Bakı Dövlət Universitetinin Qazax filialı SƏRBƏst iŞ faküLTƏ: Filologiya(Azərbaycan dili,ədəbiyyat) İXTİsas: Tarix müəllimliyi qrup: F1Q-123



Yüklə 0,53 Mb.
səhifə10/13
tarix26.11.2023
ölçüsü0,53 Mb.
#135132
1   ...   5   6   7   8   9   10   11   12   13
Dilçiliyə giriş

8.DİLÇİLİKDƏ DİL VƏ SİNİFLƏR
Dili üstquruma aid edən dilçi alimlər dilin sinfi xarakterli hadisə olduğunu iddia etmişlər. Bunun əsasında dilin sinfiliyi nəzəriyyəsi meydana çıxmışdır. Bu nəzəriyyənin başlıca nümayəndəsi olan N.Y.Marr yazırdı: “Sinfi olmayan dil yoxdur və eyni zamanda, sinfi olmayan təfəkkür də yoxdur”2 . Bu səhv fikirlər Marrın öz sağlığında və həmçinin sonralar onun ardıcılları tərəfindən də genişləndirilmişdir. Alimlər dilin sinfiliyi nəzəriyyəsində nəyə əsaslanmışlar? Dilin sinfiliyini müdafiə edənlər burjuaziya ilə proletariatın mənafelərinin müxtəlif olduğunu görmüş və cəmiyyətin vahid deyil, siniflərə bölündüyünü nəzərə alaraq, cəmiyyət üçün vahid dilin olmasını zəruri hesab etməmişlər1 . Bunun əsasında isə cəmiyyətin bütün siniflərinin və o cümlədən burjuaziyanın və proletariatın müstəqil sinfi dili olduğunu sübuta yetirməyə cəhd göstərmişlər. Eyni zamanda, bu nəzəriyyənin tərəfdarları dilin ideoloji xarakter daşımayıb, hər cür fikrin məzmununu ifadə etmək vasitəsi olduğunu da nəzərə almamışlar2 . Bütün bunların nəticəsində dilin təbiəti haqqındakı fikirlərdə böyük səhvə yol vermişlər. Dilin sinfiliyi nəzəriyyəsinin tərəfdarları dil hadisələrini son dərəcə vulqarlaşdırmışlar. Məsələn, N.Y.Marr belə hesab etmişdir ki, guya eyni xalqın ayrı-ayrı siniflərinin dili bir-birindən fərqlidir. Buna görə də bir xalqın kəndlisi həmin xalqın zadəganının danışdığını başa düşmür. Bu fikrin doğru olmadığını göstərən konkret bir nümunəyə nəzər yetirək. M.F.Axundovun “Sərgüzəşti-vəziri-xani-Lənkəran” (XIX əsr) əsərində bir-birinə zidd olan siniflərin nümayəndələri danışdırılır. “Ərizəçilərdən birisi: – Xan, başına dönüm ərzim var!.. Xan: – Kişi, de görüm, ərzin nədir? Əvvəlimci ərizəçi: – Xan, başına dönüm, bu gün atımı çaya suvarmağa aparmışdım; birdən əlimdən qurtuldu, qaçdı. Bu kişi qabaqdan gəlirdi; çağırdım, a kişi, Allah xatiri üçün bu atı qaytar. Əyilib bir daş götürüb ata sarı tulladı, daş atın sağ gözünə dəyib töküldü. İndi at məsrəfdən çıxıbdır; diyəsini istəyirəm, vermir; mənim ilə cəngü cədəl edir. Xan (ikinci ərizəçiyə): – A kişi, belədir? İkinci ərizəçi: – Başına dönüm, belədir, amma mən qəsdən daş atmamışam.
Xan: – Pərpuç danışma; qəsd olmasa, necə daşı götürüb atmaq olar?! Sənin də atın varmı? İkinci ərizəçi: – Vardır, başına dönüm. Xan (əvvəlimcə ərizəçiyə): – A kişi, sən də get, vur bunun atının bir gözün çıxart”. Bu danışıqda, yəni xanla kəndlilərin dialoqunda aydınlıq baxımından fərq varmı? Göründüyü kimi, onlar bir-birini çox aydın başa düşürlər. Dildə sinfiliyi müdafiə edənlər sinfilik anlayışını qrammatik materiallar əsasında sübut etməyə çalışmışlar. N.Y.Marr nitq hissələrinin hallanmasını sinfi adlandırmış və adlıq halı tabe edən, digər halları tabe olunan hesab etmişdir. Eləcə də cümlə üzvlərində sinfilik əlaməti axtarmış, baş üzvləri hakim təbəqəyə, ikinci dərəcəli üzvləri isə məhkum təbəqəyə oxşatmış, cümlə üzvləri arasındakı uzlaşmanı sinfi əlamət kimi qiymətləndirmişdir. Bir məsələni unutmaq olmaz ki, cəmiyyətin siniflərə bölünməsi dilə bu və ya digər cəhətdən təsir edir, lakin heç vaxt dili sinfi xarakterli hadisəyə çevirə bilmir. Siniflər dildən öz mənafeləri üçün istifadə edirlər, onlar dilə həyat tərzləri, məqsəd və amalları ilə əlaqədar öz söz və ifadələrini daxil edirlər. Məsələn, yuxarı təbəqənin nümayəndələri bir çox hallarda mənası geniş kütləyə aydın olmayan əcnəbi söz və ifadə işlədirlər. Zəhmətkeş kütlə isə dilə əməyin müxtəlif sahələri ilə bağlı leksik ünsürlər gətirir və s. Bunlar heç də iki zümrəyə aid nümayəndələrin xüsusi dili olduğunu şərtləndirmir. Hər bir xalqın ancaq vahid ümumi dili olur. Bu dil yarandığı zamandan etibarən, xidmət etdiyi cəmiyyət üzvləri arasında heç bir fərq qoymadan bütün üzvlər üçün eyni dərəcədə ünsiyyət vasitəsi rolunu daşıyır. Deməli, dil öz təbiətinə görə sinfi deyildir və bu, onun əlamətdar spesifik cəhətlərindəndir.

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin