Bu uğurlu sərlövhə “Aysel” qadın jurnalının 2008-ci il noyabr nömrəsində verilib. Aktual mövzuya toxunması ilə yanaşı başlıqda atalar sözündən məharətlə istifadə olunub. Mövzu iş yerini qorunması , həmkarlarının sənə olan münasibətinin öyrənilməsi ilə bağlıdı.
Örtülü bazar, dostluğu pozar.
Ümumiyyətlə “Aysel” və “Elman ” jurnallarında uğurlu sərlövhələr üstünlük təşkil etdiyinə görə daha çox onlara müraciet etdim. Bu sərlövhə də “Aysel ” jurnalının 2008-ci il noyabr nömrəsində verilib. Qadına rəfiqələri və sevdiyi şəxslə bağlı lazımlı məsləhətlər verilir. Atalar sözlərindən istifadə yenə də sərlövhəni uğurlu edən amillərdəndir.