Azərbaycan iqtisadiyyatı - 2009
13
Maliyyə-iqtisadi böhran nəticəsində yaşadığımız əsrin əvvəlindən əsas kapitala yönəldilmiş investisiyaların
orta illik 34%-lik artımı 2009-cu ildə 18,7%-lik azalma ilə yadda qaldı. Qlobal tələbatın azalması fonunda
ixrac mallarının və xüsusən xam neft və neft məhsulları qiymətinin aşağı düşməsilə və qlobal likvidlik çatış-
mazlığının Azərbaycanın maliyyə sektorunun xaricdən borclanması imkanlarını məhdudlaşdırması ilə qlobal
böhran Azərbaycan iqtisadiyyatına öz təsirini yetərincə göstərdi.
Ümumilikdə qlobal ÜDM daralması ilə tamamlan-
mış 2009-cu ildə, Azərbaycan da 9,3 mlrd. manatlıq
ÜDM daralmasına məruz qaldı. Nəticədə daxili in-
vestisiya qoyuluşları, o cümlədən müəssisə və təşki-
latların gəlirlərinin azalması nəticəsində kapital
qoyuluşları və bununla yanaşı büdcə daxilolmalarının
aşağı düşməsi səbəbindən dövlət investisiya qoyu-
luşları azaldı. Digər tərəfdən, maliyyə resurslarına
çıxış imkanlarının məhdudlaşması xarici investisiya
axınlarını daraltdı. Milli iqtisadiyyat xarici in-
vestisiyaların 1/3-ni itirməklə yanaşı, daxili in-
vestisiyaların həcmi də 14,2% azaldı.
2009-cu ildə ölkənin iqtisadi və sosial sahələrinin
inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala
7 mlrd. 358,7 mln. manat investisiya yönəldilib. Dövlət
mülkiyyətinə məxsus müəssisə və təşkilatlar inşaat
işlərinə 4 mlrd. 433,9 mln. manat, qeyri-dövlət müəs-
sisələri 2 mlrd. 924,8 mln. manat vəsait sərf ediblər. İs-
tehsal təyinatlı obyektlərin inşasında 5 mlrd. 455,1 mln.
manatlıq, qeyri-istehsal təyinatlı obyektlərin tikintisində
1 mlrd. 903,6 mln. manatlıq investisiyadan istifadə
edilib.
Əsas kapitala yönəldilmiş vəsaitin 79,9%-ni daxili
investisiyalar, 20,1%-ni isə xarici investisiyalar təşkil
edib. Daxili investisiyaların isə 70,4%-i dövlət
mülkiyyətinə məxsus müəssisə və təşkilatların,
29,6%-i qeyri-dövlət mülkiyyətinə məxsus müəs-
sisələrin payına düşüb. 2009-cu ildə əsas kapitala
yönəldilmiş ümumi investisiyanın 5374,1 mln. manatı
və ya 73%-i qeyri-neft bölməsinin, 1984,6 mln. man-
atı və ya 27%-i neft bölməsinin payına düşüb.
2009-cu ildə büdcədən maliyyələşdirilməsi nəzərdə
tutulmuş inşaat işlərini həyata keçirmək üçün dövlət büd-
cəsindən 4 mlrd. 718 mln. manat vəsaitin ayrılması plan-
laşdırılmışdı. Ancaq ilboyu büdcənin icra olunmaması bu
mənbədən investisiyaların azalmasına gətirib çıxartdı və
nəticədə nəzərdə tutulmuş məbləğin yalnız 53%-dən və
ya 2 mlrd. 498 mln. manatından istifadə edildi.
Əsas kapitala yönəldilmiş sərmayənin ümumi həc-
mində müəssisə və təşkilatların vəsaitləri 3 mlrd. 521,9
mln. manat və ya ümumi investisiyaların 47,9%-i,
bank kreditləri 384,7 mln. manat (5,2%-i), büdcə və-
saitləri (o cümlədən yerli büdcələrin vəsaitləri) 2 mlrd.
Dostları ilə paylaş: