Maraqlı və bədii xarakterli bu yazı “Zaman Azərbaycan” qəzetinin 12-13 yanvar 2012-ci il tarixli sayında verilib. Yazının ilk cümləsi belədir : “Bu yazı Bakı lisey tipli ilk təmayüllü məktəbin eyni sinfini bitirmiş yeniyetmələrin ömür yolları haqqında qısa “not”larıdır. ”
Dilənçi kökündə “ İmperator”.
Bu yazı 4 dekabr 2009-cu il tarixində “525-ci qəzet”də nəşr olunub. Əsasən təəssürat xarakteri daşıyan bu yazı “İmperator ” əsərinin tamaşaya qoyulması və primyerası ilə bağlıdır. Bu əsərin “Uşaq teatrı” adlı mədəniyyət evində göstərilməsi və həmin binanın acınacaqlı vəziyyətdə olması jurnalisti yazıya bu sərlövhəni verməyə vadar edib. Soyuq otağı, təmizsiz zalını çox gözəl təsvir edən yazar bir neçə tamaşaçının da fikrini alıb. Sonda jurnalist bele bir qeyd edib : “ Aydın məsələdir ki, teatrın köhnəliyi maddi problemlərdən qaynaqlanır. Bəs mövzuların, ideyaların köhnəliyi....?
“ Yoxmu bir dərdimi yazan, ay ellər?...”
4 dekabr 2009-cu il tarixində “525-ci qəzet”də nəşr olunan bu yazıda çox aktual bir problemə toxunulub. Maraqlı sərlövhə seçən jurnalist mətbu orqanlardakı mövzu seçimindəki səhvləri qələmə alıb, əsas problemlərdən kənarda qalan nəşrlərimizin satışının da zəif olduğunu diqqətə çatdırıb. Cəmiyyətə müraciət də elə bu satışla bağlıdır. Köşə yazısıdır və sərlövhə uğurlu seçilib.
“ Oyun” a fanatlar başladı.
Bu sərlövhə “Ekspress” qəzetinin 7-9 noyabr 2009-cu il tarixli sayında verilib. İdman xəbəri olması sərlövhəndən görünsə də, başlığın sirli olması oxucunu cəlb etməyi bacarır. Burada əsas söhbət Azərbaycan Primerligasında keçiriləcək “Xəzər-Lənkəran”- “Neftçi” oyunu haqqında gedir. Azərkeşlərin oyuna necə hazırlaşması, onların qələbə ümidlərini oxucuya çatdırmağa çalışan jurnalist bu fürsətdən istifadə edərək həm bir növ fanatları bu oyuna gəlməyə səsləyir, həm də digər oyunlar barədə də məlumat verməyi unutmayıb. Uğurlu olmasını da elə bunlarda görürəm.