Azərbaycan iqtisadiyyatı - 2009
34
yataqlar blokunu işlədən Konsorsium tərəfindən ötən il
satılmış neftin 64,7%-i Azərbaycanın payına düşmüşdür.
Hasilatına 2009-cü ilin yayından başlanmış və iqti-
sadiyyat üçün xüsusi önəmi olan qızıl hasilatı 333 kq
səviyyəsində olmuşdur.
Sənayenin ikinci böyük xüsusi çəkiyə malik emal
bölməsində 7,7%-lik azalma müşahidə olunub. Bu-
rada 4,2 mlrd. manatlıq məhsul istehsal olunmuşdur.
İstehsalın daha çox hissəsi – içki və tütün də daxil ol-
maqla qida məhsulları istehsalının payına düşmüşdür.
Qida məhsullarından şəkər istehsalı 16.5% artaraq
314.9 min ton, çay 8.4% artaraq 7.7 min ton, ət 2.8%
artaraq 159.5 min ton, süd 3.0% artaraq 61.7 mln. dkl,
kərə yağı 0.9% artaraq 14.2 min ton, şampan şərabı
13.4% artaraq 40.6 min dkl, pivə 12.3% artaraq 3.6
mln. dkl, araq 12.4% artaraq 841.8 min dkl olmuşdur.
Dostları ilə paylaş: