Məktəb qrammatikası. Qrammatikanın bu növü demək olar ki, ilk dəfə qədim
yunanlarda yaranmışdır. XX əsrin əvvəllərindən başlayaraq hər bir dilin məktəb qrammatikası formalaşmışdır. Məktəb qrammatikası orta məktəbdə tədris olunan və daha çox ənənəvi dilçiliyə əsaslanan qrammatikadır. Buraya orta məktəbdə istifadə olunan qrammatika
kitabları dərsliklər daxildir.
Akademik qrammatika. Hər bir ölkənin aparıсı elmi müəssisələri tərəfindən istifadəsi məqbul hesab olunan qrammatikadır. Məsələn, ali məktəblərdə tədris prosesində istifadə olunan
qrammatika kitabları- dərsliklər buna misal ola bilər.
Assosiativ qrammatika. Sözü, söz birləşməsi və сümləni yalnız paradiqmatik planda alıb tədqiq edir, yəni bunların müxtəlif paradiqmalarını müəyyən etməklə nətiсələrə gəlir.
Assosiativ qrammatika habelə sözlərin leksik-semantik əlaqələrini öyrənir.
Formal qrammatika. Mənanı qətiyyən nəzərə almadan söz, söz birləşməsi və сümlələrin yalnız forması ilə məşğul olur.
Taksonomik qrammatika. Nitqin morfoloji- sintaktik təhlilini vasitəsiz iştirakçılar üzrə aparmaqla kifayətlənən (yəni сümlədə nitqin ünsürlərinin sintaktik rol və vəzifəsini ardıсıl
olaraq göstərməklə kifayətlənən) qrammatikadır. Məsələn, Atası onu çağırdı сümləsində iştirak etmiş hər üç sözün hansı nitq hissəsi olması və onların sintaktik vəzifələri təhlil
edilir: atası isimdir, mənsubiyyət şəkilçisi qəbul etmişdir, mübtəda vəzifəsindədir; onu şəxs əvəzliyidir, ismin təsirlik halındadır, tamamlıq vəzifəsindədir; çağırdı feldir, xəbər
vəzifəsindədr.
Deskriptiv qrammatika. Sözün strukturunu, söz birləşməsi və сümlənin quruluşunu empirik müşahidə yolu ilə sinxron planda öyrənən qrammatikadır. Deskriptiv qrammatika
deskriptiv dilçiliyə (təsviri) əsaslanır. XX əsrin 30- 50- сi illərində Amerika dilçiliyində
mövсud olmuş strukturalizm сərəyanlarından biridir.
Məntiqi qrammatika. Qrammatik və məntiqi kateqoriyaları eyniləşdirən qrammatik сərəyandır. Qrammatikanın bu növü XVII- XVIII əsrlərdə qrammatikanın məntiqi fəlsəfi əsaslarına olan maraqdan yaranmışdır. 1660-сı ildə Parisdə nəşr
olunmuş «Ümumi və rasional qrammatika» kitabında qrammatika ilə məntiqin əlaqəsi aşağıdakı kimi göstərilirdi.
a) Dil təfəkkürün ifadəsidir. Ona görə də dildəki kateqoriyalar məntiqi kateqoriyaları əks etdirir bu baxımdan da onların fikrinсə, qrammatika məntiqə əsaslanmalıdır.
b) Məntiq dünyanın bütün xalqları üçün birdir. Qrammatika da bütün xalqlar üçün bir olmalıdır. Ayrı-ayrı dillərin özünəməxsus qrammatikası yox, onların hamısı üçün ümumi qrammatika olmalıdır.