Azərbaycan iqtisadiyyatı - 2009
23
manatı Dövlət Neft Şirkətinin, 12,5 faizi və ya 513,2
mln. manatı Azərbaycan Beynəlxalq Əməliyyat Şirkə-
tinin mənfəət vergisinin payına düşür. Azərbaycan Re-
spublikasının Vergilər Nazirliyi tərəfindən 2009-cu
ildə toplanmış ümumi vəsaitlərin 56,6 faizini və ya
2327,7 mln. manatını qeyri-neft gəlirləri təşkil edir ki,
bu da proqnoza nisbətən 742,3 mln. manat və ya 24,2
faiz az, 2008-ci ilin müvafiq
dövrü ilə müqayisədə isə
70,0 mln. manat və ya 3,1 faiz çoxdur.
2009-cu ildə Dövlət Neft Fondunun gəlirləri 8
176,7 milyon manat, xərcləri isə 5 294,5 milyon manat
təşkil edib. Fondun büdcəsinin mədaxil hissəsi 97,8,
məxaric hissəsi isə 99,5 faiz yerinə yetirilib. Fonda
daxil olan vəsaitin böyük hissəsi (93,4%) mənfəətli
neft və qaz satışından yaranıb.
MBQ öz rəyində qeyd edirdi ki: “Xam neftin hər
bareli üçün qiymətin hətta 40 dollara düşəcəyi halda
belə dövlət büdcəsinin icrasında problem gözlənilmir.
Nəzərə almaq lazımdır ki, dövlət büdcəsində neft
gəlirlərinin dörddə üçü ARDNF-in transfertlərindən
ibarətdir. 2009-cu il üzrə icmal
büdcənin gəlirləri pro-
qnozlaşdırılan zaman neftin hökumət tərəfindən he -
sablama bazası kimi istifadə etdiyi qiymət həddi
özünü doğruldarsa, ARDNF-in gəlirləri 14 567 mln.
manat təşkil edəcək.
Bu halda 2009-cu ildə fonddan proqnozlaşdırılan
büdcə ayırmaları ARDNF-in gəlirlərinin cəmi 34
faizini təşkil edəcək. Yuxarıda qeyd olunduğu kimi, ən
pis qiymət ssenarisinin (məsələn, hər barel üçün 40
ABŞ dolları) olacağı halda ARDNF-in proqno-
zlaşdırılan gəlirlərinin 2 dəfədən çox azalması
mümkünsüzdür. Göründüyü kimi,
hətta bu cür kəskin
azalma şəraitində belə ARDNF nəinki dövlət büdcəsi
üzrə öhdəliklərini, habelə fondun öz xərc öhdəliklərini
də icra etmək imkanında olacaq. Lakin bu halda
ARDNF-in ümumi gəlirlərinin 60 faizə qədəri dövlət
büdcəsinə transfer edilə bilər. Nəticədə neftin qiymə-
tinin enməsindən itkilər
dövlət büdcəsində deyil, icmal
büdcədə hiss olunacaq”.
2009-cu ildə ARDNŞ dövlət büdcəsinə 1,47 mil-
yard manat vergi ödəyib. Bu, ötən ilin göstəricisindən
117,1 milyon manat çoxdur. Nəzərə almaq lazımdır ki,
artımda az daolsa “Azəriqaz”ın ARDNŞ-nin balansına
daxil olmasının payı var. Qeyd edək ki, 2009-cu ildə
“Azəriqaz” 40 milyon manat vergi ödəyib. Eyni za-
manda, şirkət il ərzində Dövlət Sosial Müdafi ə Fon-
duna 115,16 milyon manat köçürüb ki, bu da 2008-ci
ilin göstəricisindən 7 milyon manat çoxdur. Dövlət
büdcəsinin gəlirlərində isə şirkətin payı 14,3%
təşkil
edib. Gördüyümüz kimi, 2009-cu ildə o qədər də
əlverişli olmayan konyuktur ARNDŞ-nin büdcəyə
ödəmələrini azaltmadı. Bu həm də onu göstərir ki,
ARDNŞ-nin büdcə ödəmələri onun iqtisadi imkan-
larından yox, hökumətin çətin anlarda sınanılmış inz-
ibati üsullarını işə salmağından keçir. Digər iri vergi
ödəyicilərindən “Azərenerji” ASC 2009-cu
ildə dövlət
büdcəsinə cəmi 130 milyon manat köçürüb. Bununla
yanaşı, Xəzər Dəniz Gəmiçiliyi və “Azərbaycan
Dəmir Yolları” QSC kimi iri vergi ödəyicilərinin bir-
likdə ödəmələri heç büdcə gəlirlərinin 0,5%-ni təşkil
etmir. Ümumiyyətlə, diqqət çəkən məqam ondadır ki,
ARDNŞ-dən başqa digər əsas iri dövlət müəs-
sisələrinin büdcə ödəmələrində payı müqayisəolunmaz
dərəcədə aşağıdır.
Müqayisə üçün qeyd edək ki, “Az-
ercell” MMC-nin 2009-cu ildə dövlət büdcəsinə
ödəmələri 150 milyon manat təşkil etmişdir.
Böhran ilində, gözlənildiyi kimi büdcə xərclərinin
icrasında ciddi dəyişiklikıər baş verdi. Əsasən azalma
ilə müşayiət olunan əksər xərc maddələri, daha çox
sosial müdafiə və təminat xərclərindən yan keçməklə,
investisiya istiqamətində qeydə alındı.
2009-cu il dövlət büdcəsinin icrası ilə bağlı
Maliyyə Nazirliyinin məlumatına əsasən,
ümumi in-
vestisiya xərcləri 3 567,3 mln. manat olmuşdur ki, bu
da proqnoza nisbətən 75,4% icra deməkdir. 2008-ci
illə müqayisədə azalma 724,7 milyon manat və ya
16,9% olmuşdur. Göründüyü kimi, vəsait çatışmazlığı
Dostları ilə paylaş: