləri üzrə təşkilat;

MOT – Beynəlxalq əmək təşkilatı.


Azərbaycan ÜTT-da müşahidəçi statusunda iştirak edir və BYİB-in 1992-ci ildən üzvüdür. Qeyd etmək istərdim ki, respublikamızın bu təşkilatlara qoşulmağı faydalıdır. Lakin bu prosesdə diqqətli olmalıdır. Son zamanlar ÜTT ilə Rusiya arasında anlaşılmazlığı misal gətirmək istərdim. Rusiya bu təşkilata qoşulmaq istəyir, lakin onun qarşısına qoyulan öhdəliklər ölkənin bank sistemi üçün əlverişli olmayıb hətta zərərlidir.

Dünya ölkələri üzrə xarici ticarət fəaliyyətini tənzimləyən beynəlxalq təşkilatlar bir-birindən fərqlənən bir çox vacib funksiyaları yerinə yetirirlər. Onların strukturunun sxemi aşağıdakı kimidir:








Yüklə 231,28 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin