Elmi Şuranın Sədri prof. M.Ə.Ramazanov
Elmi Katib prof R.C. Qasımova
Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin
№
|
Görülməsi nəzərdə tutulan işlər
|
İcra tarixi
|
Məsul şəxslər
|
1
|
Şuranın ilk iclasının keçirilməsi, onun Sədrinin müavininin və Katibinin seçilməsi, üzvləri
arasında vəzifə bölgüsünün aparılması,
2015/16-cı Tədris İlinin İkinci Yarısı ücün
Şuranın “İş planı”nın müzakirə olunub, təsdiq üçün hazırlanması.
|
5 Yanvar- 2016
|
TMŞ
|
2
|
2015/2016-cı Tədris İlinin İkinci Yarısı üzrə TMŞ-nin ”İş Planını”nın təsdiqi.
|
Yanvar-2016
|
Fakültə EŞ, TMŞ
|
3
|
TMŞ-nın nəzdində Fənn
Komissiyalarının yaradılması.
|
Yanvar- 2016
|
Dekan, TMŞ, Kafedra müdirləri
|
4
|
Fakültədə tədris olunan fənlərin siyahısını (tədris planındakı bölmələr üzrə) tərtib edib, onlarin fənn proqramlarının hazırlanıb, müzakirə olunmasını təşkil etmək və hər birini ekspertizadan keçirib, müvafiq qriflə təsdiq oluna bilməsi barədə tövsiyə hazırlamaq.
|
Yanvar-Fevral-2016
|
TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları
|
5
|
2015/2016-cı Tədris İlinin İkinci Yarım İlinin başlanması ilə əlaqədar olaraq TMŞ-nin qarşısında duran məsələlərə dair Şuranın növbəti iclasının keçirilməsi.
|
10 Fevral-2016
|
TMŞ
|
6
|
Fakültənin IV kurs tələbələrinin buraxılış işlərinin mövzularının ekspertizasını keçirib, təsdiq üçün Fakültə Elmi Şurasına təqdim etmək.
|
Yanvar-2016
|
TMŞ, Kafedra müdirləri
|
7
|
Müsabiqə yolu ilə Fakültədə elmi-pedaqoji vəzifələrə seçilən şəxslərin seçkidən əvvəl açıq dərslərini dinləyib, həmin dərslərin müzakirəsinin nəticələri və onların tədris- metodiki fəaliyyətini əks etdirən ekspert rəyi hazırlayıb, Fakültə Elmi Şurasına təqdim etmək.
|
Mütəmadi
|
TMŞ, Fakültə EŞ-nın Elmi Katibi, Kafedra müdirləri, Fənn komissiyaları
|
8
|
Fakültədə kadr hazırlığı aparılan tədris proqramlarında nəzərdə tutulan fənlər üzrə tələbələrin, müəllim və tədrisə köməkçi heyətin müvafiq dərslik, dərs vəsaiti və digər tədris-metodiki ədəbiyyatla təminatı vəziyyətini araşdırıb, məsələyə dair tövsiyələr hazırlamaq.
|
Mütəmadi
|
TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları
|
9
|
Fakültədə tədris olunan fənlər üzrə mühazirə mətnlərinin elektron və kağız variantlarını mühazirə aparan müəllimlərə hazırladıb, onların ekspertizasını keçirmək, hazırlanmış materiallardan istifadə mexanizmini (qaydalarını) müəyyənləşdirmək.
|
Mütəmadi
|
TMŞ, Kafedra müdirləri, Tyutorlar, Fənn komissiyaları, Mühazirə müəllimləri
|
10
|
Müxtəlif fənlər üzrə mövcud olan dərslik,dərs vəsaitləri və praktikum dərsləri üçün laboratoriya avadanlıqlarının siyahısının tərtib olunması, onların tədris prosesini nə dərəcədə təmin edə bilməsini təhlil edib, zəruri lazım olanlarının əldə edilib, müvfiq kafedralarda və Unversitetin Kitabxanasında yerləşdirilməsi barədə təkliflər vermək.
|
Mütəmadi
|
Dekan, Dekan müavinləri, Tyutorlar, Kafedra müdirləri
|
11
|
Tədris ilinin sonunda 2015/2016-cı tədris İlində müəllimlərin öz “Fərdi iş planları”na, kafedraların isə öz “İş planları”na uyğun olaraq apardıqları tədris-metodiki işlərin nəticələrini müzakirə edərək, onların hər birinin illik fəaliyyətini qiymətləndirilmək və növbəti tədris ili üçün fəaliyyətləri barədə təklifər vermək.
|
İyul-sentyabr - 2016
|
TMŞ
|
12
|
Yeni Dərs İlinin başlanmasına qədər Fakültədə tədris olunan fənlərin Fənn Proqramları əsasında akademik Təqvim Planlarınınn, İşçi Fənn Proqramlarının (sillabusların) hazırlanmasının təşkili və ekspertizası.
|
15 May-10 Sentyabr -2016
|
TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları, Mühazirə müəllimləri
|
13
|
Müəllimlərin Fərdi İş Planlarında öz əksini tapmalı olan tədris–metodiki işlərin əsas istiqamətlərinin müəyyənləşdirilməsi.
|
May-Sentyabr- 2016
|
Dekan müavini, TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları
|
14
|
Kaeedralarda dərs yükünün müəllimlər arasında bölgüsünün ekspertizası və müəllimlərin Tədris İş Planlarının təsdiqi barədə tövsiyələrin hazırlanması.
|
May-Sentyabr-2016
|
TMŞ,Fənn Komissiyaları, Kafedra müdirləri
|
15
|
Tələbələrin Tədris və İstehsalat Təcrübələri keçəcəyi müəssisələrin (təşkilatların) müəyyənləşdirilməsi, təcrübə rəhbərlərinin və təcrübə keçən tələbələrin təlimatlandırılması.
|
Aprel-İyun-2016
|
Dekan, Dekan müavini,TMŞ
|
16
|
Fakültədə yaş həddi ötmüş və sağlamlığında problemləri olan professor-müəllimlərin pedaqoji fəaliyyətlərini davam etdirmələri barədə ekspert rəyinin hazırlanması.
|
May-İyun-2016
|
Dekan müavini, TMŞ, Kafedra müdirləri
|
17
|
Gənc müəllimlərin dərslərinə qrafik üzrə qarşılıqlı gediş, həmin dərslərin müzakirəsi və müzakirələrin nəticələri əsasında müvafiq tövsiyələrin hazırlanıb, Fakültə Dekanlığına təqdim edilməsi.
|
Mütəmadi
|
TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları.
|
18
|
Tələbələrin fərdi (müstəqil) işlərinin mövzularının və qiymətləndirilməsinin seçmə qaydada ekspertizasının keçirilməsi və bu məsələ üzrə vəziyyət barədə tövsiyələrin verilməsi
|
Mütəmadi
|
TMŞ, Fənn komissiyaları, Kafedra müdirləri
|
19
|
Müəyyən fənlər üzrə tələbələrin fərdi qaydada (müstəqil) işlədilməsində və bu işlərin nəticələrinin qəbulunda mövzuya dair məsələ və çalışmalar toplusunun həll etdirilməsindən istifadə olunması variantı barədə qaydaların hazırlanması
|
Fevral-Mart -2016
|
TMŞ, Fənn komissiyaları, Mühazirə və Məşqələ müəllimləri
|
20
|
Tədris laboratoriyalarındakı avadanlıqların və tələbələr tərəfindən yerinə yetirilən işlərin “Yazılı Təsvirləri”nin təsdiq olunmuş “Qaydalar”a uyğunluğunu yoxlayıb, yoxlamanın nəticələrinin müzakirə üçün Fakültə Elmi Şurasına təqdim olunması
|
İyul-Sentyabr-2016
|
TMŞ, Fənn komissiyaları
|
21
|
