Bəsrə məktəbi.Bu şəhər ərəb mədəniyyətinin inkişafında mühüm rol oynadığına görə başqa elm və sənət sahələri kimi dilçilik də burada inkişaf etmişdir.Bəsrə məktəbinin təşəkkülündə və inkişafında aşağıdakı alimlərin xüsusi xidmətləri olmuşdur:
İbn Əbu İshaq əl-hadranı(o eyni zamanda Quranın mahir oxucusu olmuşdur).
Əbu Əmr bin əl-Əla
Əsa bin Ömər əl-Səqəfi (710-770)
Yunis ibn Həbib
Xəlil ibn Əhməd Əbu-Əbdürrəhman Əl-Fərahidi
Bişrəl Əmir bin Osman ibn Qənbər əl Bəsri-Sibəveyhi
Sonuncunun Bəsrə dilçiliyinin inkişafında rolu daha böyükdür.O,Xəlil ibn Əhmədin şagirddidir.Əslən ərəb olmayan Sibəveyhi ərəb dilində mükəmməl təhsil almış,sonra bütün Bəsrədə şöhrət qazanmışdır.
Kufə məktəbi.Kufə böyük dini mərkəz idi.Məkkə və Mədinə kimi Kufə də İslam şərqinin həm elmi,həm də mədəni mərkəzlərindən biri olmuşdur.Məhəmməd Peyğəmbər və onun əshabələri Kufədə yaşadıqları dövrdə bura daha çox diqqəti cəlb etməyə başlamışdı.Xəlifə Əli ibn Əbu Talibin vaxtında Kufə İslamiyyətin,xilafətin paytaxtı oldu.Bu müddətdə burada Fiqh,Qarelər(Qurani yaxşı,avazla oxuyanlar),qrammatiklər məktəbi yarandı.Kufə qrammatiklər məktəbi Bəsrəyə nisbətən gec yaranmışdı.Kufə qrammatiklər məktəbinin banisi Əbul Həsən Əli ibn Həmzə ibn Abdulla ibn Osman ibnFeyruz əl Kisayı idi.O,milliyətcə fars idi,əyninə geydiyi parçanın rənginə və materialına(kisədən) görə ona Kisayı ləqəbi verilmişdi.Kisayı əvvəllər Kufə məktəbinin görkəmli nümayəndələri olan Muaz ibn Müslim Əl-hərranın və sonra onun qardaşı oğlu Əbu Cəfər ər-Ruasinin yanında oxumuş,sonra onlardandaha irəli gedə bilmişdir.O,ərəb dili qanunlarını,Quranı mükəmməl öyrəndikdən sonra Bağdada köçmüş və xəlifə harunun oğlanları Əmin və Məmnunun müəllimi olmuşdur.Sibəveyhi ilə də burada görüşmüşdür.Kisayı”kitabi muxtəsərin nəhv”,”Kitabul-qiraət”,”Kitabül ədəd”,Kitabun-Novadirilkəbir vəs-səcir”,”Risalətü ma təlhənu fihil-avami”,”Kitabu məanil-Quran”adlı monumental əsərlərin müəllifidir.Bu əsərlərin çoxu itib-batmış,zəmanəmizə qədər yalnız bir əsər,”Risalətu ma təlhanu fihil-avami(avam camaatın buraxdığı səhvlər barədə kitab)gəlib çatmışdır.Kisayi Bəsrə dilçilərindən fərqli olaraq,qrammatik qayda qanunları fəsəfi mahiyyətlə birgə götürmüşdür.
Dostları ilə paylaş: |