D. Rikardonun müqayisəli üstünlüklər nəzəriyyəsi.
Müqləq üstünlüklər nəzəriyyəsinin cavab verə bilmədiyi sualları D.Rikardo müqayisəli üstünlüklər nəzəriyyəsi ilə aydınlaşdırmışdır. O, öz nəzəriyyəsi ilə sübut etmişdir ki, hər hansı bir ölkə bu və ya digər malın istehsalında istehsal xərcləri baxımından mütləq üstünlüyə malik olmadığı halda da ölkələr arasında xarici ticarət aparıla biləcək və bu ticarətdən hər iki ölkə mənfəət əldə edə bilər. Rikardoya görə o qədər ki ölkələr arasındakı qiymətlərdə az da olsa fərq qalmaqda davam edir, Hər bir ölkə nisbi üstünlüyə malikdir. Yəni bu ölkədə həmişə elə bir əmtəə tapmaq mümkündür ki, mövcud istehsal xərclərinin nisbətində onun istehsalı digər ölkədəki istehsaldan daha sərfəli olsun. həmin ölkə məhz belə malın istehsalı və ixracı üzrə ixtisaslaşmalıdır.
D.Rikardonu bele bir sual maraqlandırırdı: nə üçün mvcud ölkədən məhz filan mallaar ixrac olunur, başqa mallar idxal olunur?! Həm də istehsalın inkişafı üçün, iqtisadi tərəqqi üçün xarici ticarət nə verir?!
D.Rikardo öz nəzəriyyəsini İngiltərə və Portuqaliya arasında mahud-şərab (M-Ş) ticarətini misal gətirməklə izah etmişdir. I misalda, Portuqaliya hər iki malı daha az əmək sərf etməklə istehsal edir. Yəni, mütləq üstünlüklər nəzəriyyəsinə görə bu ölkə hər iki halda da üstünlüyə malikdir. Buna baxmayaraq bu ticarətdən hər iki ölkə də fayda əldə edir. Çünki Portutaliya şərab istehsalında, İngiltərə isə mahud istehsalında müqayisəli maya dəyəri baxımından üstünlüyə malikdir.
Şərab və mahudun iki ölkədəki mütləq istehsal xərcləri aşağıdakı kimidir: (1 ildə 1 vahid mal istehsalı üçün sərf olunan əmək miqdarı)
Göründüyü kimi Portutaliya hər iki malın istehsalında da mütləq istehsal xərcləri baxımından üstünlüyə malikdir.
Müqayisəli istehsal xərcləri isə aşağıdakı şəkildə özünü göstərir:
Müqayisəli istehsal xərcləri baxımından 0,89 < 1,2 olduğu üçün şərab istehsalında Portutaliya; 0,83 < 1,1 olduğu üçün isə mahud istehsalında İngiltərə üstünlüyə malikdir. Beləliklə, D.Rikardo beynəlxalq ticarətin mövcudluğu üçün ölkələr arasındakı müqayisəli istehsal xərclərinin fərqli olmasını vacib şərt hesab etmişdir. Müqayisəli istehsal xərcləri adı çəkilən iki ölkədə fərqli olduğu üçün bu ölkələr arasında şərab-ipək ticarəti inkişaf edə bilər. Çünki belə ticarət hər iki ölkə üçün faydalıdır.
D.Rikardo nəzəriyyəsinin məntiqi nəticəsi ondan ibarətdir ki, xarici ticarətin mənbəyi malların istehsalına sərf olunan məsrəflərin mütləq həcmindən asılı olmayaraq bu malların istehsal xərclərinin yalnız müqayisəli fərqidir. Yuxarıda göstərilən misalda ticarətin qarşılıqlı faydalılığının müqayisəli üstünlüyü belə bir faktla izah olunur ki, bir ölkədə şərab istehsalı mahuda nisbətən baha başa gəlir və şərabla mahudun istehsal xərclərininin mütləq həcmi əslində nəzərə alınmır. Bundan başqa həmin misallarda məhsulun dəyəri yalnız əmək sərfi ilə ölçülürdü və istehsal üçün lazım olan digər amillər: kapital və istehsal vasitələri nəzərə alınmırdı. Rikardo nəzəriyyəsində işçi qüvvəsinin ölkə daxilində hərəkəti nəzərdə tutulmaqla ölkələr arasında tam hərəkətsiz olduğu fərz edilirdi. halbuki, müasir dünyada vəziyyət belə deyildir: işçilər nə ölkə daxilində tam hərəkətli, nə də ölkələr arasında tam hərəkətsiz dayanmışdır.
D.Rikardo nəzəriyyəsi istehsal xərclərinin sabit olması şərtini əsas göturmüşdür və istehsal xərclərinin artıb-azalması şərti nəzərə alınmamışdır. Günümüzdə isə istehsal həcmi artdıqca onun istehsal xərcləri də dəyişir. Bundan başqa, klassik nəzəriyyə əmək məhsuldarlığının ölkələr arasında fərqli olduğunu nəzərdə tutur. Lakin bu nəzəriyyə əmək məhsuldarlığı səviyyəsinin müxtəlif ölkələrdə fərqli olmasının səbəbini izah etmir. Rikardo ölkələrə əmək məhsuldarlığı nisbəti yüksək olan malların istehsalını genişləndirməyi tövsiyyə etmişdir. Halbuki, hər bir ölkədə istehsal şərtləri (iqlim, təbii sərvətlər, işçi qüvvəsinin keyfiyyəti) də fərqlidir və xarici ticarət apararkən bu da nəzərə alınmalıdır. Klassik nəzəriyyədə insanların zövqünün və texnologiyanın daim dəyişməsi, xarici ticarətin gəlirlərin yenidən bölüşdürülməsi üzərində təsiri nəzərə alınmamışdır.
Klassik nəzəriyyənin göstərilən çatışmazlıqları və fərziyyələri D.Rikardodan sonra gələn iqtisadçılar tərəfindən aradan qaldırılmış və nəzəriyyə daha da inkişaf etdirilmişdir.
Dostları ilə paylaş: |