Bu yazı “Bala dili” jurnalının 2010-cu il sayında verilib. Süd məhsullarının uşaqlar üçün xeyirli olmasından söhbət gedir. Gənc analar üçün lazımlı məsləhətlər verilir.
Tülkü həccə gedir.
Bu yazı “Elman” jurnalının 2007-ci il noyabr buraxılışında verilib. Yazıda Həccə getməyin qaydaları, fərzləri, ədəbləri haqqında geniş məlumat verilir. Həmçinin Həcc edən insana verilən tələblər də geniş açıqlanır. Sərlövhə təmsilin adından götürüldüyü üçün uğurludur.
Bal ANS.
“Aysel” jurnalının 2008-ci il oktyabr buraxılışında verilən bu sərlövhəni uğurlu edən səbəb Azərbaycan dilində işlədilən və iki hissəyə ayrılması nəticəsində yaranan müstəqil mənalı sözlərin işlədilməsidir. Bu müsahibə janrında yazılan yazıdır və müsahib Vəfa Zeynalovadır. ANS-in balı adlandırıldığından yazıya belə başlıq seçiblər. Həmçinin Vəfa xanım ANS kanalında gedən Bal ANS verilişinin aparıcısıdır.