2. “Bakı” nın Napaleon dərdi.
Bu yazı da idman xəbərləri bölməsində verilib. Müsahibə xarakterli olduğuna görə daha çox marağa səbəb ola biləcəyini düşünürəm. Müsahib “Bakı” futbol klubunun məşqçisi Hafiz Məmmədov son oyunda “Bakı”nın “İnter”ə məğlub olmasının səbəblərini açıqlayır: Buraxılan qoldan sonra “Bakı yenicə özünə gəlmişdi ki, bəzi oyunçular özlərini Bonapartın gələcək nəsli, yaxud da özü hesan etməyə başladılar. Və bunun cavabı olaraq qapımızda daha bir qol gördük. Azərbaycanda elə insanlar var ki, hərdən özlərini Napoleon hiss edirlər”. Elə sərlövhə də bu hissəyə əsaslanaraq seçilib. Yazı “Ekspress” qəzetinin 29 aprel 2010-cu il tarixli nəşrində çap olunub.
Dostları ilə paylaş: |