Laboratoriya (praktikum), məşğələ və seminar dərslərində istifadə olunan dərslik və dərs vəsaitlərinin ekspertizasını keçirib, bu məqsədlər üçün istifadəsi daha məqsədəuyğun olan ədəbiyyat (mənbələr) barədə tövsiyələrin verilməsi
|
May-Sentyabr-2016
|
TMŞ, Fənn komissiyaları
|
22
|
Praktikum dərslərinin bütün mərhələlərinin “Qaydalar”a riayət olunmaqla (həm müəllimlər, həm tələbələr, həm də tədrisə köməkçi heyət tərəfindən) keçirilməsinə nəzarət olunması
|
Mütəmadi
|
Dekan müavini, TMŞ, Fənn komissiyaları, Kafedra müdirləri
|
23
|
Fakültənin ali təhsil üzrə hər iki pillədə kadr hazırlığı imkanlarını mövcud “Normalar”ın tələblərri əsasında araşdırb, illik tələbə və magistr qəbulunun planının müəyyənləşdirilməsi barədə tövsiyələrin (təkliflərin) verilməsi
|
Fevral-2016
|
Dekan,TMŞ, Kafedra müdirləri
|
24
|
Fakültədə tələbələrin Kurs və Buraxılış İşlərinin, eləcə də Magistr Dissertasiyalarının yerinə yetirilməsi üçün tətbiq olunan mexanizm və texnologiyanı ekspertizadan keçirib, onların təkmilləşdirilməsi barədə təkliflərin verilməsi
|
May-2016
|
TMŞ, Kafedra müdirləri
|
25
|
Tədris etdiyi fənn üzrə tələbələrin mənimsəmə faizi (imtahanaqədərki və imtahandakı) mütəmadi olaraq aşağı olan müəllimlərin dərslərində müəyyən müddət ərzində ardıcıl (müntəzəm) nəzarət edib, sonra onların fəaliyyətlərinin davam etdirmələrinin mümkünlüyü formaları barədə Fakültə Dekanlığına və Elmi Şurasına tövsiyələr təqdim etmək
|
Mütəmadi
|
Dekan, Dekan müavinləri, TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları
|
26
|
Tələbə-müəllim və ya müəllim-tələbə konfliktləri yarandıqda həmin konfliktlərin metodiki və pedaqoji-psixoloji köklərini araşdırıb, qarşısının alınması və təkrar olunmaması üçün əməli tövsiyələrin verilməsi
|
Mütəmadi
|
Dekan, Dekan müavinləri, TMŞ,Kafedra müdirləri
|
27
|
Tanınmış və bu sahədə peşəkar sayılan əcnəbi müəlliflər tərəfindən yazılmış, tərcüməsi və kütləvi çapı zəruri sayılan dərsliklərin, dərs vəsaitlərinin, praktikum kitablarının, metodiki vəsaitlərin siyahısının tərtib edilib, onların tərcüməsi və çapı üçün tövsiyə və təkliflərin hazırlanması
|
Mütəmadi
|
Dekan, TMŞ,Kafedra müdirləri, Fənn komissiyaları
|
28
|
Fakültədə tədris olunan fənlər üzrə aralıq və yekun (Dövlət) attestasiyası (imtahanları) suallarının tərtibinin və məzmununun ekspertizasını keçirib, onların tətbiqə yararlığını təsdiq etmək
|
Mart, May, Sentyabr-2016
|
TMŞ, Kafedra müdirləri, Fənn komissiyaları
|
29
|
Fakültə Elmi Şurasının, Universitet TMŞ və EŞ-nın, Universitet Rəhbərliyinin qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsi
|
Mütəmadi
|
TMŞ, Fənn komissiyaları
|
30
|
Hər ayın birinci on günlüyündə TMŞ-nin iclasını kecirmək
|
Mütəmadi
|
TMŞ
|
30 bənddən ibarət olan bu “İş Planı” Bakı Dövlət Universitetinin Fizika Fakültəsinin Tədris-Metodiki Şurasının 05 yanvar 2016-cı il tarixli ilk iclasında müzakirə edilərək, bəyənilmiş və təsdiq üçün Fizika Fakültəsinin Elmi Şurasına təqdim olunmuşdur.