Bakı, may 2010 Azərbaycan iqtisadiyyatı 2009



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə28/45
tarix15.02.2023
ölçüsü0,77 Mb.
#123412
1   ...   24   25   26   27   28   29   30   31   ...   45
Azərbaycan-iqtisadiyyatı-Qubad-İbadoğlu-2009

Sığorta bazarı
Diaqram 30. Sığorta tələbinin strukturu
icbari
I rüb
II rüb
IV rüb
III rüb
I rüb
II rüb
IV rüb
III rüb
I rüb
II rüb
IV rüb
III rüb
əmlak
təklif
tələb
həyat
icbari
əmlak
həyat
Diaqram 32. 2009-cu ildə sığorta bazarı
Diaqram 31. 2009-cu ildə sığorta bazarı


Azərbaycan iqtisadiyyatı - 2009
31
Cari ildə Azərbaycanda qiymətli kağızlar bazarın-
dakı fəallıq makroiqtisadi proseslərin mühüm təsirinə
məruz qaldı. 2009-cu ilin ilk aylarında maliyyə insti-
tutları və real sektor arasında dövri əlaqələrin zəi-
fləməsi iqtisadi fəallıqda kəskin durğunluqla müşahidə
olundu. Valyuta bazarının volatallığı, banklar və digər
iqtisadi subyektlərin likvidliyə olan tələbinin dəyiş -
məsi dövlət qiymətli kağızlar bazarında əməliyyatlara
ciddi təsir etdi. Belə ki, il ərzində dövlət qiymətli kağı-
zları bazarında aktivliyin azalması qeydə alındı.
Mərkəzi Bankın yumşaq monetar siyasət yeritməsi və
əsas sterilizasiya aləti olan qısamüddətli notların bu-
raxılışını 5 dəfə azaltması da öz təsirini göstərdi.
Bunun digər mühüm səbəbləri bazarın nisbətən aşağı
gəlirliliyə malik olması və bazarda qiymətli kağızları
“ödənişə qədər saxlamaq” strategiyasını üstün tutan
iştirakçıların əksəriyyət təşkil etməsidir.
Qiymətli kağızlar bazarında tranzaksiyaların
həcminin ötən illə müqayisədə 9.7 milyard manatdan
3.4 milyard manata düşməsinə baxmayaraq bazarın in-
frastukturunda mühüm keyfiyyət dəyişiklikləri baş
verib. Cari ildə Maliyyə Nazirliyi ortamüddətli qiy -
mətli kağızlar və bir illik çağırılan istiqrazlar burax-
maqla qiymətli kağızlar bazarında aktiv iştirakçıya
çevrilib. Nəticədə, dövlət qiymətli kağızlarının həcmi
55% artaraq 661 milyon manata çatıb.
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi müxtəlif
alətlərdən istifadə edərək korporativ qiymətli kağızlar
bazarının genişlənməsində aktiv iştirak edib. Korpo-
rativ kağızların həm həcmi, həm də növləri cari ildə
artıb. 2009-cu ildə Azərbaycan İpoteka Fondu ilk dəfə
bazarda istiqraz yerləşdirib.
Bakı Fond Birjası (BFB) tərəfindən yeni qeydiyyat
qaydalarının qəbul edilməsi həm ilkin təkliflərin, həm
də təkrar bazarda əməliyyatların artımına səbəb oldu.
Nəticədə BFB-də korporativ səhmlər və istiqrazlarla
tranzaksiyalar müvafiq olaraq 2.3 və 28 dəfə artıb.

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   45




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin