Azərbaycan iqtisadiyyatı - 2009
37
Kənd təsərrüfatı sektorunun inkişafı regionlarda yox-
sulluğun azaldılması və ərzaq təhlükəsizliyinin təmin ol-
unması baxımından vacibdir. Aqrar sahə Azərbaycanın
neft pullarının təsirinin az hiss olunduğu kənd yerləri
üçün gəlirin və stabilliyin vacib mənbələrindəndir. Azər-
baycanın ev təsərrüfatlarında ərzaq xərclərinin payı
ələlxüsus da, kənd yerlərində, daha yüksəkdir. Beləliklə,
kəndlərdə ev təsərrüfatları ərzaq ehtiyacının
böyük bir
hissəsini aqrar sahənin hesabına ödəyir.
Azərbaycanın kənd təsərrüfatı sektorunda 2009-cu
ildə 3.5 faiz artım qeydə alınıb. Kənd təsərrüfatında
istehsalın təxminən 37%-i heyvandarlığın, 63%-i isə
əkinçiliyin payına düşür. Kənd təsərrüfatı naziri İsmət
Abbasovun sözlərinə görə, 2009-cu ildə Azərbaycanda
bəzi məhsul növlərində rekord göstəricilər əldə olunub
və 2010-cu ildə bu ənənə davam edəcək. Rəsmi
məlumatlata görə, 2009-cu ildə heyvandarlıqda 2.2%-
lik yüksəlişə nail olunub. Bundan başqa, bu dövrdə
kənd təsərrüfatı məhsullarının, xüsusilə təbii fəlakət
nəticəsində pambıq və bəzi
bostan bitkilərinin əkin
sahəsi azalıb. Ölkədə pambıq plantasiyalarının azal-
masına münasibət bildirən Abbasov qeyd edib ki,
2010-cu ildə dünya bazarında pambığa tələb artdığın-
dan qiymətlər yüksəlib. Nazirin sözlərinə görə, emal
müəssisələri pambıq əkən fermerləri stimullaşdırmağa
başlayacaq. Hətta bunun üçün fermerlərə zəruri
maliyyə dəstəyi də verilə bilər.
2009-cu ilin yanvar-avqustunda Azərbaycandan
204.263 milyon dollarlıq kənd təsərrüfatı məhsulları,
o cümlədən 93.4 milyon dollar məbləğində bitkiçilik,
10.575 milyon dollar məbləğində heyvandarlıq məh-
sulları ixrac edilib.
Bu dövr ərzində Azərbaycana 449.691 milyon dol-
larlıq kənd təsərrüfatı məhsulları, o cümlədən 174.251
milyon dollarlıq bitkiçilik, 36.059 milyon dollarlıq hey-
vandarlıq və 239.367 milyon dollarlıq ərzaq idxal edilib.
Kənd təsərrüfatı məhsullarının satışı üçün 343
yarmarka
keçirilib, belə yarmarkalarda 77 min ton
məhsul satılıb.
2009-cu ildə Azərbaycanda ÜDM-in 6.7%-i kənd
təsərrüfatının payına düşüb. Rəsmi statistikaya görə,
2009-cu ildə 2988.3 min ton taxıl, 1177.9 min ton
tərəvəz, 983 min ton kartof, 721 min ton meyvə, 411
min ton tarla bitkiləri istehsal edilib. 1995-ci illə
müqayisədə ölkədə taxıl istehsalı 3.2 dəfə, tərəvəz is-
tehsalı 2.8 dəfə, meyvə istehsalı 2.2 dəfə, kartof is-
tehsalı 6.3% artıb. 2009-cu ildə Azərbaycanda 2320.6
milyon manat dəyərində kənd təsərrüfatı
məhsulu is-
tehsal olunub. İstehsal olunmuş məhsulların faktiki
qiymətlə məbləği 3433.4 milyon manat təşkil edib ki,
bu da 2008-ci ilə nisbətən 3.5% çoxdur.
1999-cu ildə başlayaraq kənd təsərrüfatı məh-
sullarının istehsalçıları torpaq vergisi istisna olmaqla,
bütün vergilərdən azad edilib. Bundan başqa, fermer-
lərin motor yağı, gübrə və yanacağın alınmasına xər-
clədiyi vəsaitin 50 faizini hökumət ödəyir. Aqrar sahədə
maddi-texniki təchizatı yaxşılaşdırmaq
üçün qurulmuş
"Aqrolizinq" istehsalçılara güzəştli qiymətlərlə xid-
mətlər təklif edir. Kənd təsərrüfatında köhnəlmiş
texnika ilə yerinə yetirilən işlər aşağı keyfiyyətli olur,
nəticədə 30-40 milyon manat məbləğində məhsul itirilir.
Buna görə də, cari tələbləri qarşılamaq üçün xidmət
müəssisələrinin böyük şəbəkəsinin təşkili vacibdir.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 23 oktyabr
2004-cü il tarixli 468 nömrəli sərəncamı əsasında
yaradılıb. Prezidentin 22 sentyabr 2005-ci il tarixli 1019
nömrəli və 23 yanvar 2007-ci il tarixli 1907
nömrəli
sərəncamları ilə Cəmiyyətin fəaliyyəti genişləndirilib.
«Aqrolizinq» Açıq Səhmdar Cəmiyyətinin əsas vəzifəsi
kənd təsərrüfatı məhsulu istehsalçılarının maddi-texniki
bazasını möhkəm lən dirmək və onlara aqrotexniki xid-
mətlər göstərməkdən ibarətdir. Cəmiyyət kənd təsərrü-
fatı məhsulu istehsalçılarını əsasən kənd təsərrüfatı
texnikası, texnoloji avadanlıq, ehtiyat hissələri, aq ro -
kimyəvi maddələr və ziyanvericilərə qarşı
mübarizə
preparatları ilə təmin edir.
Cəmiyyət aqrar sahədə fəaliyyət göstərən sahibkarların
sifarişləri əsasında sərfəli tariflə cəmi 20 addan çox müx-
təlif xidmət işləri (əkin, səpin, becərmə, məhsul yığımı və
sair) yerinə yetirir, məhsulun müasir texnologiyaya uyğun
istehsalında onlara kömək göstərir. Cəmiyyətin respub-
likanın rayonlarında 4 rayonlararası təchizat bazası, 55
təsərrüfat hesablı rayon aqroservis filialı və onların 100-
dən çox mexanikləşdirilmiş dəstələri, Bakı şəhərində 1
Dostları ilə paylaş: