Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009


Azərbaycan iqtisadiyyatı - 2009



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə27/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
1   ...   23   24   25   26   27   28   29   30   ...   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009

Azərbaycan iqtisadiyyatı - 2009
30
2009-cu ilin yanvarından başlayaraq Maliyyə
Nazirliyi (MN) sığorta şirkətlərinin kapitallarının
qiymətləndirilməsində başqa kriteriyalara əsaslanır.
Misal üçün, nazirlik qiymətləndirmə üçün artıq nizam-
namə kapitalını ümumi meyar kimi qəbul edir. 2008-
ci ilin avqustunda MN minimum kapital tələbini
tədricən qaldırmaq üçün proqram qəbul etmişdi. 1 yan-
var 2009-cu il tarixinə qədər sığorta və təkrar sığorta
şirkətlərindən uyğun olaraq minimum 1 mln. və 2 mln.
manat kapitala malik olmaq tələb edilirdi. 1 yanvar
2010-cu il tarixindən başlayaraq kapital tələbləri
sığorta şirkətləri üçün 2 mln. manat və təkrar sığorta
şirkətləri üçün 4 mln. manat təyin edilib. 2009-cu ilin
yanvar ayında sığorta şirkətlərinin icmal nizamnamə
kapitalı 79.8 mln. manat təşkil edirdi ki, bu da
fəaliyyətdə olan 28 sığorta şirkətinə orta hesabla 2.85
mln. manatın düşməsi deməkdir. 
Bank və sığorta şirkətləri arasındakı qarşılıqlı əlaqə
əhəmiyyətli dərəcədə qüvvətlidir. Bank sektorundan
birbaşa və dolayı kanallarla sığorta yığımları ümumi
yığımların 42%-ni təşkil edib. Sığorta portfelində yeni
maşınların sığortalanmasından əldə edilən yığımlar
62%, daşınmaz əmlakın sığortalanmasından gələn
yığımlar 26%, üçüncü şəxs qarşısında məsuliyyətin
sığortası və tibbi sığortadan gələn yığımlar isə 11%
olub. Bu günə olan məlumata görə, 15 aparıcı sığorta
şirkətindən 12-nin təsisçiləri banklar və ya tərkibində
bank olan holdinqlərdir.
2008-ci ilin üçüncü rübündən başlayaraq maliyyə
böhranı və ölkənin bank sektorundakı problemlərlə
əlaqədar sığorta xidmətlərinə tələb azalmışdı. 2009-cu
ilin birinci rübündə sığorta şirkətlərinin yığımları 42.86
mln. manat təşkil etmişdi ki, bu da keçən ilin eyni
dövrü ilə müqayisədə 16.9% azalma demək idi. Digər
tərəfdən sığorta ödənişləri 10.32 mln. manata qalxmışdı
ki, bu da keçən illə müqayisədə 14.8% artımı
göstərirdi. Lakin ilin əvvəlində sığorta bazarında
müşahidə olunan pisləşmə ilin sonuna doğru yavaşımış
və bazarda sabitləşmə hiss olunmuşdu. 2009-cu ilin so-
nunda, sığorta yığımları 163.3 mln. manata çatmışdı ki,
bu da keçənilki göstərici ilə müqayisədə 9% az idi.
Sığorta ödənişləri isə 53.01 mln. mant olmuşdu. Bu isə
keçən ilə görə 6.4% artım demək idi.
Bank sektorundakı yaxşılaşma ilə paralel olaraq
sığorta bazarında da yaxşılaşmanın davam edəcəyi gö-
zlənilir. Lakin müəyyən islahatların həyata keçirilməsi,
həyat sığortası bazarının inkişafının stimullaşdırılması,
həmçinin məcburi sığorta haqqında qanunun qəbul
olun ması bu prosesin davamlı olmasını stimullaşdıra
bilər.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin