Bu yazı da “525-ci qəzet”in 18 dekabr 2010-cu il tarixli sayında verilib. Sürətlə yeməyin nə qədər ziyanlı olmasını araşdırmaq və cəmiyyətə açıqlamaq əsas məqsəd kimi görünür. Jurnalist isə əsas diqqəti ayaqüstü yeməklərə- “Fast food” məhsullarına çəkir. Onların nə qədər ziyanlı olmasından danışır. Sərlövhənin uğurlu olması isə atalar sözlərinin vaxtinda və yerində işlədilməsi ilə bağlıdır.
Qırğızıstan Rusiyaya “ yalvarır”.
Bu yazı “Şərq ” qəzetinin 19 iyun 2010-cu il tarixli sayında verilib. Yönləndirici və cəlbedici sərlövhədi. Burada Qırğızıstan prezidentinin Rusiyaya səfər etdiyi və bu səfər çərçivəsində Rusiya prezidentinə strateji obyektlərin qorunmasında kömək üçün xahiş etməsindən bəhs edir. Mənim fikrimcə “yalvarır” kəlməsi çox düzgün işləndiyindən uğurlu sayıla bilər.