Bakı Dövlət Universiteti



Yüklə 45,33 Kb.
səhifə1/19
tarix10.01.2022
ölçüsü45,33 Kb.
#108465
  1   2   3   4   5   6   7   8   9   ...   19


Azərbaycan Respublikası Təhsil Nazirliyi

Bakı Dövlət Universiteti .

Jurnalistika Fakültəsi

Jurnalistikanın Nəzəriyyəsi və Təcrübəsi Kafedrası

Əyani şöbənin I kurs tələbəsi

Salamova Elnarə

Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi fənnindən

Xəbərin Sərlövhələri mövzusunda



Kurs işi

Bakı-2012

Plan:

1. Giriş...................................................................3

2. Sərlövhənin növləri...........................................5

3. 30 uğurlu sərlövhənin təhlili ............................8

4. Nəticə................................................................15

5. İstifadə olunmuş ədəbiyyat siyahısı..................16

Giriş

Sərlövhə qəzet materialının mövzusu barədə oxucuya məlumat verir, redaksiyanın bəhs olunan hadisəyə münasibətini bildirir.Fərqi yoxdur, məqalə nə qədər yaxşı yazılsa da, qəzetdə dəqiq və düşünülmüş başlıq və sərlövhə yoxsa, materiallar diqqəti cəlb etməyəcək və oxunmamış qalacaq.Sərlövhələri nəzərdən keçirən oxucu qəzet nömrəsində nə kimi materiallar dərc olunduğu haqqında müəyyən təsəvvür əldə edir, onların köməyi ilə yazılardan ən mühümünü və maraqlısını seçir.

Sərlövhə mətnin adıdır,mətn haqqında ilkin təsəvvür yaradan qısa məlumatdır. Qəzetdə sərlövhə mətnin şriftinə nisbətən daha iri, qara şriftlə yığılır və həm də bu üsulla diqqəti cəlb edir. Oxucu əvvəlcə mətnin adına baxır, onu maraqlandırırsa oxuyur. Əgər sərlövhə maraqlıdırsa oxucunun sayı da çox olacaq.Maraqlı sərlövhə maraqlı yazıdan xəbər verir. Buna görə də əlyazmalar çapa hazırlanarkən sərlövhəlik seçilməsinə xüsusu diqqət yetirilir.

Adətən müəllif sərlövhəni özü seçir. Ancaq bu o demək deyil ki, onun seçimi hər bir halda uğurludur. Çox vaxt bu uğuru redaktor təmin etməli olur.

Sərlövhələrə verilən tələblərə yığcamlılıq, yəni minimum sözdən istifadə, məntiqcə çox sadə, cəlbedici və bu qısalığa baxmayaraq maksimum dərəcədə konkretlikdir. Cümlə formasında olan sərlövhələr də vardır, lakin belə sərlövhələrdə də sözlərin miqdarı nəzərə alınır.

Sərlövhənin formaca necə qurulmasının da əhəmiyyəti az deyil. Sərlövhə elə qurulmalıdır ki, oxucu ilk növbədə nəyi oxuyacağını tez və asanlıqla müəyyənləşdirə bilsin.

Hazırda qəzetlərimiz mətn üzərində yaradıcılıq işinin bir hissəsəi olan sərlövhələrin seçilməsinə xüsusi diqqət yetirirlər. Bu sahədə ən öndə mətbu orqanlarımızdan mənim fikrimcə «525-ci qəzet», «Zaman Azərbaycan», «Yeni Müsavat », «Ekspress» «Şərq » qəzetlərini göstərmək olar.

Sərlövhələrin seçilməsi üçün hazır resept, xüsusi təminat yoxdur. Bəzən belə hesab edirlər ki, əvvəlcə mövzuya ad seçmək, sonra əsas məsələnin şərhinə keçmək lazımdır. Əksini iddia edənlər də var. Ancaq bir məsələni unutmaq olmaz ki, sərlövhələrin seçilməsi yaradıcı proses olduğundan, orada konkret «Düstur» vermək olmaz. Hər iki halda maraqlı, orijinal sərlövhələr tapıla bilər.




Yüklə 45,33 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin